Melatonin

Melatonin analizi- epifiz vəzində ifraz olunan və sutkalıq ritmi, qan təzyiqini, endokrin sistemin aktivliyini tənzimləyən, antitel sintezini artıran hormonun qanda səviyyəsinin təyinidir. Melatonin konsentrasiyası ürək-damar xəstəlikləri, onkopatologiyalar, psixi pozğunluqlar zamanı dəyişir. Müayinə dağınıq sklerozun, üeəyin işemik xəstəliyinin, menstrual sikl pozğunluqlarının, depressiv halların diaqnostikası və monitorinqi zamanı təyin olunur.
Epifizin (əzgiləbənzər vəzinin) aktivliyi gün ərzində dəyişir, işıqlanmadan asılıdır. Melatoninin daha aktiv sintezi gecələr okur və maksimum səviyyəyə gecə 2-də çatır. Gündüzlər hormonun sintezi minimaldır. O serotonindən sintez olunur, metabolizmi qaraciyər hüceyrələrində olur. Əsas funksiyaları: qan təzyiqini normallaşdırmaq, qocalma proseslərini ləngitmək, immun prosesləri aktivləşdirmək, menstrual tsikli tənzimləmək, libidonu stimulə etmək, dəyişən saat ritmlərinə adaptasiyanı təmin etməkdir. Melatonin sərbəst radikalları neytrallaşdırır, qalxanvari vəzinin işini stimulə edir, immun sistem hüceyrələrinin aktivliyini artırmaqla bəzi bədxassəli törəmələrin inkişafına mane olur.

Göstərişlər

Melatonin sintezinin zəifləməsi yuxu pozğunluqları, emosional statusun pozulması, hormonal fonda dəyişikliklər, damar disfunksiyaları ilə özünü büruzə verir. Melatonin müayinəsinə göstərişlərə daxildir:

  • Yuxu pozğunluğu. Yuxusuzluq, yuxunun həddən uzun olması (hipersomniya), gündüz yuxululuğu, daimi yorğunluq və fiziki aktivliyin (işdə məhsuldarlığın) azalması zamanı melatoninin səviyyəsi yoxlanılmalıdır.
  • Affektiv pozğunluqlar. Hormonun sintezindəki azalma depressiv və ya manyakal vəziyyətlərə, artmış qıcıqlanma və ya tomozlanmaya səbəb ola bilər. Müayininə depressiv halların, affektiv mövsümi pozğunluqların diaqnostikası zamanı kompleks müayinə tədbirlərinə aiddir.
  • Dağınıq skleroz. Diaqnozu təsdiqlənmiş şəxslərə melatonin analizi yaz və yay aylarında (melatonin sintezinin təbii azalma dövrlərində) təyin edilir. Melatoninin səviyyəsinə nəzarət etmək xəstəliyn kəskinləşməsinin qarşısını alır. Xəstəliyin müalicəsində melatonin qəbulu araşdırılır.
  • Menstrual tsikl pozğunluqları. Qeyri-requlyar menstruasiya və ovulyasiyanın olmadığı hallarda melatoninin konsentrasiyası da müayinə olunur.
  • Ürək-damar xəstəlikləri. Melatonin sintezinin sutkalıq ritmi ilə vegetativ tonus və ürək ritmi arasında əlaqə mövcuddur. Analiz arterial hipertoniyanın, ÜİX-nin, stenokardiyanın monitorinqi məqsədilə təyin olunur.
  • Endokrin patologiyalar. Hormonal fonun kompleks diaqnostikasında melatoninin səviyyəsi də yoxlanır. Qalxanvari vəzininin xəstəlikləri, yumurtalıqların və xayaların xəstəlikləri zamanı təyin olunur.
  • Melatoninlə müalicə. Yuxu/gümrahlıq sikli pozulmuş şəxslərdə melatonin preparatları təyin edilir. Müayinə melatonin səviyyəsinə nəzarət, dozalanmanın korreksiyası məqsədilə aparılır.

Analizə hazırlıq

Müayinə üçün material venadan götürülmüş qan, tüpürcək və ya sidik ola bilər. Qanın götürülməsi üçün optimal zaman səhər saat 8-11 arası, tüpürcək üçün isə gecə 2-3 arasıdır. Həkim təyinatına əsasən melatoninin sutkalıq ifrazat ritmi araşdırıla bilər ki, bu da dinamik incələməyə (səhər porsiyası 7-9 arası, günorta porsiyası saat 15-17 arası, axşam porsiyası saat 22-24 arası, gecə porsiyası gecə saat 2-3-arası) yardımçı olur.  
Müayinəyə hazırlıq zamanı bir neçə qaydaya riayət etmək lazımdır:

  1. 24 saat öncədən alkoqol, tünd çay, kofe qəbul edilməməlidir. Həkim nəzarəti ilə dərman qəbulu dayandırmalıdır.
  2. Sonuncu qida qəbulu axşamüstü olmalı, təkrari müayinə zamanı isə 2 saat öncə olmalıdır.
  3. İnstrumental müayinə və prosedurlar biomaterial götürüldükdən sonra aparılmalıdır.
  4. Qadınlar ginekoloqla məsləhətləşməlidirlər, çünki melatoninin səviyyəsi menstrual tsiklin dövrlərinə görə fərqli olur.
  5. Müayinədən 30 dəq qabaq siqaret çəkmək olmaz, fiziki və emosional yüklənmədən uzaq durmaq lazımdır.

Qan punksiya yolu ilə dirsək venasından alınır. Nümunə sentrifuqadan keçirilir- plazma və formalı elementlər ayrılır. Plazmadan fibrinogen ayrılır, qalan zərdab immunoferment üsulla müayinə olunur. Nəticə 10 günə hazır olur. Tüpürcək materialını pasiyent özü xüsusi nümunə qabına yığır. Tüpürcəkdə melatoninin konsentrasiyası maye xromatomas-spektrometriya üsulu ilə təyin olunur.

Normal göstəricilər

Melatoninin konsentrasiyası notmada gündüzlər 8-20 pq/ml, gecələr 70-150 pq/ml-dir. Gecə tüpürcəyində referans dəyərlər 20-70 pq/ml-dir. Testin nəticələrinə fizioloji faktorlar təsir edə bilərlər:

  • Yaş. Melatoninin maksimal səviyyəsi uşaqlarda və 23-25 yaşadək gənclərdə müşahidə olunur. Yaşlılarda hormon sintezi azalır, 60 yaşdan sonra normal göstəricilərdən 20% aşağı olur.
  • Qidalanma. Kəskin pəhrizlər, aclıq, kalsium və B6 vitamini çatışmazlığı melatonin sintezinin azalmasına səbəb ola bilər.
  • Gün rejimi. Yarımçıq yuxu, gecə yuxusuzluğu, uzun sürən gündüz yuxusu hormonun sintezini pozur.

Göstəricilərin artması

Şişlər, kista, parazitar və ya naməlum amillərin stimulyasiyası epifizin hiperfinksiyasına və melatonin sintezinin artmasına səbəb olur. Hormonal pozğunluqlar aşağıdakı patologiyalarla müşayiət olunur:

  • Psixi pozğunluqlar. Melatonin artıqlığı maniakal vəziyyətlərdə, depressiyalarda, bipolyar pozğunluqlar və şizofreniya zamanı müəyyən olunur.
  • Endokrin pozğunluqlar. Epifizin hiperfunksiyası hipofizin və cinsi vəzilərin aktivliyini tormozlayır. Estrogen sintezi azalır. Libido düşür, uşaqlarda və yeniyetmələrdə cinsi inkişaf zəifləyir, yuxarı yaşlı qadınlarda klimakterik sindrom inkişaf edir.

Göstəricilərin aşağı düşməsi

Epifizin hipofunksiyası melatonin sintezinin azalması, buna cavab olaraq follikulstimuləedici hormonun sintezinin artması ilə müşayiət olunur. Hiperestrogeniya aşağıdakı patologiyalarla təzahür edə bilər:

  • Yumurtalıq xəstəlikləri. Estrogen artıqlığı follikulların persistensiyasına, yumurtalıq polikistozu sindromuna səbəb ola bilər.
  • Uşaqlığın xəstəlikləri. Hormonal disbalans fonunda uşaqlığın fibrozu, menstrual tsikl pozğunluqları inkişaf edir, disfunksional qanaxmalar müşahidə olunur.

Normadan kənaraçıxmaların müalicəsi

Melatonin analizi yuxu pozğunluqları, emosional pozğunluqların diaqnostikası məqsədilə tələb olunur. Endokrik, ürək damar xəstəliklərinin monitorinqi zamanı kompleks müayinə tədbirlərinə aiddir. Hormonun fizioji çatışmazlığını yuxu rejimini normallaşdırmaqla: axşamlar saat 10-dan gec olmayaraq yatmaq, ən azı 7-8 saat yuxu, yuxu maskasından istifadə etməklə bərpa mümkündür. Rasionun zəngin olmasına riayət etmək, B6 vitamini, kalsium qəbuluna diqqət etmək lazımdır. Test nəticəsi normaya uyğun gəlmirsə həkim-endokrinoloqa, akuşer-ginekokoqa müraciət edilməlidir.

error: Content is protected !!