Vegeterianlıq və veqanlıq: uşaqlara necə təsir edir?

American Journal of Clinical Nutrition-da dərc edilən bir araşdırmada bitki əsaslı pəhrizlərin uşaqların sağlamlığına təsiri öyrənilmişdir.

Son illərdə bitki mənşəli pəhrizlərə maraq xeyli artıb. İnsanların vegetarian və ya vegan pəhrizinə keçməsinin səbəblərindən biri sağlamlıqlarına diqqət yetirməkdir. Bir çox qidalanma mütəxəssisləri bitki əsaslı qidaların böyük əhəmiyyətindən bəhs edirlər.

Bitki əsaslı pəhrizlərin müsbət təsirləri ilk növbədə böyüklərdə öyrənilmişdir. Vegetarianlıq və veqanizmin ürək-damar xəstəlikləri riskini azaltdığı, lakin kalsiumla az təchiz olunduğu üçün sınıq ehtimalını artırdığı məlumdur. Bununla belə, bütün qida qruplarını diyetdən çıxarmağın uşaqlara göstərə biləcəyi yan təsirlər haqqında kifayət qədər məlumat yoxdur.

Yeni tədqiqatda 5-10 yaş arası 187 sağlam uşaq iştirak etmişdir. Bunlardan 60-a vegeterian, 50-sinə veqan, 70-inə isə bütün növ qidalar (nəzarət qrupu) verilmişdir. Bütün iştirakçılar bir ildən çox müddət ərzində göstərilən pəhrizlərə əməl etmişlər. Pəhrizə riayət olunmasına dəqiq nəzarət üçün valideynlər İki həftədən bir qida rasionunu ətraflı qeyd edirdilər.

Tədqiqat göstərdi ki, yalnız bitki mənşəli qidalarla (veqan) qidalanan uşaqlarda ürək-damar sisteminin sağlamlıq göstəriciləri (bədən çəkisi, lipid və qanda qlükoza səviyyəsi və s.) əhəmiyyətli dərəcədə yaxşıdır. Veqan pəhrizdə olanlarda ət yeyənlərlə müqayisədə xüsusilə aşağı sıxlıqlı lipoproteinlərin (“pis” xolesterin) səviyyəsinin 25% aşağı olması aşkarlanmışdır.

Eyni zamanda, mütəxəssislər üçün gözlənilməz hal- vegetarian pəhriz saxlayan uşaqların ürək-damar sisteminin sağlamlıq göstəricilərinin “bütün növ qidaları ət yeyən uşaqlara yaxın olması idi. Veqanlarla müqayisədə vegeterianların qanında aclıq qlükozasının, çox aşağı sıxlıqlı lipoprotein və trigliseridlər daha yüksək səviyyəsi müşahidə olunmuşdur.

“Əvvəlcə biz vegetarian uşaqların ürək-damar sağlamlıq profilinə təəccübləndik, lakin onların pəhriz məlumatları göstərdi ki, onlar emal edilmiş vegetarian qidaları yeyirlər, tərkibində lif və şəkər səviyyəsi vegan pəhrizlərində olanlar qədər sağlam deyil. Biz görürük ki, sadəcə bitki mənşəli qidalar yemək kifayət deyil, biz hələ də sağlam qidalar seçməliyik”, – deyə tədqiqatın müəlliflərindən biri, London Universitet Kollecinin və Varşavadakı Memorial Uşaq Sağlamlığı İnstitutunun professoru Małgorzata Desmond bildirib.

Vegan uşaqlar digər qidalanma növləri olan uşaqlardan orta hesabla 3 santimetr qısa idi, onlarda B12 vitamini çatışmazlığı daha çox idi, sümük mineral tərkibi 4-6% aşağı idi.

Alimlər qeyd edirlər ki, vegan pəhrizdə B12 və D vitaminləri, eləcə də kalsium azdır. Onların inkişaf xüsusiyyətləri bununla əlaqədar ola bilər. Bununla belə, tədqiqatçılar hesab edirlər ki, bu çatışmazlıqları rasiona qida əlavələrini qoşmaqla kompensasiya etmək olar.

Müəlliflər yazır ki, təsvir olunan problemlərin (vitamin çatışmazlığı və ya daha çox, aşağı sümük mineral sıxlığı və qısa boy) yetkinlik yaşına qədər davam edib-etməyəcəyi və gələcəkdə sağlamlığa təsir edib-etməyəcəyi hələlik məlum deyildir.

error: Content is protected !!