Vitamin C melanoma hüceyrələrinin ölümünə səbəb olur

Askorbin turşusunun istifadəsi ənənəvi melanoma müalicəsinin effektivliyini artıra bilər. Vitamin C bədxassəli şiş hüceyrələrində DNT zədələnməsinə səbəb olur və nəticədə onların ölümünə səbəb olur. Free Radical Biology and Medicine jurnalında dərc olunan Cənubi Florida Universitetinin alimlərinin araşdırmaları məhz bu mövzudadır.

Bədxassəli melanoma ən aqressiv və ölümcül dəri törəməsidir. 1975-ci ildən bəri melanomanın rastgəlinmə tezliyi dörd dəfə, ölüm halları isə iki dəfə artmışdır: bu xəstəlikdən Böyük Britaniyada hər il 16,700 xəstələnmə və 2,300 ölüm halları baş verir ki, bu da melanomanı 5-ci ən çox yayılmış xərçəng halına gətirir. Eyni zamanda, xəstəlik müasir müalicə üsullarına son dərəcə davamlıdır, buna görə də müalicəsində daha təsirli klinik üsullara ehtiyac vardır.

Cənubi Florida Universitetinin tədqiqat qrupu antioksidantların təsirlərini tədqiq edərək, C vitamininin həm prooksidant (DNT zədələnməsinə səbəb olur), həm də antioksidant (DNT zədələnməsinin qarşısını alır) xüsusiyyətlərə malik olduğunu aşkar etmişlər. Həmçinin zədələnmiş DNT hüceyrəsinin reparasiyasını tənzimləyə bilir. Bu müşahidələr alimləri askorbin turşusunun bədxassəli melanoma hüceyrələrinə təsirini öyrənməyə sövq etmişdir.

Təcrübələr zamanı melanoma hüceyrələrinin normal keratinositlərlə müqayisədə daha az antioksidan qoruma qabiliyyətinə malik olduğunu aşkar etmişlər. Hidrogen peroksid və C vitamini ilə müalicə edildikdə, atipik melanosit DNT-nin zədələnməyə daha həssas olması və daha yüksək hüceyrə ölümü – apoptoza məruz qaldığı diqqət çəkmişdir. Bu zədələyici təsirin gücü hüceyrələrdəki melaninin miqdarı ilə düz mütənasibdir – hüceyrədə melanin nə qədər çox olarsa, bir o qədər çox zərər görür. Bundan əlavə, tədqiqatın nəticələri C vitamininin mövcud melanoma əleyhinə preparat olan elesklomolun effektivliyini artırdığını da göstərmişdir.

Təcrübənin nəticələrinə görə -ümumilikdə C vitamini bədxassəli melanoma DNT-ni zədələmək və hüceyrə ölümünə seçici şəkildə təsiri sübut olunmuşdur. Bu, askorbin turşusunun melanomanın müalicəsi üçün klinik protokollara daxil edilməsi ehtimalını artırır.

Mənbə: ScienceDirect

error: Content is protected !!