Kəskin pankreatit

Kəskin pankreatit- mədəaltı vəzinin iltihabi xəstəliyidir. Kəskin pankreatitin əsas simptomu qarın nahiyyəsində kəskin, dözülməz ağrıdır. Vəzinin hansı nahiyyəsinin iltihabından asılı olaraq ağrının lokalizasiyası sağ və ya sol qabırğaaltı, epiqastral nahiyyə ola və ya kəmərvari xarakter daşıya bilər. Xroniki pankreatit iştahanın itməsi, həzm prosesinin pozulması, yağlı və ədviyyatlı qida və ya alkoqol qəbulundan sonra yaranan kəskin ağrılarla (kəskin pankreatitdə olduğu kimi) müşayiət olunur.

Kəskin pankreatit haqqında ümumi məlumat

Pankreatit- mədəaltı vəzi toxumasının iltihabı ilə xarakterizə olunan xəstəliyidir. Gedişinə görə kəskin və xroniki pankreatit ayırd edilir. Kəskin pankreatit cərrahi müalicə tələb edən qarın boşluğunun kəskin xəstəlikləri arasında üçüncü yerdə durur. Birinci və ikinci yeri appendisit və xolesistit tutur.

Dünya statistikasına görə ildə 200-800 nəfər kəskin pankretitlə xəstələnir. Bu xəstəlik daha çox kişilər arasında yayılmışdır. Xəstələrin yaşı geniş diapazonda dəyişir və xəstəliyin inkişaf səbəbindən asılıdır.

Alkoqoldan süni istifadə nəticəsində kişilərdə pankreatit orta hesabla 39 yaşda yarandığı halda, öd daşı xəstəliyi ilə assosasiyalaşmış pankretit üçün isə orta yaş həddi 69-dur.

Kəskin pankreatitin yaranma səbəbləri

Kəskin pankreatitin yaranmasına səbəb olan faktorlara aşağıdakılar daxildir:

  • alkoqoldan süni istifadə, zərərli qida vərdişləri (yağlı, kəskin qida);
  • öd daşı xəstəliyi;
  • virus (qulaqdibi, Koksaki virusu) və ya bakterial (mikoplazma, kampilobakteriya) yoluxma zamanı;
  • mədəaltı vəzinin travmaları;
  • mədəaltı vəzinin və öd yollarının digər patologiyaları zamanı aparılmış cərrahi müdaxilələr;
  • estrogen, kortikosteroidlər, tiazid diuretikləri, azatioprin və mədəaltı vəzə toksiki təsir göstərən digər preparatların (medikamentoz pankreatit) qəbulu;
  • mədəaltı vəzinin anadangəlmə inkişaf anomaliyaları, genetik meyllik, mukovissidoz;
  • həzm sistemi orqanlarının iltihabi xəstəlikləri (xolesistit, hepatit, qastroduodenit).

Kəskin pankreatitin patogenezi

Mədəaltı vəzinin kəskin iltihabının ən geniş yayılmış səbəbi vəzi toxumasının vaxtından tez aktivləşmiş fermentlərlə zədələnməsi ehtimal olunur. Normada mədəaltı vəzinin istehsal etdiyi həzm fermentləri qeyri-aktiv şəkildə sintez olunur və həzm traktına düşdükdən sonra aktivləşir. Xarici və daxili zədələyici amillərin təsiri nəticəsində bu proses pozulur və fermentlər mədəaltı vəzinin özündə aktivləşərək vəzini parçalamağa başlayır. Nəticədə iltihab yaranır, toxumada ödem formalaşır və vəzi parenximasının damarları zədələnir.

Kəskin pankreatit zamanı patoloji proses qonşu orqanlara: retroperitoneal toxumaya, içlik torbasına, peritona, omentalisə, bağırsaq mezenteriyasına, qaraciyər və onikibarmaq bağırsaq bağlarına yayıla bilər. Kəskin pankreatitin ağır formalarında qanda müxtəlif bioloji aktiv maddələrin səviyyəsi arta bilər və bu da, həyat fəaliyyətinə təsir göstərən vacib pozğunluqlara: orqan və toxumalarda- ağciyər, qaraciyər, böyrəklər və ürəkdə ikincili iltihab və distrofik zədələnmələrə gətirib çıxarar.

Kəskin pankreatitin klassifikasiyası

Ağırlıq dərəcəsinə görə:

  1. yüngül forma– orqan və sistemlərin minimal zədələnməsi ilə keçir, adətən vəzinin interstisial ödemi, müalicəyə yatımı və sağalma ilə nəticələnən qənaətbəxş proqnozla xarakterizə olunur.
  2. ağır forma– orqan və toxumalarda aşkar nəzərə çarpan zədələnmələr və ya yerli fəsadlarla (toxuma nekrozu, infeksiyalaşma, kista, abses) xarakterizə olunur.

Kəskin pankreatitin ağır forması aşağıdakılarla müşayiət oluna bilər:

  • qranulyasion və ya fibroz divar olmadan vəzi boşluğunda və ya pankreasətrafı nahiyyədə mayenin toplanması;
  • toxumaların infeksiyalaşması ilə müşayiət oluna bilən pankreatik nekroz (məhdud nahiyyədə ölmüş parenxima və peripankreatik toxumaya infeksiyanın qoşulması və irinli pankreatitin inkişafı letal nəticə ehtimalını artırır);
  • kəskin yalançı kista (kəskin pankreatit tutmasından sonra yaranan və 4 həftə və daha çox müddətdə formalaşan fibroz divar və ya qranulyasiya ilə əhatə olunmuş pankreas şirəsi yığını);
  • pankreatik abses (mədəaltı vəzidə və ya yanaşı toxumalarda irin yığıntısı).

Kəskin pankreatitin simptomları

Kəskin pankreatitin simptomlarına aşağıdakılar daxildir.

  • Ağrı sindromu. Ağrı epiqastral nahiyyədə, sol qabırğaaltında lokalizə oluna, kəmərvari xarakter daşıya bilər və sol kürək nahiyyəsinə irradiasiya edə bilər. Ağrı qida qəbulundan -yağlı, kəskin, qızardılmış qidalar və alkoqoldan sonra artır.
  • Ürəkbulanma, qusma. Qusma dayanmadan, öd qarışıqlı ola bilər və yüngülləşmə vermir.
  • Temperaturun yüksəlməsi.
  • Skleranın nəzərəçarpan sarılığı. Bəzən -dəri örtüyünün yüngül sarılığı.

Bunlarla yanaşı, kəskin pankreatit zamanı xəstələrdə dispeptik pozğunluqlara (meteorizm, yanğı) və dəri simptomlarına (dəridə göyümtül ləkələr, göbək nahiyyəsində qansızma) rast gəlinə bilər.

Kəskin pankreatitin ağırlaşmaları

Kəskin pankreatitin əsas təhlükəsi ondadır ki, ağır fəsadların yaranma ehtimalı çox yüksəkdir. İltihablaşmış vəzi toxumasının nazik bağırsaqda məskunlaşan bakteriyalarla infeksiyalaşması nekroz sahələrinin və absesin yaranmasına səbəb ola bilər.

Pankreatitin ağır gedişi zamanı şok inkişaf edə və nəticədə poliorqan çatışmazlığı formalaşa bilər. Kəskin pankreatitin formalaşmasından sonra psevdokistalar (parenximada irin yığıntısı) yarana bilər ki, bunlar da vəzinin strukturunu və öd yollarını dağıda bilər. Psevdokistaların parçalanması və möhdəviyyatının dağılması assitə səbəb olur.

Kəskin pankreatitin diaqnostikası

Pankreatit diaqnozunu qastroenteroloq şikayətlər, fizikal müayinə və xarakterik simptomların xarakterinə əsasən qoyur. Arterial təzyiqin və nəbzin müayinəsi adətən hipotoniya və taxikardiya olduğunu göstərir. Diaqnozu təsdiqləmək üçün qan və sidiyin laborator müayinələri, qarın boşluğu orqanlarının KT və USM-i, mədəaltı vəzinin MRT-si lazımdır.

  • Qanın biokimyəvi analizi. Qanın ümumi müayinəsi zamanı iltihab əlamətləri (EÇS-in yüksəlməsi, leykositlərin artması), biokimyəvi analiz zamanı pankreatik fermentlərin (amilaza, lipaza) aktivliyinin yüksəlməsi, həmçinin hiperqlikemiya və hipokalsiemiya müşahidə oluna bilər. Bilirubinemiya və qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsi mümkündür.
  • Sidiyin biokimyəvi müayinəsi. Sidikdə fermentlərin konsentrasiyası araşdırılır. Kəskin pankreatitin diaqnozu üçün sidiyin biokimyəvi analizi və sidikdə amilazanın aktivliyinin təyini mütləqdir.
  • İnstrumental müayinə üsulları. Mədəaltı vəzinin və yanaşı orqanların vizualizasiyası (USM, KT, MRT) parenximada patoloji dəyişiklikləri aşkarlamağa, orqanların ölçülərinin böyüməsini, abses, kista və öd yollarında daşların aşkarlanmasına imkan verir.

Kəskin pankreatitin differensial diaqnostikası

Differensial diaqnostika aşağıdakı xəstəliklərlə aparılmalıdır:

  • kəskin appendisit və kəskin xolesistit;
  • boşluqlu orqanların (mədə xorasının və bağırsaqların) perforasiyası;
  • kəskin bağırsaq keçməməzliyi;
  • kəskin mədə-bağırsaq qanaxması (qanayan mədə və ya 12 barmaq bağırsaq xorası, qida borusunun varikoz damarlarının qanaması, bağırsaq qanaxmaları);
  • kəskin işemik abdominal sindrom.

Kəskin pankreatitin müalicəsi

Kəskin pankreatit zamanı hospitalizasiya göstərişdir. Bütün pasiyentlərə yataq rejimi göstərişdir. Müalicədə əsas istiqamət ağrı sindrominin götürülməsi, mədəaltı vəzin yüklənməsini azaltmaq, özünübərpa proseslərini stimulə etməkdən ibarətdir.

Konservativ müalicə tədbirləri:

  • novokainlə blokada və spazmolitiklər ağrının aradan qaldırılması üçün;
  • aclıq, vəzi nahiyyəsinə buz qoymaq (lokal hipotermiya yaratmaqla onun funksional aktivliyini azaltmaq üçün), parenteral qidalanma, mədə möhtəviyyatının aspirasiyası, antasid və proton pompası inhibitorlarının təyini;
  • pankreas fermentlərinin dezaktivatorları (proteoliz inhibitorları);
  • duz və zülal məhlulları ilə homeostazın (su-elektrolit, turşu -qələvi, zülal balansı)korreksiyasını aparmaq;
  • dezintoksikasion terapiya;
  • infeksion ağırlaşmaların qarşısını almaq üçün antibiotikoterapiya (böyük dozada geniş spektrli antibiotiklər).

Cərrahi müalicə

Cərrahi müdaxilə aşağıdakı hallarda göstərişdir:

  • öd yallarında daş;
  • vəzidə və ya ətrafında maye yığıntısı;
  • pankreatik nekroz, kista, abses ocaqlarının olması.

Kista və ya abseslərin yaranması ilə müşayiət olunan kəskin pankreatit zamanı təyin olunan əməliyyatlara: endoskopik drenaj, kistanın marsupializasiyası, sistoqastrostomiya və s. aiddir. Ölçüsündən asılı olmayaraq nekroz sahələri varsa nekrektomiya və ya mədəaltı vəzinin rezeksiyası aparılır. Mədəaltı vəzinin axacaqlarında daşlar mövcuddursa əməliyyat göstərişdir.

Cərrahi müdaxiləyə diaqnoz şübhəli olduqda və hər hansı digər cərrahi patologiyanı gözdən qaçırmamaq üçün də ehtiyac duyula bilər. Əməliyyatdan sonrakı dövrdə irinli-septiki ağırlaşmaların profilaktisı üçün ciddi tədbirlər görülməlidir.

Pankreatitin yüngül formalarının müalicəsi adətən heç bir problem yaratmır və artıq həftə ərzində dinamikada yaxşılaşma əldə edilir. Pankreatitin ağır formalarının müalicəsi is daha uzun zaman alır.

Kəskin pankreatitin proqnozu və profilaktikası

Kəskin pankreatit zamanı proqnoz xəstəliyin formasından, adekvat müalicə tədbirlərinin görülməsindən və ağırlaşmaların mövcudluğundan asılıdır. Kəskin pankreatitin yüngül forması adətən qənaətbəxş proqnoz verdiyi halda, nekrotik və hemorragik pankreatitlərdə letal nəticə ehtimalı yüksəkdir. Müalicənin yetərli olmaması və həkimin qidalanma ilə bağlı məsləhətlərinə riayət olunmaması residivlərə və xroniki pankreatitin inkişafına səbəb ola bilər.

İlkin profilaktika tədbirlərinə rasional sağlam qidalanma, alkoqoldan və kəskin qidalardan imtina, yağlı qidanın miqdarını azaltmaq siqaretdən imtina daxildir. Kəskin pankreatit yalnız alkoqoldan çox istifadə edən şəxslərdə deyil, həm də birdəfəlik yağlı, qızardılmış və

error: Content is protected !!