Lumbal punksiya 

Lumbal punksiya- diaqnostik və ya müalicə proseduru olub, həkim bu zaman punksion iynəni onurğanın bel şöbəsi səviyyəsində subaraxnoidal boşluğa yeridir. Diaqnostika məqsədilə onurğa beyin mayesinin (likvorun) alınması və öyrənilməsi, eləcə də mieloqrafiya zamanı kontrast maddəni yeridilməsi üçün təyin olunur. Mayenin götürülməsi zamanı subaraxnoidal boşluğun keçiriciliyini qiymətləndirmək və blokun səviyyəsini müəyyən etmək üçün xüsusi sınaqlar aparılır. Müalicəvi məqsədlə punksiya epidural anesteziya altında dərman preparatlarının yeridilməsi yolu ilə aparılır.

Lumbal punksiyaya göstərişlər

Prosedur hidrosefaliya, qulaq və ya burundan likvorun axması (likvoreya), onurğa və baş beyin travmaları zamanı subaraxnoidal qanaxmaya şübhə olduqda, iltihabi proseslər (meningit, mielit, meninqoensefalit), araxnoidit, onurğa beynində və ya baş beyində şişlər zamanı göstərişdir. Bakterial, virus, göbələk, amöb, sifilitik, tuberkulyoz mənşəli neyroinfeksiyalar və baş və onurğa beyninin digər zədələnmələri zamanı lumbal punksiya həyati vacib əhəmiyyət daşıyır, çünki bu hallarda törədici aşkarlanmadan effektiv müalicəni aparmaq mümkün deyildir.

Müayinə likvorda təzyiqi (kəllədaxili) təyin etməyə, götürülmüş likvor mayesinin analizi isə qanaxma, şiş, iltihabi və infeksion proseslərin diaqnozunu qoymağa, törədicini aşkarlamağa və müxtəlif dərman preparatlarına həssaslığını müəyyən etməyə imkan verir. Müasir nevrologiyada bu müayinədən qalxan mieloqrafiya müayinəsində rentgenkontrast maddə yeridilməklə istifadə edilir və onurğa beyninin vəziyyətini və onun sıxılma nahiyyəsini aşkar etmək mümkün olur.

Lumbal punksiyaya əks göstərişlər

Cərrahi müdaxilə və anesteziya üçün ümumi olan əks göstərişlərə arxa kəllə çüxurunuda şişlər, hematoma və ya digər həcmli törəmələrin olması aiddir. Bu onurğa beyin mayesinin çıxarılması zamanın beyinciyin ənsə çüxuruna sıxılması riski ilə əlaqədardır. Bəzi hallarda onurğa beyin müayinəsi aparmaq texniki çətinliklərlə, bəzən isə onurğanın bel şöbəsinin aşkar nəzərəçarpan deformasiyası və ya piylənmə zamanı dərialtı-piy qatının çox olması ilə əlaqədar mümkün olmur. Əvvəllər dəfələrlə bu müayinədən keçmiş xəstələrdə çapıq toxumasının inkişafı punksiyanı çətinləşdirə bilər.

Müayinənin aparılma qaydası

Punksiya aparılacaq dəri sahəsi işlənir, infiltrasion anesteziya aparılır. Xəstəni yanı üstə uzadıb ayaqlarını qatlamaq və qarına doğru qaldırmaq, başı əyərəq döş qəfəsinə dirəmək lazımdır. Bəzən punksiya oturaq vəziyyətdə də aparıla bilər. Punksiya üçün giriş sahəsi bel nahiyyəsində III və IV və ya IV və V fəqərəarası sahələrdir. 9-12 sm uzunluğunda xüsusi punksion iynə ilə dəri və yumşaq toxumalar deşilir, sonra ehtiyatla onurğa sümüklərinin sərt kənarları arasından heçərək beynin sərt qişası dəlinir və hörümçək torunabənzər sahəyə girilir. Kəskin ağrı yarandıqda həkim iynənin istiqamətini dəyişir.

İynənin içərisində mandren olur. Hörümçək torunabənzər qişanı keçdikdən sonra o çıxarılır və iynədən likvor xaric olmağa başlayır. Onurğa beyin maddəsinin bir miqdarı (2-3 ml) müayinə üçün götürülür. Likvorun xaricolma sürətinə görə onun təzyiqi haqqında fikir yürütmək mümkün olur. Daha dəqiq nəticə almaq üçün iynə su manometrinə birləşdirilir. Normada, uzanıqlı halda təzyiq 110-180mm su təzyiqi (dəqiqədə 60damcı), oturaq halda isə 24-280 mm su təzyiqi olmalıdır.

Ehtiyac olarsa, manometri xaric etmədən, punksiya zamanı likvorun dinamikasını öyrənən xüsusi sınaqlar aparılır və hörümçək torunabənzər boşluqda keçiricilik yoxlanılır. Kəllədaxili təzyiqi artırmaq üçün həkim boyun venalarını sıxır (Kvekenştedt sınağı) və ya pasiyentdən başını qəfil önə əyməsini istəyir. Normada bu zaman manometrdə təzyiqin artdığı görünməlidir. Əgər likvor dövranında maneə varsa manometrin göstəriciləri çox cüzi və ləng dəyişəcək. Subaraxnoidal boşluqda sirkulyasiyanın tam pozulması varsa manometrin göstəricisi dəyişməyəcəkdir.

Daha sonra həkim Stukkey sınağını aparır- pasiyentin ön qarın boşluğuna basır. Bu qarın və onurğa beyin venalarında qan axınının çətinləşməsinə və likvorda təzyiqin artmasına səbəb olur. Əgər boyun venalarına təzyiq etdikdə manometrin göstəricisi dəyişməyib, Stukkey sınağında dəyişərsə bu onurğa beyin mayesinin sirkulyasiyasının boyun və döş qəfəsi səviyyəsində bloklandığını göstərir. Əgər manometrin göstəriciləri boyuna təzyiq zamanı dəyişib, Stukkey sınağında dəyişmirsə, bu blokun bel-oma nahiyyəsində olduğunu göstərir.

Lumbal punksiya mieloqrafiya müayinəsi üçün aparılıqsa, iynə vasitəsilə kontrast maddə yeridilir və onurğanın rentgenoqrafiyası aparılır. Göstəriş olduqda, likvorda təzyiqi azaltmaq məqsədilə həkim onurğa beyin mayesinin bir miqdarını xaric edə və ya lumbal drenaj yerləşdirə bilər. Prosedurun sonunda iynə çıxarılır, giriş nahiyyəsi plastırla bağlanır. Alınan məhlul analiz üçün laboratoriyaya göndərilir, onun rəngi, sıxlığı, şəffaflığı, mikroskopik və kimyəvi tərkibi öyrənilir. Mikroorqanizmin mövcudluğunu aşkar etmək və həssaslığın təyini üçün əkilir. Manipulyasiyadan 2-4 saat müddətində pasiyent nevroloqun nəzarəti altında uzanmış vəziyyətdə qalır. Müayinə prosesində kontrast maddə yeridilmişsə, yataq rejimi bir neçə sutkayadək uzadıla bilər.

Lumbal punksiyanın fəsadları

Yaşlı və zəifləmiş pasiyentlərdə müayinədən sonra onurğa mayesinin götürülməsi səbəbindən kəllədaxili təzyiqin azalma simptomları: baş ağrısı, qulaqlarda küy, ürəkbulanma, qusma, başgicəllənmə ola bilər. Bu şikayətlər vertikal vəziyyət aldıqda artır və adətən çoxlu maye qəbulu və venadaxili plazmaəvəzedicilərin (poliqlukin, hemodez) köçürülməsi damcı ilə köçürülməsi fonundə ilk günlərdə keçib gedir. Punksiya dəliyindən likvorun axması nəticəsində onurğa beyninin subdural boşluğunun sərt beyin qişasında postpunksion sindromun inkişafı mümkündür. Sindrom özünü baş ağrısı, bəzən qusma ilə büruzə verir və adətən manipulyasiyadan 4 sutka müddətində, az hallarda isə 2 həftə və daha çox davam edə, nadir hallarda isə xroniki formaya keçə bilər.

Onurğa beyninin həcmli törəmələrində punksiya zamanı likvor təzyiqinin dəyişməsi törəmənin yerinin dəyişməsinə, hərəkət və ya duyğu pozğunluqlarının güclənməsinə səbəb olur. Kontrastlaşdırmaq üçün preparatın yeridilməsi likvorun tərkibinin dəyişməsinə və meningial simptomların inkişafına, ayrı-ayrı hallarda isə mielit və ya araxnoiditin inkişafına səbəb ola bilər. Lumbal punksiya zamanı dəri elementləri onurğa kanalına düşə və epidermoid törəmənin formalaşmasına səbəb olur. Bundan başqa, ümumi cərrahi ağırlaşmalar: qanaxma, ifeksiyalaşma və s. də istisna olunmur.

error: Content is protected !!