Mieloqramma

Mieloqramma sümük iliyinin vəziyyətinin göstəricisi olub, bioptatın və ya sümük iliyinin punksiya materialının mikroskopik müayinəsi zamanı təyin olunur. Mieloqramma yolu ilə sümük iliyinin qanyaranma orqanı kimi müxtəlif patologiyalarını aşkar etmək mümkün olur.

Qırmızı sümük iliyi qanın bütün elementlərinin sintez olunduğu orqandır və sümüklərin daxilində yerləşir, ümumi bədən kütləsinin 4%-ni təşkil edir və hemopoezə- müxtəlif qan hüceyrələrinin yaranması, böyüməsi və yetişməsinə cavabdehdir. Hemopoez müxtəlif səbəblərdən (anemiya, çoxsaylı mieloma, vərəm, leykoz və s.) pozula bilər və immun sistem patologiyalarına da səbəb olur.

Leykozlar zamanı mieloqramma diaqnozun dəqiqləşdirilməsi üçün təyin olunur və yetişməmiş ağ qan hüceyrələrinin anomal yüksək səviyyəsilə özünü göstərir. Mieloqramma həm diaqnozun dəqiqləşdirilməsi üçün əvəzolunmaz müayinə üsulu, həm də müalicə taktikasının seçilməsi üçün zəruridir.

Sümük iliyi yaxması 2 üsulla əldə olunur- qalça sümüyünün trepan biopsiyası və döş sümüyünün punksiyası yolu ilə.

Tropan biopsiya üsulundan punksiya yolu ilə yetərli miqdarda sümük iliyi materialı götürmək mümkün olmadıqda istifadə olunur və qalın iynə- troakar vasitəsilə götürülür. Daxil olunacaq dəri sahəsi dezinfeksiya olunur və həkim iynəni qalça darağına batırır. İynə az təzyiqlə, dairəvi hərəkətlərlə (yerli anesteziya altında) yeridilir. Sümük iliyinə düşdükdə iynə biomaterialla birgə çıxarılır. Biomaterial özündə az miqdarda sümük iliyi sütun hüceyrələri daşıyır və mikroskopik müayinə üçün laboratoriyaya göndərilir. Qanyaranma sistemində pozğunluğun mövcudluğunu bu etapda vizual olaraq aşkar etmək mümkündür- xəstələrdə bioptatda sümük-ilik elementləri demək olar ki, yoxdur və sarımtıl yağlı toxumadan ibarətdir.

Döş sümüyünün biopsiyası müayinə üsulu olaraq trepan biopsiya ilə müqayisədə daha çox təyin olunur. Ümumiyyətlə biopsiya üsulu da bir növ trepan-biopsiyanı xatırladır, sadəcə iynənin ölçüsü, götürülən materialın miqdarı və müayinə nahiyyəsinə görə fərqlənir. Biomaterialın götürülməsi döş sümüyünü deşməklə aparılır və pasiyent bu vaxt uzanmış vəziyyətdə olur və müayinə yerli anesteziya altında həyata keçirilir. Biomaterial götürüldükdən sonra iynə batırılan nahiyyə plastırla örtülür. Nadir hallarda material eyni vaxtda bir neçə hissədən götürülə bilər.

Biopsiyanın və ya döş sümüyü punksiyasının orta davametmə müddəti 10-20 dəqiqədir. Prosedurdan sonra pasiyentə 5-10 dəqiqə uzanıqlı qalmaq tövsiyə olunur və əgər iynə yerindən qanaxma yoxdursa, pasiyentə gündəlik həyat tərzinə qayıtmağa icazə verilir. Punksiya nahiyyəsində 2-3 gün davam edən yüngül ağrı ola bilər və adi ağrıkəsicilərlə aradan qaldırmaq mümkün olur. Təcrübələr göstərir ki, mieloqramma zərərsiz müayinə üsuludur. Yalnız bir fəsad törədə bilər- prosedur nahiyyəsindən qanaxma.

Pasiyentdən götürülmüş sümük iliyi nümunəsinin mikroskopik müayinəsi- müxtəlif tip hüceyrələrin kəmiyyət və keyfiyyət tərkibini qiymətləndirməyə və alınan nəticəyə əsasən diaqnozun dəqiqləşdirilməsinə imkan yaradır. Mieloqramma nəticəsi xüsusi cədvəl şəklində göstərilir və cədvəldə sümük iliyi komponentlərinin sayı və tərkibi təsvir olunur. Alınan nəticələr sağlam insanların referans dəyərlərilə müqayisə olunaraq həkimə diaqnoz qoymağa yardımçı olur. Belə ki, mielokariositlərin azalması hipoplastik proseslərə, artması isə leykoza işarə edə bilər. Leykemiya zamanı blast hüceyrələrin sayının artma

error: Content is protected !!