Barrett sindromu

Barrett sindromu- qida borusunun patologiyası olub, xroniki qastroezofageal reflyuks və mədə turşusunun selikli qişaya təsirilə əlaqədar epitelin metaplaziyası ilə xarakterikdir. Xərçəngönü vəziyyət hesab olunur. Kliniki olaraq hıçqırma, qıcqırma, döş sümüyü arxasında ağrı və reflyuks-ezofagit əlamətlərilə özünü büruzə verir. Xəstəliyin diaqnostikasında ezofaqoqastroskopiya və biopsiya qızıl standart hesab olunur. Əlavə olaraq xromoskopiya, manometriya və qida borusunun pH-metriyası, kontrastlı rentgen müayinəsi (ezofaqoqrafiya) aparılır. Müalicə konsevativ (antisekretor və antasid preparatlar, prokinetiklər), ağırlaşmalar olduqda isə cərrahi yolla aparılır.

Barretta sindromu haqqında ümumi məlumat

Barrett sindromu, eləcə də Barrett qida borusu adlanır-qastroezofageal reflyuks xəstəliyi zamanı mədə şirəsinin qida borusunun proksimal şöbəsinə uzun müddətli və davamlı təsiri nəticəsində meydana çıxan ağır xəstəlikdir. Patologiyanın əsas təhlükəsi- ezofagial epitelin metaplaziyası fonunda qida borusunda adenokarsinomanın inkişafıdır. Qida borusunun metaplastik epiteli haqda ilk dəfə 1950-ci ildə Barrett məlumat versə də, bunu normanın bir forması kimi (qida borusunun anadangəlmə qısalığı səbəbindən mədənin qida borusuna sürüşməsi) qiymətləndirmişdir. Qədəhəbənzər hüceyrələrə malik, metaplaziyaya uğramış epitelin xərçəngönü vəziyyət olduğunu anlamaq üçün Barrettə 7 il müşahidə aparmaq lazım gəlmişdir.

Günümüzdə, məlumdur ki, Barrett qida borusu QERX olan pasiyentlərin 1-80%-də (müxtəlif mənbələrə görə) rast gəlinir və bilavasitə yaşdan və reflyuks anamnezinin müddətindən asılıdır. Xəstəlik, əsasən 45-65 yaşda meydana çıxır, qadınlarla müqayisədə kişilər 2-5 dəfə çox xəstələnir; Barrett qida borusunun maliqnizasıyası ehtimalı kişilər və qadınlarda 9:1 nisbətindədir.

Barrett qida borusunun səbəbləri

Barrett sindromunun əsas etioloji faktoru QERX-dir. Xəstəlik zamanı mədənin turş möhtəviyyatı mütəmadi olaraq qida borusunun aşağı hissəsinə atılır və nəticədə ezofagial epiteli zədələnir və metaplaziyaya uğrayır. Bu zaman qida borusunda bağırsaq, fundal və kardial vəzilər aşkarlanır. Kardial sfinkterin relaksasiyası, mədə turşuluğunun arması, epidermisin böyümə faktorunun sekresiyasının tükənməsi nəticəsində selikli qişanın “yenilənməsi” ehtimal olunur. Barrett sindromlu xəstədə xərçəngin yaranma ehtimalı, ümumi populyasiya ilə müqayisədə demək olar ki, 100 dəfə çoxdur. Xərçəng hüceyrələrinin inkişafı üçün substrakt rolunu epitelin yüksək dərəcədə metaplaziyası oynayır. Metaplaziyanın formalaşması üçün təxminən 4 il tələb olunduğu halda, onun xərçəng hüceyrələrinə çevrilməsi üçün 6-20 ay kifayət edir.

QERX xəstələrində Barrett qida borusunun formalaşmasına ümumi ağırlaşdırıcı faktorlar- siqaret çəkmək, alkoqoldan istifadə (istənilən həcmdə), bəzi medikamentlərin qəbulu səbəb ola bilər. Risk qrupuna kişi cinsi, 5 ildən çox reflyuks anamnezi olanlar və 50 yaşdan böyüklər, il ərzində təkrarlanan reflyuks-ezofagit residivləri olan şəxslər daxildirlər. Qida borusuna pankreatik fermentlərin və ödün düşməsi xəstəliyin gedişinin daha da ağırlaşmasına, metaplaziyanın isə proqressivləşməsinə səbəb olur. Barrett sindromunun başlanğıc mərhələlərində silindrik mədə epitelinin qida borusuna miqrasiyası müdafiə xarakteri daşıyır, belə ki, selikli qişanə turş mühitin aqressiv təsirindən qoruya bilir.

Silindrik epiteli normada Z-xətt boyunca (qidaborusu və mədə sərhəddində) 2sm ölçüdə miqrasiya edə (yayıla) bilər. Metaplaziyanın kardial sfinkterdən (qida-borusu-mədə sərhəddi) 2,5 sm məsafədə aşkarlanması və biopsiya ilə təsdiqi Barrett sindromunun göstəricisidir.

Barrett qida borusunun simptomları

Barrett sindromunun diaqnostikasının çətinliyi, kliniki əlamətlərin qastroezofageal reflyuks xəstəliyi ilə çox oxşar olması və yalnız epitelin biopsiyası isə təsdiqlənməsindədir. Pasiyentlərin 3/4-ü daha çox yanğı hissindən (mədənin turş möhtəviyyatının qida borusunun selikli qişasına uzun müddətli təsiri nəticəsində meydana çıxan) şikayət edirlər. Yanğı hissi qida qəbulundan, fiziki aktivlikdən və gövdənin əyilmələrindən sonra meydana çıxır. Oxşar patogenez turşu, öd və ya hava hıçqırması zamanı da olur. Qida möhtəviyyatın ağız boşluğuna regurgitasiyası kardial sfinkterin aşkar relaksasiyası və möhtəviyyatı mədə boşluğunda saxlaya bilməməsilə əlaqədar baş verir.

Daha az hallarda xəstəni disfagiya narahat edir: adətən aşkar nəzərəçarpan metaplaziya zamanı yaranır, artması və qusma və qanaxmalarla müşayiət olunması isə qida borusunun adenokarsinomasına işarə edir. Barrett sindromu çox vaxt eroziv ezofagitin formalaşması ilə keçir və xroniki qanaxmalar, anemiya, üzülmə ilə müşayiət olunur. Nəzərə almaq lazımdır ki, disfagiya, qanaxma, anemiya və kaxeksiya adətən, qida borusu xərçənginin olduğunu göstərir.

Barrett sindromunun diaqnostikası

QERX-in ilk əlamətlərinin meydana çıxdığı zaman mütləq qastroenteroloqa müraciət etmək lazımdır. Reflyuks-ezofagitin diaqnostikasında qızıl standart biopsiya ilə ezofaqoqastroskopiyadır. Müayinə zamanı metaplaziya sahələri hiperemiya dalğaları şəklində vizualizasiya olunur və Z-xəttdən proksimal istiqamətdə 2,5 sm-dən böyük ölçüdə olur. Dəqiq diaqnoz üçün 4 sahədən biopsiya götürülməli, qida borusunun və dənin xromoskopiyası aparılmalıdır. Differensial diaqnostika və ağırlaşmaların aşkarlanması məqsədilə qida borusunun rentgenoqrafiyası, qastrokardiomonitorinq, MBT-nin impedansometriyası, ezofageal manometriya, qida borusu daxili pH-metriya aparılır. Nəcisin gizli qana görə analizi həzm traktının yuxarı şöbələrindən daxili qanaxmanı aşkar edir.

Barrett sindromu zamanı bioptatın morfoloji müayinəsi adətən qida borusu selikli qişasında mədə epiteli (selindrik epitelieal hüceyrələr, fundal, kardial və bağırsaq vəziləri) elementlərini aşkar edir. Barrett sindromuna və qida borusunun adenokarsinomasına irsi meyilliyi nəzərə alaraq qanda qida borusunun displaziya markerlərinin təyini məsləhətdir.

Bioptatda epitelin metaplaziya əlamətlərinin olmaması pasiyentdə Barrett sindromunu inkar etməyə əsas vermir. Bir çox hallarda qida borusunun artmış peristaltikası, mədə möhtəviyyatının reflyuksu, patoloji ocaqların kiçikocaqlı və dağılmış şəkildə yayılması biopsiyanı götürməyə çətinlik törədir. Belə pasiyentlərə həkim-endoskopistlə dinamik konsultasiya və təkrari biopsiya məsləhətdir.

Barrett sindromunun müalicəsi

Barrett sindromunun tam kliniki və histoloji reqressiyasına imkan verən optimal müalicə üsulları hələ ki, işlənilir.

Barrett sindromu zamanı müalicə taktikası xəstəliyin mərhələsindən və simptomların təzahür dərəcəsindən asılıdır. Epitelin yüngül və orta metaplaziyası zamanı müalicə- qastroezofageal reflyuks əlamətlərinin likvidasiyası, qida borusunun normal epitelinin bərpası, bədxassəli törəmələrin qarşısını almaqdan ibarətdir.

QERX-in müalicəsində qeyri-medikomentoz üsullardan və dərman preparatlarından istifadə olunur. Qeyri-medikomentoz üsullara gün və qida rejiminin normallaşdırılması,piylənmənin müalicəsi, yarıoturaq vəziyyətdə yatmaq, pis vərdişlərdən, dar kəmərdən, həddən artıq fiziki yüklənmədən uzaq durmaq daxildir.

Medikomentoz terapiyada antisekretor preparatlar (proton pompası inhibitorları, onlara qarşı dözümsüzlük olarsa- H2 histamin reseptorlarının blokatorları); antasidlər; prokinetiklər (metoklopramid, domperidon) təyin olunur. Daha yüksək effekt bu 3 qrup preparatların birgə qəbulu zamanı əldə olunur. Qida borusuna ödün atıldığı aşkar edilərsə, ursodezoksixol turşusu təyin edilməlidir. Qida qəbulundan sonra mədənin doluluğu və şişməsi hissi olarsa, tərkibində öd turşuları olmayan ferment preparatları təyin edilməlidir.

Qastroenterologiya sahəsində aparılan müşahidələr göstərir ki, xəstəlik aşkarlanmamışdan öncə uzun müddət antisekretor və antasid preparatlar qəbul edən pasiyentlərdə Barrett qida borusunun seqmenti daha qısa, metaplaziya sahəsi isə qeyd edilən preparatlar qəbul etməyənlərlə müqayisədə daha aşağıdadır.

Barrett sindromunun cərrahi müalicəsinə göstərişlərə qida borusunun strikturu, metaplaziyanın yüksək dərəcəsi, müalicəyə rezistent qida borusu xorası, qida borusundan qanaxma, maliqnizasiya riskinin yüksək olması aiddir. Metaplaziyaolunmuş epitelin aradan qaldırılması üçün endoskopik üsullardan: fotodinamik, lazer, plazma arqon terapiyası; elektrokoaqulyasiya və kriodestruksiya; qida borusunun selikli qişasının endoskopik rezeksiyası tətbiq olunur.

Barrett sindromunun proqnozu və profilaktikası

Xəstəliyin proqnozu qeyri-qənaətbəxşdir. Uzun seqmentli metaplazik qida borusu olan pasiyentlərdə xərçəng 0,5-1% hallarda rast gəlinir, qısa seqmentli metaplaziya zamanı isə maliqnizasiya riski xeyli aşağıdır. Qısa seqmentli Barrett sindromu və aşağı dərəcəli metaplaziya zamanı endoskopik görüntünün tam reqressiyası konservativ müalicə fonunda pasiyentlərin 8%-də müşahidə olunur. Antireflyuks terapiya xəstələrin təxminən 4%-də tam sağalma ilə nəticələnir.

Barrett sindromunun qarşlısının alınması yalnız qastroezogeal reflyuks xəstəliyinin erkən diaqnostikası və müalicəsi ilə mümkündür. Barrett qida borusunun spesifik profilaktika üsulu məlum deyildir. Barrett sindromlu pasiyentlərdə, hətta effektiv konservativ və cərrahi müalicədən sonra belə, hər il endoskopik müayinə və biopsiya tələb olunur.

error: Content is protected !!