Viskot-Oldriç sindromu
Viskot-Oldriç sindromu- irsi immunodefisit xəstəlik olub, ekzema, hemorragik sindromla, eləcə də şiş, infeksion və autoimmun xəstəliklərin inkişafı ilə xarakterizə olunur. Əsas əlamət travmalar zamanı qanaxma, tez-tez burun qanaxmaları və hematomalar, residivləşən bakterial, göbələk və virus infeksiyaları, dəridə səpgilər, provokasiyedici qaşınma və göynəmə hissidir. Diaqnoz kliniki-anamnestik məlumatlara, qanın ümumi analizi, immun sistemin vəziyyəti və biogenetik testə əsasən qoyulur. Müalicəyə hemopoetik hüceyrələrin transplantasiyası və polliativ terapiya daxildir.
Viskot-Oldriç sindromu haqqında ümumi məlumat
Viskot-Oldriç sindromunun (VOS) sinonimi kimi ekzema-trombositopeniya-immunodefisit sindromu terminindən və ya ingilis dilində «Wiskott-Aldrich syndrome»dən alınmış WAS abbreviaturasından istifadə olunur. Amerika tədqiqatçısı olan E.Viskott 1937-ci ildə bir ailənin qız uşaqlarının sağlam olduqları halda, oğlanlarda trombositopeniya hallarının ekzema və residivləşən infeksiyalarla birgə rastlandığını təsvir etmişdir. R.Oldriç isə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində patologiyanın cinsə bağlı irsən ötürüldüyünü və qüsurlu geni aşkar etdi. Sindromun rastgəlmə tezliyi çox azdır- milyon yenidoğulmuş oğlandan birində rast gəlinir. Qızlarda tək-tək hallar məlumdur ki, bu da X romosomdakı defektin inaktivasiyasının yetərli olmaması ilə əlaqələndirilir.
Viskot-Oldriç sindromunun səbəbləri
VOS- irsi xəstəlikdir. Xəstəliyin yaranmasına səbəb immun hüceyrələrin zülallarının sintezinə cavabdeh olan WAS genindəki mutasiyadır. Gen X-xromosomunda, XR11.23 nahiyyəsində yerləşir. Hazırda elmə WAS geninin 300-dən artıq mutasiyası məlumdur və bunlar X xromosomuna bağlı trombositopeniyaya, xüsusilə mikrotrombositopeniya və neytropeniyanın inkişafına səbəb olur. Simptomların özünü büruzə dərəcəsi- trombositlərin səviyyəsinin ancaq laborator müayinələr zamanı nəzərə çarpan azalmasından, qanın onkoloji xəstəliklərinin, autoimmun patologiyaların qoşulduğu Viskot-Oldriçin sindromunun ağır formalarınadək -mutasiyanın xarakterindən asılıdır.
Sindrom X-xromosomu ilə ilişikli ressesiv yolla ötürülür. Kişilərdə 1 X romosomu olur və əgər onda defekt varsa xəstəlik meydana çıxır. Ata mutant geni bütün qızlarına ötürür, oğlanlar isə sağlam Y xromosomunu alırlar. Qadınlarda 2 X xromosomu olur. Xromosomlardan birində defekt olduqda resessiv olduğu üçün digər xromosom tərəfəindən inaktivasiya olunur. Bu halda sindrom özünü büruzə vermir, lakin daşıyıcı olurlar və 50% ehtimalla bütün övladlarına ötürürlər (oğlanlar xəstə, qızlar daşıyıcı olur).
Viskot-Oldriç sindromunun patogenezi
Genetik qüsur immun sistem hüceyrələrində WASP zülalının sintezinin pozulması ilə özünü büruzə verir. O hemopoetik sütun hüceyrələri- sümük iliyində yerləşən və qanın formalı elementlərinin əcdadları tərəfindən sintez olunur. WASP sitoskeletin bərpasında və yenidən qurulmasında, immunoloji sinaptik keçiriciliyin formalaşmasında, zülalların hüceyrədaxili transportunda iştirak edir. Onun olmaması və ya yetərli səviyyədə ifraz olunmaması qüsurlu trombositlərin yaranmasına, rəqabətli və adaptiv immunitetin formalaşmasında iştirak edən hüceyrələrin funksiyasının patoloji dəyişikliklərinə səbəb olur.
Qanın laxtalanma sistemi pozulur, proqressivləşən immunodefisit inkişaf edir. Sindromun kliniki təzahür dərəcəsi müəyyən qədər WASP-ın hüceyrə konsentrasiyasından asılıdır, miqdarı isə mutasiyanın lokalizasiyası və tipini müəyyən edir. Simptomlar variasiyalı xarakter daşıyır, əksər pasiyentlərdə zəif və ya orta ağır gedişli olur. Ağır gedişə nadir hallarda rast gəlinir.
Viskot-Oldriç sindromunun təsnifatı
Viskot-Oldriç sindromunun tək klassifikasiyası mövcud deyildir. Kliniki praktikada bal sistemindən istifadə geniş yayılmışdır və buna əsasən -bütün xəstələrdə trombositopeniya, əksər xəstələrdə immunodefisit vəziyyətlər olur, digər simptomlar isə olmaya bilər. Bu parametrlərə əsasən xəstəliyin 3 forması ayırd edilir:
- Yüngül VOS. Ekzemanın olmaması və ya yüngül, müalicəyə tabe olan ekzema, nadir hallarda infeksiyalarla xarakterizə olunur. 1-2 balla qiymətləndirilir.
- Klassik orta ağır gedişli VOS. İnfeksion xəstəliklərin və ekzemanın residivlərilə, aşkar autoimmun reaksiyalarla özünü büruzə verir. 3-4 balla qiymətləndirilir.
- Klassik ağır VOS. Pasiyentlər rekurrent infeksiyalardan, ağır ekzemadan, autoimmun patologiyalar və bədxassəli törəmələrdən əziyyət çəkir. Palliativ müalicə az effektivdir. Sindromun təzahürü 5 balla qiymətləndirilir.
Viskot-Oldriç sindromunun əlamətləri
Trombositopeniyanın kliniki əlamətləri doğulan gündən aşkarlanır. Yenidoğulmuşlarda dərinin səthində petexial səpkilər- kiçik damarların zədələnməsi və laxtalanmanın zəif olması nəticəsində qırmızı ləkələr (çox da iri olmayan) görünür. Ekximozlar- 3 mm-dən böyük bənövşəyi və göyümtül-qara rəngli dərialtı qansızmalar yaranır. Tez-tez burundan qanaxma, qanlı qusma müşahidə olunur. İnvaziv tibbi prosedurlar, məsələn, qanalma zamanı laxtalanmanın azalması nəzərə çarpır.
Ekzema adətən uşaq yaşlarından meydana çıxır, lakin bütün ömur boyunca müşahidə olunmaya da bilər. 1 yaşadək uşaqlarda seboreyalı və ya bez dermatitini xatırladır. Bütün bədən səthini əhatə edən generalizəolunmuş, və ya ətraflarda səpkilərlə xarakterizəolunan lokal formaları mümkündür. Böyük yaşlarda ekzema adətən dirsək büküşləri, barmaqların ətrafı, dizaltı və boyun büküşləri nahiyyələrində məhdudlaşır. Bəzi pasiyentlərdə səpki ümumiyyətlə olmur və ya çox nadir və zəif ifadəolunmuş olur, müalicəyə ehtiyac olmur.
İmmunoloji pozğunluqlar əksər pasiyentlər üçün xarakterikdir. Orqanizmin müdafiə funksiyalarının zəifləməsi təkrar otitl, pnevoniya, kandidoz, meningit, enterokolit, herpes və dərinin infeksion patologiyalarına səbəb olur. Tez-tez residivləşən xroniki infeksion xəstəliklər inkişaf edir, standart müalicə tədbirlərinin effekti zəif olur. Böyüklərdə autoimmun xəstəliklər- hemolitik anemiya, vaskulitlər, trombositopenik purpura, böyrək və bağırsaqların iltihabi zədələnməsi meydana çıxır. Klassik ağır gedişli VOS zamanı yeniyetmələrdə və gənclərdə bədxassəli törəmələr yaranır, əksər hallarda Qeyri-Hoçkin limfoması aşkarlanır.
Viskot-Oldriç sindromunun ağırlaşmaları
VOS zamanı letal nəticə ehtimalı çox yüksəkdir. 59% hallarda ölümə səbəb infeksion xəstəliklər olur. Bunlarda ağır pnevmoniyalar və sepsis (qanın infeksiyalaşması) üstünlük təşkil edir. İnfeksion fonda hemorragik sindrom aktivləşir, ekzema ilə zədələnmiş nahiyyələrin intensiz qaşınması göbələk və bakterial mənşəli infeksiyaların inkişafına təkan verir. Xəstələrin 21%-i daxili qanaxmalar səbəbindən həyatlarını itirirlər. Kəllədaxili, mədə-bağırsaq və ağciyərə qanaxmalar həyat üçün təhlükəli fəsadlardır. 12% xəstələrdə isə ölümün səbəbi onkopatologiyalar, xüsusilə limfoma və leykozlardır.
Viskot-Oldriç sindromunun diaqnostikası
Viskot-Oldriç sindromlu uşaqlarda trombositopeniya əlamətləri doğuşdan dərhal sonra müşahidə olunur, lakin diaqnoz uşağın həyatının birinci və ya ikinci ilində təsdiqlənir. İlkin diaqnoz genetikin iştirakı ilə neonatoloq və pediatr tərəfindən qoyulur. Differensial diaqnostika zamanı trombositopenik purpura, talassemiyalı irsi trombositopeniya və X-xromosomla ilişikli anadangəlmə diskeratoz istisna olmalıdır. Leykopeniya, göz yaşı axacaqlarının diskineziyası, anemiya və qeyri-irsi trombositopeniyadan ayırd edilməlidir. Kompleks müayinə üsullarına aşağıdakılar aiddir:
- Anamnez. Valideynlərlə söhbət zamanı nəsildə kişi cinsin nümayəndələrində trombositopeniya və ağır residivləşən infeksiyaların mövcudluğu, erkən yaşlarda oğlan uşaqlarının infeksion xəstəlik, qanaxma və ya qan xərçəngi səbəbindən ölümü halları araşdırılır. Şikayətlərə dəridə səpki, qanaxmalar, tez-tez infeksion xəstəliklər aiddir.
- Fizikal müayinə. Xəstəyə baxış zamanı petexiyalar, ekximozlar, atopik dermatit əlamətləri, dəridə infeksion ocaqlar görünür. Palpasiya yolu il əlimfa düyünlərinin, qaraciyər və dalağın böyüməsi (limfadenopatiya, hepatosplenomeqaliya) müşahidə olunur.
- Laborator müayinələr. Qanın müayinəsi daha informaiv diaqnostika üsulu hesab olunur. Bəzi testlər aparılır:
- Qanın kliniki analizi. Trombositlərin ölçüsünün azalması ilə gedən trombositopeniya aşkarlanır, Bu müayinə spesifik üsul sayılır və VOS-u trombositopeniyanın digər növlərindən differensiasiya etməyə imkan verir.
- İmmun statusun müayinəsi. Erkən yaşlardan immunoqrammada CD8 limfositlərin sayının çox azalamsı ilə özünü büruzə verən limfositopeniya aşkarlanır. Ləng tipli hiperhəssaslıq reaksiyası, B limfositlərin azalması, M və G immunoqlobulinlərin səviyyəsinin aşağı olması, a və E immunoqlobulinlərin konsentrasiyasının yüksəlməsi müşahidə olunur.
- WASP müayinəsi. Hüceyrə kültüründə zülalın ekspessiyası aparılır. Alınan nəticə diaqnozu böyük ehtimalla dəqiqləşdirməyə və proqnoz haqqında fikir yürütməyə imkan verir. WASP sintezinin ümumiyyətlə olmaması sindromun ağır formalarına dəlalət edir.
- Molekulyar-genetik müayinələr. WAS geninin mutasiyası PZR yolu ilə aşkarlanır. Qüsurlu genin aşkarlanması diaqnozu təsdiq edir. Mutasiyanın xarakteri ayrı-ayrı hallar üçün proqnoz yürütməyə imkan verir.
Viskot-Oldriç sindromunun müalicəsi
Müalicəsi hemopoetik sütun hüceyrələrinin və ya sümük iliyinin transplantasiyası yolu ilədir. Sağlam insanın biomaterialının köçürülməsi hematoloji və immunoloji qüsuru aradan qaldırmağa imkan verir. Histoloji uyğun donorun seçilməsi halında müalicənin effektivliyi 84-90% təşkil edir. Hemopoetik sütun hüceyrələrinin transplantasiyası tibbi praktikada tətbiq olunmadan öncə əksər pasiyentlər ancaq 6-6,5 il yaşayırdılar.
Əlavə olaraq palliativ terapiya- venadaxili immunoqlobulinin yeridilməsi, profilaktik məqsədlə virusəleyhinə və mikrobəleyhinə preparatların qəbulu təyin olunur. Aşkar hemorragik sindrom zamanı splenektomiya- dalağın cərrahi yolla götürülməsi aparıla bilər. Prosedurdan sonra trombositlərin sayının və ölçüsünün böyüməsi müşahidə olunur. Kəskin bakterial infeksiyalarda geniş spektrli antibiotiklərin təyini göstərişdir.
VOS-un müalicəsinin yeni üsullarına lentoviruslarla gen müalicəsi daxildir. Bu metodun mahiyyəti pasiyentin sütun autoloji hüceyrələrinin götürülməsi, ardınca lentovirus spektrinin tətbiqi və modifikasiyaolunmuş materialın orqanizmə yeridilməsi yolu ilə genetik defektin korreksiyasından ibarətdir. Müalicə zamanı qüsurlu ümmun hüceyrələrin məhvi baş verir. Bu metodun eksperimental müşahidəi aparılır və effektivliyi haqqında məlumatlar vardır.
Viskot-Oldriç sindromunun proqnozu və profilaktikası
Müasir müalicə üsulları hesabına xəstələrin ömrünü uzatmağa və yaşama səviyyəsini yüksəltməyə imkan verir. Müalicəyə kompleks yanaşılarsa proqnoz qənaətbəxşdir. Sindromun profilaktikası mümkün deyil, çünki xəstəlik irsi ötürülür. Xəstə uşağın doğulma ehtimalını müəyyən etmək üçün risk qrupuna daxil olan cütlüklərin tibbi-genetik konsultasiyası mütləqdir. Fəsadların qarşısını almaq üçün gigiyenik qaydalara ciddi riayət, infeksion xəstəliklərlə kontaktdan yayınmaq, travmalardan qorunmaq, uşaqlarda hipoallergen dəriyə qulluq vasitələrindən istifadə etmək, qida allergenlərinin inkar etmək pəhrizə riayət etmək mütləqdir.