Qızılca təhlükəsi bütün dünyada artmaqda davam edir: ötən il ərzində millionlarla uşaq vaksinasiyadan uzaq qalmışdır

Qızılcaya qarşı vaksinasiyanın azalması nəticəsində 2022-ci ildə qızılcaya yoluxma halları 18%, xəstəlikdən ölüm halları isə 43% artmışdır (2021-ci illə müqayisədə). Ümumdünya Səhiyyə təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin (XNPM) ən son hesabatında qızılca xəstələrinin sayının 9 mln, xəstəlikdən ölüm hallarının isə 136000 olduğu və əsas hissəsini uşaqlar təşkil etdiyi bildirilmişdir.

Uşaqlar arasında qızılca riski durmadan artmaqdadır. 2022-ci ildə kütləvi və ağır yoluxma halları 37 ölkədə aşkarlanmışdır (2021-ci ildə 22 ölkədə). Bu ölkələrdən 26-sı Afrika ölkələri arasında, 6-sı Şərqi Aralıq dənizi bölgəsində, 2-si Cənubi-Şərqi Asiyada və 1-i Avropa regionundadır.

“Qızılca ocaqlarının artması və ölüm hallarının çoxalması çox təəsüfləndirir, lakin son illərdə vaksinasiyanın sayının azalması səbəbindən bu gözlənilən idi- XNPM-nin qlobal immunizasiya mərkəzinin direktoru Jon Vertfey demişdir. O bildirmişdir ki, qızılca halları meydana çıxdığı məkandan asılı olmayaraq peyvənd almayan əhali üçün çox ciddi təhlükə mənbəyidir. Xəstəliyin yayılmasının və ölüm hallarının qarşısını almaq məqsədilə təcili və məqsədyönlü tədbirlər görmək tələb olunur”.

2 doza vaksinlə qızılcaya yoluxmanın qarşısını almaq mümkündür. 2021-ci illə müqayisədə 2022-ci ildə vaksinasiya nisbətən artsa da peyvənd almamış uşaq sayı 33 mln-dur. Bunlardan 22 mln-u birinci doza vaksini, 11 mln uşaq isə ikinci dozanı almamışdır. Vaksinin birinci dozasının miqyasının qlobal göstəricisi cəmi 83%-dir və bu göstərici qızılca ocaqlarının yaranmasının qarşısını ala biləcək 95%-dən xeyli azdır.

Ən aşağı vaksinasiya göstəricisi 66%-dir və aşağı həyat şəraiti olan ölkələrdə rast gəlinir və ölüm faizi də yüksək olur. 22 mln ilk peyvənd dozası almamış uşaqların yarısından çoxu 10 ölkənin: Anqola, Braziliya, Konqo Demokratik Respublikası, Efiopiya, İndoneziya, Hindistan, Pakistan, Maqadaskar, Nigeriya və Filippinlərin payına düşür.
“Pandemiyadan sonra aşağı həyat səviyyəli ölkələrdə qızılca vaksinasiyanın tam bərpa olunmaması qorxulu siqnaldır və təcili tədbir görməyə əsas verir. Qızılcanı boş yerə “qeri-bərabərliklər virusu” adlandırmırlar. Bu infeksiya qoruması olmayan hər kəsə hücum esir- ÜST-nə. İmminizasiya, vaksinasiyalar və bioloji preparatlar departamentinin direktoru Keyt O’Brayen bildirmişdir. -Yaşayış yerindən asılı olmayaraq dünyadakı bütün uşaqlar qızılca vaksini ilə qorunmaq haqqına sahibdirlər”.

XNPM və ÜST təkidlə ölkələri peyvənd almamış uşaqları aşkar etməyə və bütün uşaqları qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərə qərşı vaksinasiyaya cəlb etməyə dəvət edir. Həmçinin qlobal, regional, milli və yerli səviyyələrdə çalışan bütün səhiyyə sektoru tərəfdaşları epidemiyaları tez bir zamanda aşkar etmək və qaşısını almaq üçün güclü nəzarət sistemlərini yaratmalı və epidemiyaların qarşısını almaq üçün lazımi resursları sərf etməlidirlər.

16.11.2023 ,Cenevrə, İsveçrə