Şəkər əvəzedicilərinin istifadəsi hepatotoksiki təsir göstərir

Qida ilə qəbul olunan süni dadlandırıcılar (şəkər əvəzediciləri) qaraciyərin detoksikasion funksiyasının tənzimlənməsində vacib rol oynayan zülalın işini pozur. Bu isə öz növbəsində orqanizmin müxtəlif toksinlərdən və dərmanların metabolitlərindən təmizlənməsində pozğunluqlara səbəb ola bilər. Aparılmış uzun müddətli təcrübələrin nəticələrinə əsasən əldə olunmuş bu məlumatlar 2-5 aprel tarixlərində Filadelfiyada keçirilən Amerika biokimya və molekulyar biologiya cəmiyyətinin Experimental Biology-2022 adlı konfransında məruzə edilmişdir.

Mütəxəssislərin hesablamalarına görə amerikalıların 40%-i müntəzəm olaraq şəkər əvəzediciləri qəbul edirlər. Bu maddə şirin dadı və kiçik kalori sayına görə pəhriz saxlayanların əsas qida atributu hesab olunur. Lakin, bir çox insanların məlumatı yoxdur ki, şəkər əvəzedicilər az kalorili yoqurt, içkilər və hətda qeyri-qida məhsullarında- dərman şərbətləri və bəzi kosmetik vasitələrin tərkibində də mövcuddur. Bu maddənin hətda icazə verilən miqdarda qəbulu belə orqanizmin detoksikasiya funksiyasını pozmaq üçün yetərlidir.

Viskons Tibb kollecinin (MCW) araşdırmaçıları 2 süni dadlandırıcının -kalium-asesulfam və sukralozanın qida maddələrinin qaraciyərə hüceyrədaxili daşınmasına təsirini araşdırmışlar. Məlum olmuşdur ki, şəkər əvəzediciləri ümumi qan axınına düşdükdən sonra membran zülal-transporteri olan P-qlikoproteinin (PGP) aktivliyini inhibə edir (zəiflədir). Bu zülal orqanizmdən toksik maddələrin, zəhərlərin və dərman vasitələrinin metabolik məhsullarının xaric olunmasında vacib rol oynayır.

Təcrübələr həmçinin göstərmişdir ki, şəkər əvəzediciləri ksenobiotiklərin, kiçik zəncirli lipidləri və öd turşularının da transportunu tormozlayır. Bu isə, qaraciyərin detoksikasiya funksiyasının pozulması və dərman hepatotoksikliyinin yaranması ilə nəticələnir. Risk qrupunda -antidepressantlar, antibiotiklər və hipotenziv preparatlar qəbul edən şəxslər daxildir.

Mütəxəssislər qeyd edirlər ki, süni dadlandırıcılar qaraciyərdə PGP-nin aktivliyinə gündəlik qida məhsullarının tərkibində olan cüzi miqdarda belə təsir edirlər, halbu ki, bu miqdar FDA-nın maksimal icazə verdiyi dozada xeyli aşağıdır.

error: Content is protected !!