Exokardioqrafiya (ExoKQ)

Exokardioqrafiya US dalğaları ilə ürəyin qeyri-invaziv vizualizasiya üsulu olub, ürəyin struktur elementlərinin morfofunksional parametrlərini qiymətləndirməyə kömək edir. Exokardioqrafiya bir neçə rejimi: bir ölçülü, iki ölçülü, doppler vəs. vasitəsilə ürəyin yığılma qabiliyyətini aşkar etməyə, faza analizi, divarların və boşluqların parametrlərini ölçülmək, kameralarda təzyiqin təyini, qapaqların vəziyyətini analiz etməyə imkan verir. ExoKQ vasitəsilə ürək qüsurları və şişləri, ÜİX, ürəkdaxili tromblar, döş aortasının anevrizması, ekssudativ perikarditlər, endo- və miokarditlər vəs. ürək patologiyalarına diaqnoz qoyulur.

ExoKQ-nın diaqnostik əhəmiyyəti xeyli yüksəkdir. Yüksək informativ, qeyri-invaziv müayinə üsulu olmaqla, kliniki və EKQ-də aşkar edilə bilməyən dəyişiklikləri aşkar etməyə imkan verir. Exokardioqrafiya 1-10MHs tezlikli ultrasəs dalğaları ilə təchiz olunmuş generator, ultrasəs dalğalarını qəbul edən sensor, ultrasəs titrəyişlərini elektromaqnit dalğalarına çevirən və ürəyin tədqiq edilən strukturlarını exokardioqramma şəklində əks etdirən xüsusi exokardioqraf tərəfindən aparlır. Müasir exokardioqraflar eyni anda EKQ qeydiyyatını aparan və məlumatların sürətli və yüksək keyfiyyətli emalını təmin edən kompyuterlə sinxronlaşdıran elektrokardioqrafik kanaldan təşkil edilmişdir.

Kardiologiyada ExoKQ-nın A-, M- və B-rejimlərdə birölçülü müayinəsi; ikiölçülü exokardioqrafiya, eıəcə də doppler-exokardioqrafiya aparılır. Transtorakal ultrasəs kardioqrafiyanın modifikasiyalarına kontrastlı Exo-KQ, qida borusu vasitəsilə exokardioqrafiya, stress ExoKQ aiddir.

Exokardioqrafiyaya göstərişlər

Exokardioqrafiyanın aparılma məqsədi ürək strukturlarının, ürəkətrafı boşluqların öyrənilməsi, perikardial mayenin, boşluqdaxili trombların, çapıqların aşkarlanması, ümumi funksional rezervlərin qiymətləndirilməsidir. ExoKQ auskultativ aşkarlanan ürək küyləri, EKQ dəyişiklikləri, sinədə ağrı, çırpıntı hissi, təngnəfəslik, yüksək arterial təzyiq zamanı aparılır. Kardioloq anadangəlmə və qazanılma ürək qüsurlarına şübhə olduqda, miokardit, miokard infarktı, endokardit, perikardit, ürək şişləri, döş aortasının anevrizması, ürək çatışmazlığı, aritmiyalar, kardiomiopatiyalar zamanı ExoKQ təyin edir. Postinfarkt və ya kardiocərrahi əməliyyatdan sonrakı dövrdə pasiyentlərin izlənməsi üçün də ExoKQ mütləqdir.

Exokardioqrafiya müayinəsi tromboflebit, aşağı ətraf venalarının varikozu olan xəstələrdə ağciyər arteriyasının tromboemboliyası təhlükəsini inkar etmək üçün məsləhət görülür. ExoKQ revmatik xəstəliklərdə, fəsadlaşmış infeksiyalarda (KRVİ, qripp, angina), endokrinopatiyalarda təyin edilə bilər. İntensiv fiziki yüklənmələrə məruz qalan idmançılarda ExoKQ müayinəsi mütləqdir. Qadınlarda hamiləlik dövründə ExoKQ göstərişdir. Embrional ürək patologiyası şübhəsi olduqda exokardioqrafiya hamiləliyin 18-ci həftəsindən aparılmalıdır.

Exokardioqrafiya heç bir əks göstəriş və ağırlaşmalara malik deyildir, ağır xəstələrdə və uşaqlarda da aparılır. ExoKQ-nın aparılmasına məhdudiyyətlərə- piylənmə, giqantomastiya, ağciyərlərin emfizeması, döş qəfəsinin deformasiyaları, müayinə nahiyyəsində lokal iltihabi proseslər daxildir.

Müayinənin aparılma qaydası

Exokardioqrafiyanı aparan mütəxəssis topoqrafiyanı, ürəyin normal struktur morfologiyasını və funksiyasını, müxtəlif nazoloji formalarda mümkün kənaraçıxmalar və onların ürək tsiklinin fərqli fazalarında exokardioqramdakı əksini yaxşı bilməlidir. Müayinə 20-40 dəqiqə çəkir. Pasiyent arxası və ya solböyrü üstə uzadılır. Sensoru ürək üzərində müxtəlif proyeksiyalarda yerləşdirməklə ürəyin bütün hissələrinə baxmaq mümkündür. Ürəyin müayinəsində əsas giriş qapısı sahələri parasternal (3-4-cü qabırğaarası sahələr), supresternal (vidaci çüxur nahiyyəsi), subkostal (qılıncvari çıxıntı) və zirvə (ürəyin zirvə nöqtəsi) nahiyyələrində yerəşir. Transezofagial giriş qida borusu vasitəsilə exokardioqrafiyada olur.

Exokardioqrafiyada istifadə edilən bütün aparmalar sagital, horizontal və ürəyin bütün klapanlarından keçən xətlər boyunca optimal vizualizasiyanı təmin edir. Ürəyin ultrasəs müayinəsi üçün nəzərdə tutulmuş bütün müasir cihazlar exokardioqrafiyanı müxtəlif formalarda aparmağa imkan verir. Birölçülü ExoKQ siqnalları A-, M- və B-rejimlərdə əks olunur. Ürək kameralarının divarlarının və klapanların qrafik hərəkətini təsvir edəm M-rejimi daha praktiki əhəmiyyət daşıyır və ürək ölçülərinin və mədəciklərin sistolik funksiyasının qiymətləndirilməsi üçün vacibdir.

İkiölçülü exokardioqrafiya hərəkətli ürək strukturlarının qısa və ya uzun oxlar boyunca təsvirini verirş İkiölçülü ExoKQ zamanı ürək bo.luqlarının həcmi və mədəciklərin divarının qalınlığı təyin edilir, klapanların funksiyası, mədəciklərin ümumi və lokal yığılması qiymətləndirilir, kameralarda trombozlar aşkar edilir. Doppler-exokardioqrafiya ilə mərkəzi hemodinamika- qan axınının sürəti və istiqaməti müəyyən edilir. Hemodinamikanın ətraflı müayinəsi üçün dopplerin impuls-dalğa, davamlı-dalğa və rəngli rejimləri istifadə edilir.

Adətən exokardioqrafiyanın aparılması zamanı müəyyən alqoritm gözlənilir. Öncə klapanları yerləşməsinə görə identifikasiya edilir; arakəsmələr (mədəciklərarası və qulaqcıqlararası) ayırd edilir, onların tamlığına diqqət edilir, hərəkət tipi (normokinez, hipokinez, akinez, diskineziya) qiymətləndirilir. Sonra mədəciklərarası arakəsmə ilə klapanlar arasındakı qarşılıqlı yerləşmə, eləcə də klapanların hərəkətliliyinin anatomik xaraktreri qiymətləndirilir. Daha sonra exokardioqrafiyada divarların qalınlığı və ürək boşluğunun ölçüsü, miokardın hipertrofiyasının mövcudluğu və dərəcəsi, boşluqların dilatasiyası yoxlanır. Sonda stenozların, klapan requrtigasiyasının, qanın venadaxili patoloji şuntlanmasının təsdiqi və ya inkarı məqsədilə doppler-exokardioqrafiya və ikiölçülü ExoKQ aparılır.

error: Content is protected !!