Antimüller hormonu (AMH)

Antimüller hormonu– embrionda dölün cinsiyyətinin differensiasiyasına təsir edən, həmçinin follikulların yetişməsində və spermatogenezdə vacib rol oynayan hormonlardandır. Qanda konsentrasiyasının təyini cinsiyyət vəzilərinin funksiyasının qiymətləndirilməsi, spermoqram haqqında məlumatın və estradiol, progesteron, FSH, inhibin B testlərinin nəticələrinin kompleks şəkildə interpretasiyası zamanı vacib rol oynayır. Qanda antimüller hormonunun müayinəsi endokrinologiya, ginekologiya və andrologiyada geniş istifadə olunur. Yumurtalıqların polikistoz sindromunun müalicəsində, persistəedən müller axacağı sindromunda, yumurtalıqlar və xayaların şişlərində təyin edilir. Müayinə materialı- venoz qan zərdabıdır. AMH konsentrasiyası immunoferment analizi yolu ilə təyin olunur. Nəticələr- cinsə, yaşa, menstrual siklin fazasına uyğun olaraq fərdi qaydada interpretasiya olunur. Müayinə 6 gün ərzində həyata keçirilir.

AMH bətndaxili və bətndənxaric dövrdə xayalar tərəfindən, doğuşdan sonrakı dövrdə isə yumurtalıqlar tərəfindən sintez olunur. Embriogenez dövründə o müller axacağının- qadın cinsiyyət sistemini formalaşdıran əsasın aktivliyini tormozlayır. Dölün cinsi məsubiyyəti spermatazoidin xromosom dəstindən asılı olsa da, hestasiyanın ilk həftələrində cinsiyyət vəziləri hələ ki, differensiasiya olunmamış olur və inkişafı qadın tipində davam edir. Müller axacağından vaginanın bir hissəsi, uşaqlıq və fallop boruları, volf axacağından isə- yumurtalıq artımları, toxumçıxarıcı kanal və seminal vezikullar formalaşır. Normada, doğulacaq körpənin cinsiyyətindən asılı olaraq hestasiyanın altıncı həftəsində axacaqlardan biri yox olur. Kişi cinsində antimüller hormonu xarici cinsiyyət orqanlarının formalaşmasında iştirak edir. Müəyyən genetik patologiyalar zamanı oğlan uşaqlarında uşaqlığın, fallop borularının və uşaqlıq boynunun inkişafı davam edir.

Doğuşdan sonra AMH xayaların xaya boşluğuna enməsini təmin edir və adətən bu uşağın həyatının ilk 2-3 ayında tamamlanır. Prosesin ləngiməsi kriptorxizm adlanır, vaxtında doğulmuş uşaqların 5%-də rast gəlinir və cərrahi yolla aradan qaldırılır. Bəzən bu patologiya müller axacağının persistensiyası ilə paralel rast gəlinir və bu zaman oğlan uşaqında daxili qadın cinsiyyət orqanları formalaşır. Lakin bu sindrom xayaları zamanında yerinə düşən uşaqlar arasında da rast gəlinə bilər. Antimüller hormonunun səviyyəsi qasıq kanalında və qarında testikulyar toxumanın inkişafında yüksək həssalığa malik marker rolunu oynayır. Başqa sözlə, müvafiq müayinə üsulu anorxiyanı (xayaların olmaması) kriptorxizmdən differensiasiya etməyə imkan verir. Kişi orqanizmində AMH androgen sintezini, qadın orqanizmində isə follikulların yetişməsi və seçimini tənzimləyir.

Qan zərdabında AMH-ın konsentrasiyasının təyini venoz qandan alınan materialda aprılır. Material immunoferment analiz yolu ilə tədqiq olunur. İlk yaşlardan analiz nəticələrinin böyük kliniki əhəmiyyətini nəzərə alaraq pediatrik praktikada, eləcə də urologiya, ginekologiya, endokrinologiya və genetikada AMH təyini böyük əhəmiyyətə malikdir.

Antimüller hormonunun yoxlanılmasına göstərişlər

AMH təyini kriptorxizm olan oğlan uşaqlarında anorxiyadan differensiasiya məqsədilə mütləqdir. Bu zaman testikulyar toxumanın mövcudluğu USM müayinəsindən daha dəqiq nəticə əldə etməyə kömək edir. Müayinə, cərrahi müdaxiləni dəqiqləşdirmək üçün istifadə olunur. Həmçinin, kişi sonsuzluğunun təyini üçün də AMH göstərişdir. Laborator test obstruktiv azospermiyanı qeyri-obstruktiv azospermiyadan differensiasiya etməyə imkan verir.

Ginekoloji praktikada AMH yumurtalıqların ovarial rezervini qiymətləndirmək üçün aparılır. Follikulların yetişməsi və ovulyasiyanın növbəti seleksiyası AMH-ın iştirakı ilə baş verir. Hormon böyüyən follikullarda sintez olunur və bu səbəbdən plazmada konsentrasiyasının səviyyəsinə görə sakitlik halında olan, yəni rezerv follikulların sayını müəyyən etməyə imkan verir. Follikul ehtiyatı 30-35 yaşdan sonra və erkən menopauza zamanı azalmağa başlayır. Müayinə nəticələri hamiləlik planlanması zamanı, infertillik müddəti və menopauza vaxtını təqribən hesablamaq üçün istifadə olunur. Həmçinin EKM (ekstrakorporal mayalanma) zamanı pasiyentlərdə AMH mütləq yoxlanır. Müayinə nəticələri ovulyasiyanın hiperstimulyasiya riskini təyin etməyə kömək edir.

Bəzi hallarda müayinə yumurtalıq və xaya şişlərinin kompleks müayinəsi və ya bu patologiyaların müalicəsinə nəzarət məqsədilə aparılır. Lakin antimüller hormonun səviyyəsi törəmələr üçün ilkin diaqnostik meyar deyil, şişin tipini təyin etməkdə heç bir rolu yoxdur. Bəzi hallarda- psixomotor oyanıqlıq, qanın laxtalanma sisteminin nəzərəçarpan pozğunluqları, anemiyalar zamanı biomaterialı götürmək mümkün olmur. Bəzi kənaraçıxmaları nəzərə almasaq, AMH bir çox hallarda yüksək həssaslıq və spesifikliyə malikdir və bir çox hallarda hətta USM, FSH, progesteron və digər hormonlardan daha dəqiq diaqnostik əhəmiyyətə malik olur.

Müayinəyə hazırlıq və biomaterialın götürülməsi

Antimüller hormonunun konsentrasiyası venoz qandan götürülmüş zərdabda təyin olunur. Prosedur xüsusi hazırlıq tələb etmir: müayinəyə 1 gün qalmış alkoqol qəbulunu dayandırmaq, bir neçə saat öncə fiziki aktivlik və siqaret çəkməmək lazımdır. AMH konsentrasiyasına menstrual siklin fazası, hamiləlik, oral kontraseptivlərin qəbulu demək olar ki təsir etmir. Müayinəyə 2 gün qalmış estrogen və androgen tərkibli preparatların qəbulunu kəsmək lazımdır.

Müayinə səhərlər, acqarına aparılır. Material punksiya yolu ilə, bir qayda olaraq dirsək venasından götürülür. Sonra qan laboratoriyada sentifuqasiya olunur. Alınmış plazma immunoferment analiz yolu ilə- əvvəlcə materiala antimüller hormonuna (antigeninə) həssas olan antitellər nümunəsi əlavə olunur, daha sonra isə yaranan komplekslər fermentativ reaksiya yolu ilə rənglənilir. Optik sıxlığa əsasən zərdabdakı hormonun konsentrasiyası təyin olunur. Materialın hazırlığı orta hesabla 6 gün çəkir.

AMH-ın normal göstəriciləri

AMH-ın qanda səviyyəsi hər yaşda fərqli olur və cinsiyyətdən də asılıdır. Oğlanlarda yenidoğulmuş dövrdə səviyyəsi aşağı olur, lakin tədricən artaraq 6 ayda yüksək rəqəmlərə- 450-460nq/ml-ə çatır. Bu səviyyə 1,5-2 yaşadək saxlanır, sonra tədricən azalır. 2-12 yaş arası norma 7,4-243 nq/ml, 12 yaşdan sonra- 0,7-19 nq/ml olur. Qız cinsi yenidoğulmuşlarda antimüller hormonunun səviyyəsi çox aşağı olur və yeniyetməlik dövrünədək cüzi artır. 2 yaşadək qızlarda bu rəqəm 0-4,7 nq/ml, 2-12 yaş arası 0-8,8 nq/ml olur. Reproduktiv dövrdə olan qadınlarda referans aralığı 0,9-9,5 nq/ml, postmenopauza dövründə isə 0-1 nq/ml təşkil edir.

AMH səviyyəsinin artması

Qadın orqanizmində AMH-ın artmasına səbəb yumurtalıqların polikistozu sindromudur, hansında ki, follikulların ümumi sayı artır. Kişilərdə hormonun konsentrasiyasının artması qonadotropindən asılı olmayan vaxtından erkən pubertat dövrdə, uşaq yaşlarında tireotoksikozda, androgenlərə həssaslığın pozulması, testosteron sintezinin pozulması zamanı baş verir. AMH-ın səviyyəsinin azalma səbəblərindən biri də yumurtalıq və xayaların hormon sintez edən şişləri zamanı olur.

AMH səviyyəsinin azalması

Qadınlarda AMH-un azalma səbəbi erkən menopauza, yumurtalıq rezervlərinin tükənməsi (məsələn, kimya terapiyasından sonra) ola bilər. Bu zaman hormon sintez edən follikulların miqdarı və müvafiq olaraq da AMH-ın konsentrasiyası azalır. Oğlanlarda antimüller hormonunun azalma səbəbi kriptorxizm, anorxiya, gonadların disgeneziyası, yeniyetmələrdə – vaxtından tez cinsi inkişaf səbəb ola bilər.

Normadan kənaraçıxmaların müalicəsi

AMH embriogenez zamanı dölün cinsiyyətinin differensiasiyasında, androgenlərin biosintezində, follikulların yetişməsində və seçilməsində iştirak edir. Kliniki- laborator praktikada cinsi differensiasiyanın pozulma səbəbinin araşdırılmasında, qadınlarda və kışilərdə sonsuzluğun diaqnostikasında, həmçinin yumurtalıq və xayaların bəzı şiş növlərinin diaqnostikası və müalicəsinə nəzarət zamanı istifadə olunur. N

Yekun nəticədə normadan kənaraçıxma olarsa müalicə üçün müayinəni məsləhət görən həkimə- pediatr, endokrinoloq, androloq, ginekoloqa müraciət etmək lazımdır. Fiziki faktorlarplazmada antimüller hormonunun səviyyəsinə demək olar ki, təsir etmir. Buna görə də dolğun nəticə əldə olunması üçün müayinəyə hazırlıq təlimatlarına riayət etmək yetərlidir.

error: Content is protected !!