Yüksək dozada B6 vitamini narahatlıq hissini və depressiyanı azaldır

Ay ərzində B6 vitamininin qəbulu MSS-də (mərkəzi sinir sistemi) oyanma-tormozlanma prosesləri arasında balansın saxlanmasını tənzimləyir, nəticədə narahatlıq hissi azalır, düşgün əhval-ruhiyyə aradan qalxır. Redinq Universitetinin (İngiltərə) psixologiya və kliniki lingvistika elmi Məktəbinin mütəxəssislərinin bu qənaəti 19 iyulda “Human Psychopharmacology: Clinical and Experimental” jurnalında dərc olunmuşdur.

B qrupu vitaminləri sinir sisteminin funksiyası üçün vacib rol oynayan hüceyrə anabolik və katabolik proseslərində böyük həcmdə iştirak edir. Onlar əsasən neyronlarda tormozlanma və oyanıqlıq arasında tarazlığı təmin etməyə kömək edirlər. Bu böyük əhəmiyyətə malikdir, belə ki, tarazlığın oyanıqlıq istiqamətində pozulması narahatlıq və depressiya daxil olmaqla bir çox sinir-psixi problemlərə səbəb olur.

Aparılmış təcrübədə B6 və B12 vitamini tərkibli bioloji əlavələrin rəftara (sinirlərdə oyanma və tormozlanma proseslərinin tənzimlənməsinə) təsiri araşdırılmışdır. Təcrübədə 18-58 yaş aralığında 478 şəxs iştirak edirdi və onlar təsadüfi seçmə yolu ilə 3 qrupa bölünürdülər: qruplardan ikisi 1 ay ərzində gündəlik normanın üstündə B6 (100mq/gün.) və B12 (1000 mkq/gün.) vitamini tərkibli bioloji əlavələr, üçüncü prup isə plasebo qəbul edirlər.

Bütün iştirakçılar təcrübənin başlanğıcından sonunadək narahatlıq və depressiyanı qiymətləndirən testlər, həmçinin beyin aktivliyini qiymətləndirməyə kömək olan görmə və sensor testlərdən keçirilmişdir. Təcrübə nəticəsində məlum olmuşdur ki, B12 vitamini plasebo ilə müqayisədə cüzi narahatlıq əleyhinə təsir göstərsə də, B6 qəbulu statistik yetərli üstünlük göstərmişdir.

B6 vitamini beyində sinir hüceyrələri arasında impulsun ötürülməsini zəiflədərək tormozlamanı sürətləndirən QAYT (qamma-amino yağ turşusu) neyromediatorunun sintezində koferment rolu oynayır. B6 həmçinin digər neyromediatorların- serotonin, dofamin və noradrenalin sintezində iştirak edir, kinurenin yolu ilə oyadıcı NMDA-reseptorlarının aqonisti olan xinolin turşusunun miqdarını azalmasında kofaktor rolu oynayır.

Təcrübənin müəllifi, Doktor Devid Fild nətocələri təqdim edərkən demişdir: bir çox qida məhsullarının, xüsusilə tuna balığı, noxud, meyvə və tərəvəzlərin tərkibində B6 vitamini mövcuddur. Lakin, qida ilə qəbul olunan vitaminlər sinir sisteminin normal fəaliyyəti üçün yetərli miqdarda olmaya bilər. Təcrübədə vitaminlərin böyük dozada qəbulu göstərdi ki, əhval-ruhiyyəyə müsbət təsir göstərmək üçün bioəlavələrin qəbulu vacibdir.

Mənbə: Wiley

error: Content is protected !!