Radial angioqrafiya femoral angioqrafiyadan daha təhlükəsizdir

Koronar angioqrafiya zamanı radial yolla daxilolma və ya dərialtı koronar müdaxilə bud (femoral) arteriyasından olunan müdaxilə ilə müqayisədə daha az ölüm riskinə malikdir. Bu məlumat 29 avqust 2022-ci ildə Barselonada (İspaniya) keçirilən kardioloqların Avropa konqressində məruzə edilmişdir.

İlk radial yolla invaziv müdaxilə 4 avqust 1992-ci ildə aparılmışdır. Və yalnız 30 il sonra mütəxəssislər koronar kateterizasiya üsulu kimi radial girişin üstünlüklərini sübut edə bilmişlər.

Neapolda (İtaliya) II Federiko Universitet klinikasının alimləri radial və bud arteriyasından daxil olmaqla koronaroqrafiya və ya dərialtı koronar girişin ölüm və massiv qanaxma ehtimalına təsirinin ilk böyük metaanalizini aparmışlar. Metaanaliz 21600 pasiyentin iştirak etdiyi 7 təcrübənin nəticələrini özündə birləşdirir. Pasiyentlərdən 10775-də transradial (TRM) müdaxilə, 10825-də isə transfemoral (TFM) müdaxilə yolu ilə kardiovaskulyar prosedur aparılmışdır. İştirakçıların orta yaşı 63,9 götürülmüşdür və onlardan 31,9%-ni qadınlar təşkil etmişdir. Pasiyentlərin 95% -də kəskin koronar sindrom olmuşdu, 75,2% -də dərialtı koronar giriş aparılmışdır.

Ölümün rastgəlmə tezliyi TRM qrupunda 1,6%, TFM qrupunda isə 2,1% təşkil etmişdir. Massiv qanaxma riski TRM qrupunda TFM-lə müqayisədə (müvafiq olaraq 1,5 və 2,7%) xeyli aşağıdır. Həmçinin TRM proseduru kliniki nəticələrin növbəti 30 gün ərzində yaxşılaşması ilə assosiasiya olunurdu: ölüm hallarının 24% və qanaxmaların 51% az olması.

Araşdırmanın müəlliflərindən olan Doktor Cuzeppe Qardjulo qeyd etmişdir ki, alınan nəticələr miokard infarktı və kəskin koronar sindrom zamanı daha dəqiq qiymətləndirməyə yardımçı olur. Planlı koronar angioqrafiya olunan xəstələrdə TRM-in dərialtı koronar giriş yolu ilə və ya onsuz aparılmasının baş verə biləcək nəticələrini dəqiq öyrənmək üçün daha ətraflı araşdırmalar aparılmalıdır.

error: Content is protected !!