Yenidoğulmuşlarda inək südü allergiyası

İnək südünə allergiya- yenidoğulmuşlarda və uşaqlarda geniş yayılmış diaqnozdur. Allergiyaya səbəb inək südünün tərkibində olan zülaldır. İnək südünə allergiya birçox simptom və əlamətlərlə özünü büruzə verə bilər və adətən 6 yaşadək reqressiya olur. Südsüz pəhriz səbəbindən valideynlər və ailə üzvləri üçün stress mənbəyi ola və əgər müalicə tədbirləri düzgün istiqamətdə aparılmazsa bəzi qida maddələrinin defisitinə səbəb ola bilər.

Səbəbləri

Qida allergiyası şəxsin immun sistemilə əlaqədardır. Əgər südə allergiya varsa, immun sistem süddə olan xüsusi zülala qarşı reaksiya verərək inmun cavabı işə salır və allergiya yolu ilə onu neytrallaşdırmağa çalışır. Orqanizm bu zülalla növbəti dəfə qarşılaşdıqda immun sistem artıq onu tanıyır və immun sistemi cavab reaksiyası verməyə mıcbur edir- histamin və digər immun mediatorlar ifraz olunur. Kimyəvi məhsulların xaric olması allergik əlamətlərin formalaşmasına səbəb olur.

Epidemiologiyası

Dəqiq diaqnostik kriterilərin mövcud olmama səbəbindən xəstəliyin dəqiq yayılma tezliyini qiymətləndirmək olmur. Çox vaxt”allergiya” terminini dözümsüzlük və ya hiperhəssaslıqla səhv salırlar. İnkişaf etmiş ölkələrdə yenidoğulmuşlar arasında yayılma tezliyi 2-3%-dir. 6 yaşadək bu rəqəmlər 1%-dən aşağı olur.

Patofiziologiyası

İnək südü 20-dən çox zülal fraksiyalarını pzündə cəmləyir. Allergen rolunu daha çox kazein zülalı (alfa-s1-; alfa-s2-; beta- və kappa-kazein) və zərdab zülalları (alfa-laktalbumin və beta-laktoqlobulin) oynayır. İnək südünə allergiyası olan əksər insanlar həm kazeinə, həm də zərdab zülallarına həssaslığa malikdirlər. İmmun əhəmiyyətli reaksiyalar əsas 2 növə ayrıllr: İgE-dən asılı və İgE-dən asılı olmayan. İgE-dən asılı olmayan mexanizm çox vaxt inək südünə allergiyanı göstərir.

Yaranma vaxtı

Adətən inək südünə allergiya həyatın ilk aylarında, əsasən 6 ayadək meydana çıxır. Əlamətlər inək südü zülalı orqanizmə daxil olduqdan bir neçə gün və ya həftə sonra üzə çıxa bilər. Əlamətlərə diareya və qusmadan tutmuş, həyat üçün təhlükəli olan anafilaksiya daxildir. Mədə-bağırsaq traktı da prosesə qoşulduqda uşaq susuzluqdan əziyyət çəkə və inkişafdan geri qala bilər.
İnək südünə allergik reaksiya 2 cür təsnif olunur: sürətli- adətən İgE-dən asılı olur və əlamətlər qəbuldan 1 saat ərzində özünü göstərir; ləng inkişaf edən- İgE-dən asılı olmayan reaksiya olub, əlamətlər qəbuldan bir neçə saat və ya gün sonra meydana çıxır.

Sürətli simptomlara aiddir:

  • Övrə
  • Xırıltı
  • Qaşınma və ya ağızətrafı və ya dodaqlarda iynəbatma hissi
  • Angiodistrofiya- dodaqların, dilin və boğazın ödemi
  • Öskürək və təngnəfəslik
  • Qusma
  • Anafilaksiya

Ləng simptomlara aiddir:

  • Diareya
  • Hematoxiziya
  • Qarında spazmlar
  • Koliklər

Anafilaksiya– təcili yardım tələb edən vəziyyət olub, təcili yardım şöbələrində adrenalin təyinatı ilə yardım edilir. Əlamət və simptomlar südün qəbulundan dərhal sonra meydana çıxır və aşağıdakı əlamətlər də müşahidə edilir:

  • tənəffüsün sürətlənməsi
  • nəfəs yollarının daralması
  • boğazda ödem
  • üzün hiperemiyası (qızarması)
  • qaşınma

Həkim allergiya ilə dözümsüzlüyü ayırdnedə bilməlidir. Bunlar arasındakı əsas fərq ondan ibarətdir ki, dözümsüzlük immun sistemə təsir etmir və sas əlamətləri köp, meteorizm və ya diareyadır. Bunların müalicə üsulları təmamilə fərlidir.

Diaqnoz

İnək südü allergiyasının dəqiq diaqnostik üsulu mövcud deyildir. Diaqnoz anamnezə və fiziki müayinə üsullarına əsasən qoyukur. Əlamətlərin meydan çıxma zamanı, müddəti dəqiq araşdırılmalıdır. Diaqnostik protokolun aparılması xəstəliyi təsdiq və ya inkar etməyə kömək edir.
İlkin testlərdə- dəri Prik-testi və zərdab İgE-nin təyini aparılır. Hər 2 test yüksək həssaslığa, lakin zəif spesifikliyə malikdirlər və allergiyadan əziyyət çəkməyən şəxslərdə müsbət ola bilər.

İnək südünə qarşı spesifik zərdab İgE-nin təyini: inək südünə İgE-dən asıll allergiyanın diaqnostikasında təyin olunur və alınan nəticələrin minimal həddi bir çox faktordan asılıdır və allerqoloq tərəfindən qiymətləndirilməlidir. Dəri prik-testi də allerqoloq-mütəxəssis tərəfibdən aparılmalıdır.

Pəhriz

Xəstəliyə şübhə olduqda bir neçə ay inək südü zülalı daşıyan qidalar menyudan çıxarılmalıdır. Əgər şübhələnilən məhsul çıxarıldıqdan sonra əlamətlər itərsə- qidanın peroral sınağı qızıl standart hesab olunur. Bu sınaq tibb müəssisəsində aparılmalıdır. Pasiyent hər 6-12 aydan bir təkrar yoxlanılmalıdır ki, inək südü zülalına tolerantlığın yaranıb-yaranmamasını aşkar etmək mümkün olsun.
Qiymətləndirmə

  1. Anafilaksiya və ya sürətli tip allergik reaksiya əlamətləri mövcuddursa pəhriz və zərdabda İgE testi təyin edilir. Zərdab spesifik İgE testi müsbət olarsa uşaqda inək südü zülalı allergiyası diaqnozu təsdiqlənir. Təkrarlanma olmadıqda diaqnoz inkar olunur.
  2. Simptomlar anafilaksiyaya və ya sürətli tip reaksiyaya uyğun gəlmirsə, eliminasion pəhriz təklif edilir. Əlamətlər azaldığı halda peroral provokasiya aparılmalı, simptomlar təkrarlanarsa diaqnoz təsdiqlənir. Təkrarlanmazsa inkar olunur.
  3. Eliminasion pəhrizdən sonra şikayətlərdə yaxşılaşma olmazsa inək südü allergiyası diaqnozu inkar olunur və xəstənin vəziyyətini qiymətləndirmək üçün ətraflı müayinələr tələb olunur.

Müalicə

Bütün qida allergiyalarının əsas müalicəsi rasiondan o məhsulun çıxarılmasıdır. Əgər uşaq südsüz pəhrizə keçərsə həkim və ya doetoloq balanslı qidalanma planı təyin etməlidir. Valideynə və ya uşağa kalsium və digər qidalı maddələr, D vitamini və riboflavin təyin edilməlidir.
Ana südü ilə qidalanan uşaqlarda inək südü allergiyası süni qidalanmada olanlarla müqayisədə daha az (0,5%) rast gəlinir.
İnək südü zülalı anadan uşağa südü vasitəsilə də keçə və allergiyaya səbəb ola bilər. Uşaqlarda allergiya olduqda ana rasionundan bütün süd məhsullarını- pendir, yoqurt və kərə yağı daxil olmaqla çıxarmalıdır.
Hipoallergen qarışıqlar- süd zülallarını parçalayan fermentlərlə hidrolizə olunmuş qarışıqlardır. İşlənmə dərəcəsindən asılı olaraq hissəvi və ya tam hidrolizəolunmuş elementar formullar ayırd edilir.
Soya tərkibli qarışıqlar. İnək südü zülalına allergiyası olan uşaqların 50%-də soya zülallarına da allergiya müşahidə edilir. Bu səbəbdən də, onlar uyğun seçim hesab olunmurlar.
Alternativ südlər: qoyun və keçi südü kimi əvəzedicilər də inək südü zülalları ilə çarpaz reaktivliyə malik olduğu üçün yol verilməzdir. Son illərin təcrübələri dəvə südünə çarpaz reaksiya hallarının azaldığını göstərir.

Təcili tədbirlər

Valideynlərin cəhdlərinə baxmayaraq, əgər uşaq təsadüfən süd içərsə antihistamin preparatlar allergik reaksiyaları azaltmaq qabiliyyətinə malikdirlər.
Valideyn və ya uşaqda ciddi allergik reaksiya olarsa adrenalin inyeksiyası və təcilli tibbi müdaxilə tələb oluna bilər.

Differensial diaqnostika

İnək südü allergiyası əlamətlərinin geniş diapazonda olması onu bir çox xəstəliklərlə differensiasiya etməyə səbəb olur. Bu xəstəliklərə aiddir:

  • Digər qida allergiyaları
  • Seliakiya
  • Enteropatiya
  • MBT infeksiyaları
  • Enterokolit
  • İltihabi bağırsaq xəstəlikləri
  • Mekkel divertikulu
  • Kvinke ödemi
  • Laktozaya dözümsüzlük
  • İdiopatik övrə
  • Anafilaksiya

Proqnoz

Yenidoğulma və erkən uşaqlıq dövründə inək südü zülalına allergiyanın proqnozu qənaətbəxşdir. Xəstə uşaqların təxminən 50%-də 1 yaşadək, 75%-dən çoxunda 3 yaşadək, 90%-dən çoxunda isə 6 yaşadək tolerantlıq formalaşır.

Südə allergiyası olan uşaqlarda adətən, digər qida məhsullarına da allergiya müşahidə olunur. Digər qida məhsullarına oxşar əlavə reaksiyalar uşaqların 50%-də, inhalyasion maddələrə allergiya isə xəstələrin 50-80%-də cinsi yetkinlik dövrünədək formalaşır.

Mənbə: PubMed

error: Content is protected !!