2 aylıq uşaq

 Uşaqlarda 2-ci ayda da inkişaf sürətlə davam edir. 2 aylıq uşağın əzələləri daha da qüvvətlənmiş olur. Arxası üstdə yatarkən də, qarnı üstdə olarkən də başını saga-sola çevirə bilir. Uşaqda diqqətini əşyalarda saxlama və onları qısa müddətli də olsa izləmə qabiliyyəti yaranır, ətrafındakı hərəkətli və hərəkətsiz əşyaları izləyir. Səsləri ayırd edir, gələn səsə soğru çevrilir, reaksiyasını bildirir.

2 aylıq uşaq fərqli səslər çıxarır, fərqli ehtiyacları üçün fərqli şəkildə ağlamağa başlar. Bəzi diqqətli valideynlər uşağın ağlama şəklinə görə problemini anlaya bilirlər. doğuşdan başlayaraq uşaqla göz təması qurmaq çox önəmlidir. Əmizdirərkən, uşaqla məşğul olarkən, oyun oynarkən, ehtiyaclarını qarşılayarkən gözlərinin içinə baxmaq mütləqdir.

Bu ayda körpə ani və yüksək səslərdən və hərəkətlərdən diksinir, ağlayır. Hər ehtiyacını ağlamaqla xəbər verməyə davam edər, ağlarkən yaxınındakı insanın onu qucaqlaması, sakitləşdirməyə çalışdığını hiss edər, güvən duyğusu yaranmağa başlar. Uşağın duyğularını adlandırmaq, ağlama səbəbini sözlə ifadə etmək və s, körpədə duyğularını tanımaq və hiss etdirməyə çalışmaqda ilk addımlar hesab olunur.

2 aylıq uşaq nələri edər?

  • Ağlamaqdan başqa da səslər çıxarır
  • Başını saga-sola çevirir
  • Qarın üstü uzanarkən başını davamlı dik saxaya bilir
  • Görmə sahəsindəki əşyalara qısa müddət diqqətini cəmləyir, onları izləyir
  • Səsə doğru başını çevirir
  • Göz təması qurur

2 aylıq uşağın qidalanması:

2 aylıq uşağın qidalanmasında bir dəyişiklik edib-etməmək, ana südünün yetərli olub-olmaması valideynləri ən çox narahat edən suallardan biridir. Körpə ikinci ayda da yalnız ana südü və ya süni qida ilə qidalanmalıdır. Bu dövrdə analar əmmə müddətinin qısaldığından şikayətlənər. Körpənin əmmə müddətinin azalması qidanın azalmasını deyil, uşağın ağız və çənə əzələlərinin güclənməsinin göstəricisidir. Bunun hesabına əmmə müddəti qısalsa də, ehtiyac duyduğu qədər südü əmə bilir, yəni narahatlığa səbəb yoxdur. Yenə də, əgər qidanın yetərli olmadığını düşünürsünüzsə pediatrla məsləhətləşə bilərsiz. Bu ayda əmmə tezliyi öncəki aydakı kimi olacaqdır. Bu dövrdə gecə qidalanmaları da hələ saxlanılır. Gecə yuxusu zamanı gündüz olduğu kimi, körpə hər 2-3 saatdan bir oyanıb qidalanmalıdır.

 2 aylıq körpənin yuxu rejimi necədir?

2 aylıq körpənin yuxu rejiminin formalaşması üçün hələ tezdir. Körpə hələ gecə ilə gündüzü ayırd edə bilmir və gününün çox hissəsini yuxuda keçirməyə ehtiyacı var. 2 aylıq körpənin günlük yuxu ehtiyacı orta hesabla 15-16 saatdır.

2 aylıq körpə üçün oyunlar

Oyuncaqlar və oyunlar körpənin inkişafında mühüm rol oynayır. Arxası üstə uzanmış uşağın başı üzərində asılmış rəngli oyuncaqlar görmə duyğusunu inkişaf etdirər, onlara toxunarkən onların hərəkətə keçməsi toxunaraq təsir-əks təsiri öyrədər. Ətrafına düzülmüş yüngül yumuşaq oyuncaqlar, əl və ayağına taxılan səsli oyuncaqlar bu yaş dövrü üçün ən uyğun oyuncaqlardır. Uşağı qucaqda gəzdirərkən ətrafdakı əşyaları adlandırmaq, uşağın toxunmasına şərait yaratmaq, kiçik gimnastik hərəkətlər etmək, qarnıüstə uzadaraq bədən əzələlərini gücləndirmək, oyaq vaxtı mahnı oxumaq, gözlərinə baxaraq danışmaq və musiqi sədaları altında rəqs etmək məsləhətdir.