Sağalmaz xəstəlikləri olan məhşurlar

Xəstəliklər yaş, cins, yoxsul, varlı, sadə insan və ya dünya ulduzunu ayırd etmir. Dünyaca məhşur və milyonlarla insanların sevimliləri olan bəzi məhşurların sağalmaz xəstəliklərdən əziyyət çəkdiyini bilirsinizmi? Onlardan 8-i haqqında danışaq:

Castin Biber

Laym xəstəliyindən əziyyət çəkir. Castin bu barədə müsahibələrindən birində etiraf etmişdi və bununla da uzun illərdir haqqında gəzən şayələrə (narkotik vasitələrdən asılılıq) son qoymuşdur. Məhşur uzun illərdir xroniki mononukleozun ağır formasından əziyyət çəkir. 2020-ci ilin yanvarında musiqiçi haqda Youtube kanalında sənədli filmlər seriyası yayınlandı və burda həyatı haqqında məhşurun öz dilindən ətraflı məlumat verildi.

Hailey Biber

Castin Biberin həyat yoldaşı, model Hailey Biber həyat yoldaşının həyatından bəhs edilən sənədli filmin təqdimatından sonra izləyicilərin “diqqət” mərkəzində olmuşdur. Sosial şəbəkələrdə modelin əllərinin baxımsız görüntüsü mübahisə mövzusuna çevrilmişdi. Model bu haqda açıqlama verərək, uşaqlıqdan Ektyodaktiliyadan əziyyət çəkdiyini və əllərinin tünd çəhrayı rənginin bununla əlaqəli olduğunu bildirmişdir.

Mayli Sayrus

Uzun illər aktrisa xəstəliyini sirr kimi saxlayırdı, lakin onun “anormal” davranışları mübahisələrə səbəb olduğundan hollivud ulduzu etiraf etmək məcburiyyətində qalmışdır. O, gənclik illərindən “qulaqcıq fibrilyasiyasından” əziyyət çəkdiyini bildirmişdir. Bu ürək ritminin tezləşməsinə səbəb olan xüsusi növ ürək patologiyasıdır. Rəsmi məlumatlara əsasən, ABŞ-da 2,7 mln insan bu xəstəlikdən əziyyət çəkir.

Pamela Anderson

Pamela Anderson 1990-cı ildə rəsmi olaraq, bütün zamanların və xalqların ən seksual qadını elan edilmişdir. Lakin bu şöhrətə bir xoşagəlməz fakt da əlavə olunmuşdur. Belə ki, rok-musiqiçisi Tommi Li ilə evlənmə qərarı aldıqda hər iki məhşur romantik bir qərara gəldilər- cüt tatuaj etdirmək və işləmi edən ustanın istəyinə uyaraq eyni iynədən istifadə etdilər. Nəticədə, bir neçə ay sonra aktrisada Hepatit C diaqnozu aşkarlanmışdır.

Tom Henks

2013-cü ildə “Devid Lettermanla gecə şousunda” dövrünün ən çox tələb olunan aktyoru olan Tom Henks 36 yaşı olmasına baxmayaraq, diabetə görə risk qrupunda olduğunu bildirmişdi. Tale elə gətirdi ki, eyni ildə meyillik II tip diabetə çevrildi. Bu səbəbdən aktyor ciddi pəhriz saxlayır və ağır nəticələrin olmaması üçün, ömrünün sonunadak ona riayət etmək məcburiyyətindədi.

Billi Ayliş

“Ocean Eyes” sinqlını təqdim etdikdən sonra şöhrət qazanan Amerikalı müğənni də nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir. Müğənni etiraf etmişdir ki, Turett sindromundan- üzdə qeyri-iradi hərəkətlərə səbəb olan sinir sistemi xəstəliyindən əziyyət çəkir. Billinin çıxışları zamanı fanatlar bir çox hallarda məhşurun qəribə mimik hərəkətlərinə diqqət etmişlər və müğənni etiraf edir ki, bu onda ciddi diskomfort hissi yaradır və təəssüf ki, onu idarə etmək iqtidarında deyildir.

Bella Hadid

Dünyanın ən çox tələb olunan modellərindən olan Bella Hadid Laym xəstəliyindın -gənə dişləməsi yolu ilə keçən infeksion xəstəlikdən əziyyət çəkir. Xəstəliyin törədiciləri ola borelliyalar- sümük əzələ, sinir və digər sistemləri zədələmək xüsusiyyətinə malikdirlər. Bu xəstəlikdən Hadidin bir neçə ailə üzvü, anası da daxil olmaqla, eyni xəstəlikdən əziyyət çəkirlər. Aktiv hərəkətlər zamanı xəstəliyin tutmaları aktivləşdiyindən, model idmanı buraxmaq məcburiyyətində qamışdır. Bella beldə, oynaqlarda dəhşətli ağrılardan, güclü zəiflikdən və məkanda orientasiya qabiliyyətinin pozulmasından əziyyət çəkir.

Selena Gomes

Selena Gomes yaşamaq uğrunda mübarizənin nə olduğunu, sözün əsl mənasında yaşayan məhşurlardandır. Bir neçə il öncə ulduzda Qırmızı qurd eşənəyi diaqnozu aşkarlanmışdır. Xəstəlik fonunda panik ataklar və depressiya formalaşmışdır. 2017-ci ildə ulduz böyrək implantasiya əməliyyatı keçirdi, növbəti ildə isə psixiatrik almaq məcburiyyətində qalmışdır. Selenaya yenidən həyatdan zövq ala bilməsi üçün uzun müalicə kursundan keçmək tələb olunmuşdur.

error: Content is protected !!