Hər gün yüzlərlə insanın ölümünə səbəb olan 9 ən təhlükəli xəstəlik
Hər il milyonlarla insanın həyatına son qoyan xəstəlikləri bu məqalədə topladıq və sizdən xahiş edirik: sağlamlığınıza diqqətli olun!
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək-damar xəstəlikləri bütün dünyada ölümün ən geniş yayılmış səbəbidir. 2016-cı ildə ürəyin koronar xəstəliyi və insult 15,2 milyon insanın ölümünə səbəb olmuşdur və bu rəqəm hər növbəti il üçün daha yüksək olur. Bu gün həm kişilər, həm də qadınlar üçün vaxtından əvvəl ölümün əsas səbəbi ürək xəstəliyidir. Təəssüf doğuran hal odur ki, əksər hallarda bunun qarşısını almaq insanın öz əlində ola bilir: düzgün qidalanma, aktiv həyat tərzi, stressdən uzaq durmağa çalışmaq, pis vərdişlərdən imtina etmək və ürəyin sağlamlıq vəziyyətini vaxtında qiymətləndirmək yolu ilə.
İnsult, ən çox qan laxtalanması və ya beyindaxili qanaxma nəticəsində inkişaf edən beyin qan dövranının kəskin pozulmasıdır. Dərhal ölümə səbəb çox vaxt beyin sütunun və tənəffüs mərkəzinin zədələnməsi olur. Bəzən xəstə xilas olunsa belə (xatırladırıq ki, xəstənin həyatını xilas etmək üçün həkimin cəmi bir neçə saatı vardır), insultun nəticələri çox ciddi ola bilər: məsələn, iflic, nitqin itməsi və ya koqnitiv funksiyaların ciddi pozğunluqları müşahidə oluna bilər. İnsult “gəncləşən” xəstəliklər siyahısındadır və son dövrlərdə çox gənc yaşlarda belə, insultun əlamətləri müşahidə oluna bilər. Profilaktika üçün insulta səbəb ola biləcək faktorlardan: spirtli içkilər, siqaret, passiv həyat tərzindən uzaq durmaq məsləhətdir.
Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (XOAX)
Xroniki obstruktiv ağciyər xəstəliyi qlobal miqyasda ölüm hallarının üçüncü səbəbidir. Bu termin özündə emfizema, xroniki bronxit və refrakter (dönməz) astma kimi ağciyərlərin proqressiv xəstəliklərini cəmləyir. Bu xəstəliklərin hər biri üçün xas olan ümumi simptomlara- nəfəs darlığı, xırıltı və tez-tez öskürək daxildir. Uzun müddət özünüzdə bu əlamətləri müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin!
Aşağı tənəffüs yollarının infeksiyaları
ÜST siyahısında, ölümə səbəb olan xəstəliklər arasında dördüncü yeri aşağı tənəffüs yollarının infeksiyaları tutur ki, bu xəstəliklər də ümumi ad- pnevmoniya (bakterial və ya viral) adı altında cəmlənir. Özlüyündə ağır olan bu xəstəlik yaşlı insanlar üçün daha ölümcül xarakter daşıyır, çünki onların bədəni yanaşı müçahidə olunan xəstəliklər tərəfindən zəifləmiş olur və pnevmoniya ilə mübarizə aparmağa sadəcə gücü yetmir. Təkcə 2016-cı ildə pnevmoniya (sətəlcəm) bütün dünyada üç milyondan çox insanın həyatına son qoymuşdur. Ötən 3 il ərzində koronavirus infeksiyasına görə, qurbanların sayının daha çox olduğu faktını da unutmamalıyıq.
Alzheymer xəstəliyi və digər demensiyalar
Bu xəstəliyin həmişə birbaşa ölüm səbəbinə çevrilməməsinə baxmayaraq, Alzheymer xəstəliyi və digər yaşla əlaqəli demans növləri çox vaxt amillər üçün tətikləyici rol oynayır və insanın ömrünü əhəmiyyətli dərəcədə qısaldır. Çox vaxt xəstəlik irəlilədikcə xəstələrdə udma və yerimə kimi motor bacarıqları pozulur. Bu isə öz növbəsində xəstələri aspirasiya pnevmoniyası və digər tənəffüs yolu infeksiyalarına qarşı daha həssas edir.
Tənəffüs yollarının xərçəngi
Traxeya, bronxlar və ağciyər xərçəngi ən ölümcül xəstəliklər siyahısında altıncı yeri tutur: ÜST-ün məlumatına görə, 2016-cı ildə 1,7 milyon insan bu xəstəlikdən dünyasını dəyişib. Siqaret çəkmək bu xəstəliyin inkişafının əsas səbəbi olaraq qalmasına baxmayaraq, həyatlarında heç vaxt siqaretə toxunmayan insanlarda da təəssüf ki, bu xəstəliyə tutulma riski yüksəkdir. Tənəffüs yolları xərçənginin əksər növlərinin ümumi simptomlarına: öskürək, xırıltı və nəfəs darlığı daxildir. Bu əlamətlərdən ən azı biri sizi iki həftədən çox narahat edirsə, mütləq həkimə müraciət edin!
Ağırlaşdıqda ölümcül ola biləcək başqa bir xəstəlik diabetik ketoasidozdur. Ketoasidoz zamanı orqanizmdə həddən artıq artıq miqdarda aseton sintez olunur. Bu hal əsasən 1-ci tip diabetli xəstələrdə inkişaf edir. Lakin 2-ci tip diabet zamanı da həyat üçün təhlükəli ağırlaşmalar – susuzlaşdırma, beyin ödemi və s. inkişaf edə bilər. Qanda şəkərin səviyyəsinə nəzarət etmək və mütəmadi olaraq müayinələrdən keçmək və endokrinoloqla məsləhətləşmələr aparmaq vacibdir, xüsusilə də əgər ailə üzvlərində şəkərli diabetli xəstə varsa.
İshal xəstəlikləri
Rotavirus çox vaxt ciddi qəbul eedilməyən infeksiyalar qrupundandır, lakin beş yaşadək uşaqlar arasında xəstəxanaya müraciətlərin demək olar ki, yarısını bu xəstəlik təşkil edir. Rotavirusun əsas təhlükəsi çox tez inkişaf edən və ölümcül ola bilən susuzlaşma- dehidratasiyadır.
Vərəm xəstəliyi
Təəssüf ki, ölkəmizdə vərəm çoxdan yalnız marjinal sosial qrupların xəstəliyi olmaqdan çıxmışdır: həkimlər getdikcə bu bakterial xəstəliyin əsl epidemiyasından danışırlar. Koronavirus pandemiyası zamanı ağciyərlərə əlavə yük həqiqətən təhlükəli ola bilər. Ağciyər infeksiyalarının heç bir əlaməti olmasa belə, ildə bir dəfə ağciyərlərin flüoroqrafiyasını etməyə dəyər və şübhəli öskürək və ya digər əlamətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır.
#insult #diabet #xerceng #alzheymer #isemikxestelik