Tənəffüs hərəkətləri Alsheymer xəstəliyinin yaranma riskini azaldır

Zəif bioloji əks əlaqə üsulu ilə tənəffüs və ürək ritminin artması qanda sirkulyasiya (dövr edən) edən beta-amiloid peptidlərin səviyyəsinin azalmasına səbəb olur. Cənubi Kaliforniya Universitetinin Leonard Devis adına herontologiya Məktəbi, İrvin Kaaliforniya Universiteti və Los-Anceles Universitetlərinin alimləri Alsheymer xəstəliyinin profilaktikası üçün yeni strategiya təklif etmişlər. Araşdırma haqda ətraflı məlumat Scientific Reports jurnalının mart buraxılışında çap olunmuşdur.

Alsheymer xəstəliyinin yaranma tezliyi yaşa artdıqca artır. İnsanlar yaşlandıqca parasimpatik sinir sisteminin aktivliyi azalır ki, ürək ritminin azalması buna sübutdur. Simpatik sinir sisteminin aktivliyi isə artır. Simpatik sinir sisteminin aktivliyinin yaşla bağlı artması Alsheymer xəstəliyinin yaranmasında rolu olan β-amiloid peptidlərin (βA) sintezinə və ifrazına təsir göstərir.

Təcrübədə 108 nəfər iştirak etmişdir. Onların yarısı gənclərdən (18-30 yaşarası), digər yarısı isə yaşlılardan (55-80 yaşarası) ibarət olmuşdur. Qarışıq yaş qruplarından olan birinci qrupa ürək vurğularının sayını artıran, digərinə isə ürək vurğuların azaldan bioloji əks əlaqə tənəffüs hərəkətlərini icra etməyi tapşırmışlar. Hər məşq gündə 20-40 dəq olmaqla 4 həftə davam etmişdir.

Təcrübə iştirakçılarından eksperimentdən qabaq və 4 həftəlik təlimlərdən sonra qan nümunələri götürülmüşdür. Müayinədə sağlam şəxslərdə Alsheymer xəstəliyinin inkişafında proqnostik əhəmiyyət kəsb edən 40 və 42 β-amiloid, ümumi tau-zülal (tTau) və fosforilləşmiş tau-181 (pTau-181) yoxlanmışdır.

Ürək vurğularının sayının artması ilə ritmik tənəffüs edən şəxslərdə βA42 və βA40-ın plazmada səviyyəsi endiyi halda, digər qrup nümayəndələrində hər iki zülalın səviyyəsi yüksək olmuşdur. Bu nəticələr həm gənc, həm də yaşlı şəxslərdə demək olar ki, eyni olmuşdur.

Əldə edilən nəticələrə əsasən mütəxəssislər hesab edirlər ki, ürək vurğularının artması fonunda β-amiloidin azalması böyük ehtimalla- onun sintezinin azalması ilə əlaqədardır. Lakin bu azalmanın β-amiloidin orqanizmdən xaric olmasının sürətlənməsilə də əlaqəli ola bilmə ehtimalı istisna edilmir. Alimlər hesab edirlər ki, əks əlaqə prinsipi ilə ürək ritmini sürətləndirən zəif tənəffüs hərəkətləri plazmada β-amiloidin səviyyəsini azaltmaq və stabil aşağı saxlamaq xüsusiyyətinə görə əvəzolunmaz profilaktik faktor ola bilər.

Mənbə: Nature

error: Content is protected !!