Aqnoziya

Aqnoziya — duyğu aparatının normal fəaliyyəti fonunda görmə, eşitmə və ya taktil hissiyyatının pozulmasıdır. Patoloji vəziyyət beyin qabığının zədələnməsinin lokalizasiyasından asılı olaraq görünənin, eşidilənin, toxunanın, öz bədəninin  qavranmaması ilə xarakterizə olunur. Diaqnostika psixonevroloji statusun müayinəsi, nevroloji müayinələrin (baş beynin KT, MRT, MSKT) nəticələrinə əsaslanır. Müalicə etiotrop, damar, neyrometabolik, xolinesteraza preparatlarının psixoterapiya, loqopedik məşğələlərlə yanaşı tətbiqi ilə həyata keçirilir.

Aqnoziya barədə ümumi məlumat

“Gnosis” yunan dilindən tərcümədə “bilik” deməkdir. Predmetlərin, hadisələrin, öz bədəninin dərk olunmasını təmin edən beynin ali funksiyasıdır. Aqnoziya – kompleks anlayışdır və qnotik funksiyaların bütün pozulmalarını əhatə edir. Qnozisin pozulması tez-tez MSS-nin degenerativ prosesləri ilə müşayiət olunur; travma, insult, infeksion və şiş xəstəlikləri nəticəsində yaranan beynin bir çox üzvi zədələnmələrində müşahidə olunur. Klassik aqnoziya kiçik yaşlı uşaqlarda nadir hallarda diaqnostika olunur. Çünki onların ali sinir fəaliyyəti inkişaf mərhələsində, qabıq mərkəzlərinin differensiasiya prosesləri tam başa çatmamış olur. Qnozisin pozulması, adətən, 7 yaşdan yuxarı uşaqlarda və böyüklərdə meydana çıxır. Qadınlar və kişilər eyni tezliklə xəstələnir.

Aqnoziyanın səbəbləri

Qnostik pozulmalar beyin qabığının ikincili proyeksion-assosiativ sahəsinin patoloji dəyişiklikləri ilə bağlıdır. Həmin sahələrin zədələnməsinin etiofaktorları aşağıdakılardır:

  • Beyin qan dövranının kəskin pozulması. Aqnzoiya işemiya və hemorragik insult nahiyəsində ikincili sahədə neyronların məhvi nəticəsində meydana çıxır.
  • Beynin xroniki işemiyası. Serebral qan dövranının proqressivləşən çatışmazlığı qnostik pozulmalardan ibarət demensiyaya gətirib çıxarır.
  • Baş beynin şişləri. İkincili beyin qabığı sahələrinin zədələnməsi şişin inkişaf edərək ətraf neyronlara təzyiq göstərməsi və onların məhvi nəticəsində baş verir.
  • Kəllə-beyin travmaları. Aqnzoiyaya əsasən baş beynin əzilməsi zamanı rast gəlinir. Travma zamanı və ya posttravmatik proseslərdən (hematoma, iltihabi dəyişikliklər, mikrosirkulyator pozulmalar) sonra beyin qabığının ikincili sahələrinin zədələnməsi nəticəsində inkişaf edir.
  • EnsefalitVirus, bakteriya, parazit, postvaksinal etiologiyalı ola bilər. Serebral strukturlarda diffuz iltihabi proseslərlə müşayiət olunur.
  • MSS-nin degenerativ xəstəlikləriAlsheymer xəstəliyi, Şilder leykoensefaliti, Pik xəstəliyi, Parkinson xəstəliyi.

Aqnoziyanın patogenezi

Beyin qabığı beyinə daxil olan informasiyaların müxtəlif səviyyələrdə analizini təmin edən assosiativ sahələrin üç əsas qrupuna malikdir. Birincili sahələr periferik reseptorlarla əlaqəlidir, onlardan gələn afferent impulsları qəbul edir. Beyin qabığının ikincili assosiativ sahələri birincili sahələrdən gələn impulsların ümumiləşdirilməsinə və analizinə cavabdehdir. Daha sonra informasiya üçüncü sahəyə ötürülür; burada onun ali sintezi və davranış tapşırıqlarının işlənməsi həyata keçirilir. İkincili sahənin disfunksiyası bu zəncirin pozulmasına, nəticədə xarici qıcıqlandırıcıları tanıma, vahid obrazları qəbul etmə xüsusiyyətlərinin itirilməsi ilə təzahür edir. Bu zaman analizatorların (eşitmə, görmə və s.) funksiyaları isə normal olar.

Aqnoziyanın təsnifatı

Klinik nevrologiyada aqnoziya zədələnmə nahiyəsindən asılı olaraq aşağıdakı əsas qruplara təsnif olunur:

  • Görmə — görmə funksiyası saxlandığı halda təsvirlərin, predmetlərin tanınması. Beyin qabığının ənsə və arxa təpə nahiyəsinin patologiyaları zamanı inkişaf edir.
  • Eşitmə — səsləri və fenomenləri qavramanın, danışığı anlamanın itirilməsi. Beyin qabığının yuxarı  gicgah qırışığının zədələnməsi nəticəsində yaranır.
  • Sensitiv — taktil duyğusunun və öz bədənini tanımanın pozulması. Təpə şöbələrinin ikincili sahələrin disfunksiyası ilə əlaqəlidir.
  • Qoxu — qoxu duyğusunun pozulması. Gicgah nahiyəsinin mediobazal sahəsinin zədələnmələri zamanı müşahidə olunur.
  • Dad — dad impulsu qəbul olunduğu halda dad hissinin identifikasiyasının mümkünsüzlüyüdür. Qoxu aqnoziyasına səbəb olan sahələrin patologiyaları ilə əlaqəlidir.

Qnozisin bütün formalarının pozulması da mümkündür. Bu patologiya “total aqnoziya” termini ilə ifadə olunur.

Aqnoziyanın simptomları

Patoloji vəziyyətin əsas simptomu duyğu hissi mövcud olduğu halda onun qavranmasının pozulmasıdır. Sadə ifadə etsək, xəstə eşitdiyini, gördüyünü, hiss etdiyini başa düşmür. Tez-tez differensiasiya olunmuş aqnoziya qeyd olunur; bu, beyin qabığının ayrı-ayrı zədəli şöbələrinin funksiyalarının azalması ilə bağlıdır. Total aqnoziya baş beyin toxumasında diffuz yayılmış patoloji proseslərlə müşayiət olunur.

Görmə aqnoziyası. Predmetlərin səhv salınması, gördüyü predmetin adını deyə bilməmək, onun şəklini çəkə bilməmək, yaddaşda olan əşyanın şəklini çəkə və ya başlanmış rəsmi bitirə bilməməklə təzahür edir. Predmeti təsvir edərkən pasient yalnız onun müəyyən hissələrini çəkir. Görmə forması çoxsaylı variantlara malikdir: rəng, prozopaqnoziya (insanların üzünü unutmaq), apperseptiv – predmetin əlamətlərini (forma, rəng, ölçü) tanımaq, assosiativ – pasient predmeti bütünlüklə təsvir edə bilir, lakin onun  adını ifadə edə bilmir, simultant – pasient hər bir predmeti ayrı-ayrılıqda tanıdığı halda onlardan ibarət süjeti tanıya bilmir, görmə-məkan – predmetlərin qarşılıqlı yerləşməsi qnozisinin pozulması. Hərflərin və simvolların tanınmasının pozulması oxumanın (disleksiya), yazmanın (disqrafiya), arifmetikanın (akalkuliya) pozulmasına gətirib çıxarır.

Eşitmə aqnoziyasında dominant yarımkürənin zədələnməsi danışığın hissəvi və ya tam qavranmamasına (sensor afaziya) gətirib çıxarır. Pasient fenomenləri heç bir məna daşımayan küy kimi qəbul edir. Patoloji vəziyyət kompensator danışılanların təkrarlanması, təsadüfi səslər və sözlərin istifadəsi ilə müşayiət olunur. Yazıda boşluqlar, yerdəyişmələr qeyd oluna bilər. Oxuma saxlanır. Subdominant yarımkürənin zədələnməsi musiqi duyumunun, əvvəllər tanıdığı səsləri (yağışın səsi, itin hürməsi), danışıqda intonasiya xüsusiyyətlərini tanımaq qabiliyyətinin itirilməsinə gətirib çıxarır.   

Sensitiv aqnoziya ağrı, temperatur, taktil, propioseptiv reseptorlarının impulslarının qnozisinin pozulması ilə xarakterizə olunur. Asterioqnozis – toxunma duyğusunun itirilməsi; məkan aqnoziyası – tanış məkanda, xəstəxana otağında, öz evində orientasiyanın pozulması; somatoqnoziya – öz bədənini hiss etməmək (proporsionallıq, ölçü, ayrı-ayrı hissələrinin olması) kimi formaları var. Somatoqnoziyanın geniş yayılmış formaları: barmaq aqnoziyası – pasient həkimin göstərdiyi barmağı tanımır, həkimin adını çəkdiyi barmağı göstərə bilmir; autotopaqnoziya – bədənin ayrı-ayrı nahiyələrini hiss edə bilməmək; hemisomatoqnoziya – öz orqanizmin yalnız yarısını tanımamaq; anozoqnoziya – xəstəliyin və ya ayrı-ayrı simptomlarınn (parez, eşitmənin zəifləməsi, görmənin pisləşməsi) qavranmaması.

Aqnoziyanın diaqnostikası

Müayinə aqnoziyanın aşkarlanması, onun səbəblərinin araşdırılmasına yönəlir. Aqnoziyanın klinik formasının müəyyənləşdirilməsi patoloji prosesin baş beyində lokalizasiyasını təyin etməyə imkan verir. Əsas diaqnostik metodalar aşağıdakılardır:

  • Pasientin və onun yaxınlarının sorğusu. Şikayətlər, xəstəliyin başlanması, onun travma, infeksiyalar, serebral hemodinamikanın pozulması ilə əlaqəsi məqsədilə həyata keçirilir.
  • Nevroloji müayinə. Aqnoziya ilə yanaşı nevroloji və psixi statusun müayinəsində nevroloq əsas xəstəliyə xas olan intrakranial hipertenziya əlamətləri, ocaqlı nevroloji defisit (parezlər, hissiyyat pozulması, kəllə-beyin sinirlərinin zədələnməsi, patoloji reflekslər, koqnitiv sferanın dəyişilməsi) aşkarlayır.
  • Psixiatr konsultasiyası. Psixoloji patologiyanın inkarı üçün mühümdür. Patopsixoloji müayinə, şəxsiyyətin strukturunun müayinəsindən ibarətdir.
  • Tomoqrafik müayinə. Baş beynin КТ, МSКТ, МRТ-i degenerativ proseslər, şişlər, iltihabi ocaqlar, insult sahələri, travmatik zədələnmələri aşkarlamağa imkan verir.

Aqnoziya sindromdur, sindromal diaqnoz diaqnostikanın başlanğıc mərhələsində yer almalıdır. Yuxarıda sadalanmış müayinələr vasitəsilə klinik mənzərəsinə həm də qnozis pozulmaları daxil olan əsas xəstəliyə tam diaqnoz qoyulmalıdır.

Aqnoziyanın müalicəsi

Müalicə əsas müalicədən asılı olub konservativ, neyrocərrahi və reablitasion metodlardan ibarətdir.

Konservativ müalicə:

  • Damar və trombolitik preparatlar. Serebral qan dövranını normallaşdırmaq üçün mühümdür. Beynin kəskin və xroniki işemiyası serebral damargeneldicilərin (vinposetin, sinnarizin), antiaqreqantların (pentoksifillin) təyininə göstərişdir. İntrakranial qansızma zamanı antifibrinolitik preparatlar, trombozda trombolitiklər təyin olunur.
  • Neyrometabolitlər və antioksidantlar: qlisin, qamma-aminoyağ turşusu, pirasetam, piritinol, oksimetiletilpiridin. Serebral toxumaların mübadilə proseslərini yaxşılaşdırır, onların hipoksiyaya qarşı davamlılığını yüksəldir.
  • Antixolinesteraza preparatları: rivastiqmin, donepezil, ipidakrin. Neyropsixoloji, koqnitiv funksiyaları normallaşdırır.
  • Ensefalitin etiotrop terapiyası.Etiologiyasından asılı olaraq antibakterial, antivirus, antiparazitar preparatlarla həyata keçirilir.

Pasientin reablitasiyası üç aydan az davam etmir və aşağıdakılardan ibarətdir:

  • Psixoterapiya. Аrt-terapiya, koqnitiv-davranış terapiya xəstənin psixi sferasının bərpasına, xəstəliklə əlaqəli situasiyalara adaptasiyasına yönəlmişdir.
  • Loqopedlə məşğələlər. Eşitmə aqnoziyası, disleksiyası, disqrafiyası olan pasientlər üçün mühümdür.
  • Əmək terapiyası. Xəstələrə natamamlıq hissini aşmasına, narahatlıqlardan uzaqlaşmasına, sosial adaptasiyanın yaxşılaşmasına kömək edir.

Neyrocərrahi müalicə kəllə-beyin travmaları, serebral şişlərdə tələb oluna bilər. Konservativ terapiya fonunda aparılır; daha sonra reablitasiya həyata keçirilir.

Aqnoziyanın proqnoz və profilaktikası

Müalicənin uğuru əsas xəstəliyin ağırlığı, xəstənin yaşı, müalicənin vaxtında aparılmasından asılıdır. Cavan pasientlərdə travma, ensefalit nəticəsində yaranmış aqnoziya müalicə fonunda üç ay ərzində reqresiya edir; ağır hallarda bərpa prosesi 10 ay davam edir. Şişlə əlaqəli yaranmış aqnoziya törəmənin kəsilib kənarlaşdırılmasının uğurluluğundan asılıdr. Degenerativ proseslər zamanı proqnoz qeyri-kafidir, müalicə yalnız simptomatikanın proqressivləşməsinin qarşının alınması məqsədilə tətbiq olunur. Profilaktika damar patologiyalarının müasir müalicəsi, baş beyin travmalarının, onkogen təsirlərin, infeksion xəstəliklərin qarşısının alınmasından ibarətdir.

error: Content is protected !!