ASİA-sindromu (Şonfeld sindromu)
ASİA- sindromu – orqanizmə yeridilən adyuvant maddələrə qaşı kompleks autoimmun cavab reaksiyasıdır. Digər adlarla- silikonoz, makrofagial miofassit, postvaksinal sindrom kimi də tibbdə tanınır. Sindromun fərqli formaları üçün ümumi şikayətlər- artralgiya, mialgiya, vaskulit, səbəbsis subfebril hərarət, xroniki yorğunluq xarakterikdir. Diaqnoz ətraflı toplanılmış anamnezə, qanın kliniki və biokimyəvi göstəricilərinə, antitellərin mövcudluğuna, HLA-gen tipinə, biopsiya nəticələrinə əsasən qoyulur. Müalicədə QSİƏP, qlükokortikoidlər, sitistatiklər istifadə olunur.
ASİA-sindromu haqqında ümumi məlumat
ASİA-sindromu (adyuvantların yaratdığı autoimmun sindrom) ilk də İsrailli immunoloq İ.Şonfeld tərəfindən 2011-ci ildə təsvir edilmişdir. Müəllifə uyğun olaraq xəstəlik tibbdə Şonfeld sindromu kimi də tanınır. Xəstəlik tibb aləmində ciddi müzakirə və tənqidlərə məruz qalır. Günümüzədək sindromun təsdiqinin dəqiq kliniki sübutu mövcud deyil, nozologiya XBK-10 sisteminə daxil edilməmişdir. Şonfeld və onun davamçılarını peyvəndə qarşı propaqandada ittiham edirlər. Bununla yanaşı, ASİA- sindromu haqqında 4 mindən çox kliniki fakt məlumdur. Beynəlxalq konfranslarda onlarla məqalə və çıxışlar bu sindroma həsr olunmuşdur.
ASİA-sindromunun səbəbləri
ASİA-sindromunun yaranmasına səbəb orqanizmə adyuvant maddənin daxil olması zamanı yaranan hiperergik immun cavab reaksiyasıdır. Adyuvantlar- xüsusi kimyəvi maddələr olub, spesifik antigen immun reaksiyasının uzadılmasına və gücləndirilməsinə səbəb olmalı, lakin xüsusi immun reaktivlik göstərməməlidir. Bu məqsədlə əczaçılıq sənayesində implant, filler və vaksinlərin tərkibində alminium duzları, silisium, silikon, skvalen və digər maddələrdən istifadə edilir.
Müasir məlumatlara görə ASİA-sindromu HLA-gen mutasiyasına (HLA-DRB1, HLA-DRB4, HLA-DQA1, HLA-DQB1 və s) əsaslanan individual genetik meyillik olan şəxslərdə meydana çıxır. ASİA-sindromuna dolayı yolla səbəb ola bilən amillərə aşağıdakılar daxildir:
- İmmunizasiya. Vaksinlərdə olan adyuvant maddənin autoimmun pozğunluqlar səbəb olması sualı mübahisəlidir. Bir tərəfdən, vaksinasiya ilə QQE, dağınıq skleroz, ŞD və digər autoimmun patologiyalarla əlaqəsini inkar edən tədqiqatlar məlumdur. Digər tədəfdən ASİA-sindromunun tərəfdarları İPV, B hepatiti, qrippvə digər infeksiyalara qarşı peyvəndlərin autoimmun reaksiyalara səbəb olduğunu iddia edirlər.
- Silikon protezlərin implantasiyası. Sinənin böyüdülməsi, bud və baldırlarda istifadə olunan silikon implantlar xüsusi immunogen aktivliyə malik olub, qanda C-reaktiv zülalın, revmatik faktorun, iltihabi faktorların, autoantitellərin artmasına səbəb olurlar. Yerli reaksiyaya implantın “rədd edilməsi” və ya fibroz kapsulanın əmələ gəlməsi aiddir. Son illərdə sinə implantlarının xəstəlikləri sürətlə artsa da mütəxəssislər bu haqda danışmaqdan imtina edirlər.
- Hialuron turşusu inyeksiyaları. Hialuron turşusunu tək halda və ya akril hidrogellərlə kompleks şəkildə dərialtı yeritdikdə kollagenozların, autoimmun tireopatiyanın inkişaf etdiyi kliniki hallar mövcuddur.
- Tatu. Permanent makiyajda istifadə edilən bəzi rəngləyicilərin tərkibində plan piqmentlərin vaskulit, nefrotik sindrom, ağciyərlərin qranulematoz zədələnməsi kimi sistem reaksiyalara səbəb olduğu məlum olmuşdur.
ASİA-sindromunun patogenezi
Sindromun patogenezi yetərincə öyrənilməmşdir. Təxmin edilir ki, adyuvantlar immunoloji reaksiyalara bir neçə yolla səbəb olurlar. Xarakterinə görə immunogen maddələr olmasalar da, bu yardımçı vasitələr əlaqədə olduğu antigenləri daxil edildiyi nahiyyədə depolamaq və antitel sintezi müddətini uzatmaq xüsusiyyətinə malikdirlər. Bəzi adyuvantlar xoniki iltihabi proseslərdə iştirak edən faktorların: sitokinlər, hemokinlər, interleykinlər (IL-1b, IL-4, IL-6, IL-12, IL-18) sintezini stimulə edirlər.
Həmçinin, adyuvantlar Th2-limfositləri stimulə etməklə humoral immuniteti aktivləşdirə bilir.
ASİA-sindromunun təsnifatı
ASİA-sindromu özündə ayrıca səbəb və kliniki göstəriciləri olan fərqli sindromlar qrupunu birləşdirir. Bu sindromlar üçün ümumi kriteriyaautoimmun reaksiyaya səbəb olan adyuvant maddənin orqanizmə yeridilməsidir. ASİA-sindromun 5 forması ayırd edilir.
- Silikonoz. İmplant qoyulduqdan 6-15 il sonra 1%-dən az hallarda rast gəlinir. İmplantın partlaması və gelin yerini dəyişməsi autoimmun patologiyanın yaranma riski yüksəlir. Silikon protezlərin tərkibində olan silisium, dəri və ağciyərin sarkoidozu, revmatoid artrit, Şaqren xəstəliyi, sistem vaskulitin inkişafına səbəb ola bilər.
- Postvaksinal fenomen. Vaksinlərin tərkibində olan alüminium hidroksidlə bağlı meydana çıxır. ASİA sindrom özünü aşağıdakı formalarda büruzə verir:
- Giyene-Barre sindromu- qripp və hepatitə qarşı vaksin yeritdikdən sonra
- Revmatoid artrit- gənə ensefaliti, qripp peyvəndindən sonra
- Sistem qırmızı qurd eşənəyi- İPV, qızılca, məxmərək, vərəm, B hepatitinə qarşı peyvənddən sonra
3. Makrofagial miofassial sindrom. Hesab edilir ki, bu sindrom vaksinlərin deltayabənzər əzələ və budun dördbaşlı əzələsinə yeridilməsindən sonra meydana çıxmağa başladı. Bu hal yerli iltihabın xarakteri və spesifik histoloji müayinə (alüminium hidroksid nanokristallarının çöküntüsü) ilə izah olunur. A, B hepatiti, tetanusa qarşı vaksinasiyadan sonra meydana çıxır.
4. “Xəstə bina” sindromu. Əgər eyni yerdə çalışan şəxslərin 20% dən çoxunda oxşar patoloji simptomlar müşahidə olunursa, bu fenomenin mövcudluğundan danışmaq olar. Bu adətən ofis işçilərində, bəzən də eyni evdə yaşayan şəxslərdə müşahidə oluna bilər. Ən çox rast gəlinən simptomlara- gözlərin yaşarması, burun tutulması, dəridə quruluq və qaşınma, yuxululuq daxildir. Ehtimal olunur ki, səbəb ventilyasiya edən havadakı kimyəvi maddələr, kif antigenləri, ftalatlar səbəb olur.
5. Fars körfəzində müharibə sindromu. İlk dəfə 1991-ci ildə Fars körfəzində hərbi əməliyyatlarda iştirak edən hərbiçilər arasında rast gəlinmişdir. Bu sindroma səbəb kimi psixoloji stress və ağır fiziki yüklənmələr fonunda hərbiçilərin çoxsaylı vaksinasiyalara məruz qalması göstərilir. Simptomları isə əzələ və oynaq ağrıları, ataksiya, sefalgiya, titrətmə, dəridə səpgilər, MBT pozğunluqları, yuxunun pozulmasıdır.
ASİA-sindromunun əlamətləri
ASİA-sindromunun simptomları orqanizmə yeridildikdən (immunizasiya, augmentasion mammoplastika, Hialuron turğunun yeridilməsi, tatu) uzun zaman aralığı- 2 gündən 20 və daha çox il sonra meydana çıxır. Erkən simptomlar qeyri-spesifik xarakter daşıyır. Səbəbsiz yorğunluq, persistəedici subfepril hərarət, müxtəlif lokalizasiyalı artralgiya və ya poliartrit, əzələlərdə və onurğada ağrılar və s. şikayətlər ola bilər. Daha sonralar asteniya, yux pozğunluğu, təngnəfəslik şikayətləri qoşula bilər.
ASİA-sindromunun bəzi variantlarında dəridə hemorragik səpgilər, ağızda quruluq, saç tökülməsi, dırnaqların kövrəkliyi müşahidə oluna bilər. Bəzən şikayətlərə Reyno sindromu da qoşula bilər. Bağırsaqların qıcıqlanma sindromunun da qoşulması mümmkündür. Gecikmiş dövrlərdə demielinizasiyanın nəticəsi kimi amneziya, koqnitiv funksiyaların zəifləməsi müşahidə olunur.
ASİA-sindromun əsas xarakter xüsusiyyəti ondan ibarətdir ki, provokasiyaedici faktor (silikon, piqment və s) xaric edildikdən sonra əksər kliniki-laborator göstəricilər reqressiya olur.
ASİA-sindromunun ağırlaşmaları
ASİA-sindromunun ilkin sindromlarının meydan açıxma dövründən diaqnozun qoyulmasınadək uzun illər və bəzən də onilliklər lazım gəlir. Bu illər ərzində xəstə qeyri-adekvat müalicə alır, tez-tez hospitalizasiya olur, həyat keyfiyyətinin aşağı olmasından əziyyət çəkir. Adyuvantların orqanizmdə uzun müddət qalması (məsələn, silikon implantlar) immun reaksiyaların fasiləsiz stimulyasiyasına və nəticədə, psevdolimfoma, qeyri-hodkins limfomasının inkişafına səbəb ola bilər.
ASİA-sindromunun diaqnostikası
ASİA-sindromunun diaqnostikası və xəstəyə nəzarət həkim-immunoloqlar və revmatoloqlor tərəfindən olmalıdır. Müasir dövrümüzdə diaqnozun qoyulması üçün xüsusi krtiteriyalar olmalıdır. Əsas kriteriyalara a.ağıdakılar daxildir:
- simptomlarla xarici amillərin (infeksiya, immunizasiya, silikonun yeridilməsi) əlaqəsi olmalıdır;
- əzələ sindromu (mialgiya, miozit, parezlər);
- oynaq sindromu (artralgiya, artrit);
- asteniya (yorğunluq, zəiflik, yuxunun pozulması);
- psixopatoloji əlamətlər (yaddaş pozğunluğu, koqnitiv defisit);
- pireksiya;
- kserostomiya.
- Qan göstəricilərinin müayinəsi. EÇS yüksəlir, C-reaktiv zülal pozitivdir, fibrinogen, LDH və qələvi fosfataza artmış olur. Çox vaxt autoimmun xəstəliklərin markerləri (anti-CCP, antinuklear faktor, anti DsDNT, anti-Sm antigen və s) aşkar olunur.
- Toxumaların biopsiyası. Dəri, əzələ, damarlar, limfa düyünləri və bəzi daxili orqanların biopsiyası aparılır. Adyuvantın daxil edildiyi yerdə immun iltihaba xarakterik histoloji görüntü: toxumaların limfasitar infiltrasiyası, qranbulematoz və sklerozabənzər dəyişikliklər inkişaf edir.
- instrumental müayinələr. Sinə implantlarının tamlığını yoxlamaq üçün USM, ehtiyac olarsa MRT müayinəsi aparılır. Daxili orqanların zədələnməsi zamanı böyrəklərin USM-i, ağciyərlərin KT-si olunur. Reyno sindromu zamanı kapillyaroskopiya olunur.
ASİA-sindromunun kiçik kriteriyalarına mövcud adyuvanta qarşı antitellərin aşkarlanması, spesifik HLA-halotipləri, sistem xəstəliklərinin simptomları, qıcıqlanmış bağırsaq sindromunun əlamətləri və s.
ASİA-sindromunun müalicəsi
Patoloji simptomların aradan qalxması üçün provokasiyaedici amil eliminasiya (implant və filleri çıxarmaq, kondisoner istifadəsindən imtina etmək, iş/yaşayış yerini dəyişmək) olunur. Şikayətləri aradan qaldırmaq üçün QSİƏP (nimesilid, etorikoksib, ibuprofen) təyin edilir. İltihabəleyhinə müalicə sxeminə metilprednizolonla puls-terapiya, penissilin, antimetabolitlər (metotreksat) əlavə olunur.
ASİA-sindromunun proqnoz və profilaktikası
ASİA-sindromunun yaranma mexanizmi ətraflı araşdırılmalıdr. Hələ ki, adyuvantların sistem xəstəliklərinə səbəb olması tam öyrənilməmişdir. Eyni zamanda, FDA plastrik cərrahlara yüksək immunogenliyi səbəbindən silikonlu deyil, duz məhlulu tərkibli implantlardan istifadəsini tövsiyyə edir. Yad maddələrin yeridilməsini tələb edən tibbi manipulyasiyalardan öncə pasiyentlərin ətraflı immunoloji müayinəsi məsləhətdir.