Biorevitalizasiya

Biorevitalizasiya — hialuron turşusu inyeksiyaları ilə dərinin cavanlaşdırılmasıdır. Bu prosedur  müxtəlif preparatlarla: Amalian, Aquashine, Filorga, Hyalrepair və s. yerinə yetirilir. Biorevitalizasiya dərini dərindən nəmləndirir, dəri hidrobalansını bərpa edir, regenerasiyanı stimullaşdırır, dermada kollagen sintezini artırır.  

Biorevitalizasiya haqqında ümumi məlumat

Dərinin cavanlığını qorumaq üçün onu tərkibindəki hialuron turşususunu optimal konsentrasiyada saxlamaq lazımdır. Bu maddə suyu özünə hopduraraq, dərinin nəmliyini təmin edir. Yaş artdıqca dermada hialuron turşusunun sintezi zəifləyir. Bu isə dərinin solğunlaşması, qırışması, elastikliyin itməsi ilə özünü büruzə verir. Biorevitalizasiya proseduru üz, boyun, əl və dekolte nahiyəsindəki hialuron turşusu defisitini aradan qaldırır.  

Kosmetologiyada aparılan çoxsaylı tədqiqatlarda sübut olunmuşdur ki, biorevitalizasiya prosesində hialuron turşusu nəinki derma qatlarını zənginləşdirir, həmçinin dəri hüceyrələrinə stimuləedici təsir göstərir, bərpa mexanizmlərini aktivləşdirir. Hialuron turşusunun optimal konsentrasiyası fibroblastların proliferasiyası, kollagen liflərin və hüceyrəxarici matrisanın digər komponentlərinin neosintezi üçün fizioloji şərait yaradır.  

Biorevitalizasiyanın nəticəsi dermanın restrukturizasiyasından ibarətdir. Onun sayəsində dəri cavanlaşır, onun elastikliyi, mikrosirkulyasiyası və nəmlik səviyyəsi artır. Toxumaların fizioloji xüsusiyyətlərinin bərpası hesabına zamanla biorevitalizasiya effekti güclənir.

Biorevitalizasiya üçün müxtəlif inyeksion preparatlar: IAL – System ACP и IAL – System, Restylane Vital, Ac Hyal, O.T.I Hyal, Viscoderm, Teosyal Meso, Surgilift plus, Skin B, Skin R və s. tətbiq edilir. 

Həmçinin lazer biorevitalizasiyası da mövcuddur. Bu prosedurun mahiyyəti lazer şüalarının təsiri altında hialuron turşusunun kiçik molekulyar fraksiyalarının aktiv şəkildə dərinin dərin qatına yeridilməsindən ibarətdir. İnyeksiyasız biorevitalizasiya nəmləndirmə ilə yanaşı, liftinq effektinə malikdir.  

Biorevitalizasiya prosedurunun qiyməti preparatın növündən, miqdarından, eləcə də bədənin hansı nahiyəsində aparılmasından asılıdır.   

Biorevitalizasiyaya göstərişlər 

Kontur plastikadan fərqli olaraq, biorevitalizasiya zamanı istifadə olunan preparatlar nəinki həcm çatışmazlığını bərpa edir, onlar həm də dərinin müxtəlif problemləri ilə mübarizə aparırlar. Bu prosedur 25 yaşdan yuxarı bütün qadınlara dərinin qocalmasının profilaktikası məqsədilə məsləhət görülür.  

Biorevitalizasiya üz, boyun, əl, dekolte, qarnın ön divarı, budun daxili səthində aparıla bilər. Bu nahiyələr yaşla bağlı dəyişikliklərə (dərinin quruluğu, sallanması, əzələlərin ptozu, dermanın tonusunun azalması) daha meylli olur.  

Biorevitalizasiya prosedurunun köməyilə bir çox kosmetik defektlər – qırışlar, genişlənmiş məsamələr, kuperoz, hiperpiqmentasiya, gözaltı qaraltılar, tutqun dəri, buxaq aradan qaldırılır.  

Biorevitalizasiya plastik müdaxilələr və aqressiv prosedurlardan (fotocavanlaşdırma, lazerlə cavanlaşma, dermabraziya, kimyəvi pilinq) sonra dərini effektiv şəkildə bərpa edir.   

Biorevitalizasiyaya əks-göstərişlər 

  • autoimmun xəstəliklər
  • prosedurun aparılacağı nahiyədə herpesin əlamətləri
  • dəridə iltihab
  • hamiləlik və laktasiya dövrü 

Biorevitalizasiya prosedurunun aparılması

Biorevitalizasiya üçün preparatın növü, prosedurların sayı və yeridilmə texnikası dermatokosmetoloq tərəfindən seçilir. Həkim əvvəlcə dərini dezinfeksiya edir və korreksiya olunacaq hissəyə anesteziyaedici kremlə aplikasiyalar qoyur. Antiseptiklə dərinin təkrar işlənməsindən sonra steril qablaşma açılır, şpris çıxarılır. Biorevitalizasiya zamanı gelin yeridilmə texnikası (xətti və yaxud mikropapula) mütəxəssis tərəfindən müəyyən edilir. Preparat dəridaxili inyeksiyalarda yeridilir. Prosedurun davametmə müddəti 30-45 dəqiqədir. İnyeksiyalardan sonra həmin zona masaj edilir.  

Biorevitalizasiyadan dərhal sonra dəridə avazıma və yaxud eritema, hemorragiya, ağrı yarana bilər. Bu narahatlıqlar 1 sutka ərzində öz-özünə keçib gedir. Xətlər və papulalar suyu özlərinə çəkdiyindən onların ölçüləri 1,5-2 dəfə arta bilər. Yaranan əlamətlər üz nahiyəsində 48, dekolte və boyun hissələrdə isə 72 saatdan sonra keçib gedir.  

Biorevitalizasiyadan sonra 10-14 gün ərzində sauna və solyariy qadağandır. 1 ay ərzində pilinq və fizioterapiya izacəli deyil. İntensiv biorevitalizasiya kursu 3-4 həftəlik intervalla 2-3 inyeksiyadan ibarətdir. Nəticənin stabil olması üçün proseduru 4-5 ayda 1 dəfə təkrarlamaq gərəkdir. Dəriyə düzgün qulluq edildikdə biorevitalizasiyanın effekti 6-12 ay qalır.

Biorevitalizasiya prosedurunun nəticələri

Prosedurdan sonra dəri hamar və dartılmış görünür. Biorevitalizasiyadan 1-2 həftə keçdikdə yeridilmiş hialuron turşusu təbii biodeqradasiyaya uğrayır. Lakin bu müddət ərzində dermadaxili matriksin öz komponentlərinin sintez prosesi aktivləşir. Nəticədə dərinin cavanlaşma effekti uzunmüddətli olur.  

Biorevitalizasiya sayəsində toxumalar optimal dərəcədə nəmlənir, onların tonus və elastikliyi yaxşılaşır, mikrosirkulyasiya, oksigenasiya və qidalanma bərpa olunur, vaxtından əvvəl qocalmaya səbəb olan sərbəst radikallara qarşı uzunmüddətli müdafiə yaranır. 

error: Content is protected !!