Buynuz qişanın müayinə üsulları
Oftalmoloqlar buynuz qişa morfologiyasını və funksiyasını qiymətləndirmək üçün müəyyən cihazlardan istifadə edirlər;
- Biomikroskopiya: buynuz qişanın və ön seqmentin digər strukturlarının binokulyar müayinəsi üçün faydalıdır. Müxtəlif qalınlıqdakı işıq şüaları fərqli bucaqlarda yayılır ki, bu da biomikroskopun buynuz qişanı böyütməsinə və araşdırmasına imkan verir. Bu ən çox istifadə olunan yoxlama üsuludur.
- Keratometriya: Buynuz qişanın sındırma qüsürü ölçülməsidir. Kontakt linza və gözdaxili linza implantasiyasından əvvəl istifadə olunur.
- Topoqrafiya: Buynuz qişanın ön səthinin topoqrafik analizində istifadə olunur.
- Paximetriya: Buynuz qişa qalınlığının ölçülməsidir.
- Endotelial mikroskopiya: Endotel hüceyrə sayını və quruluşunu göstərir.
- Esteziometriya: Buynuz qişa həssaslığının qiymətləndirilməsi üçün faydalıdır.
- Buynuz qişanın boyanaraq müayinəsi: Buynuz qişa səthindəki qüsurları “floresein və bengal cəhrayi” məhlulu ilə görmək olar.