Dərinin boşalması
Dərinin boşalması (elastikliyini itirməsi) qeyri-estetik görünür. Solğun sarımtıl rəng, genişlənmiş məsamələr, turqorun azalması – dərinin boşalmasının əsas əlamətləridir. Belə dəri sallanma və qırışların yaranmasına meylli olur. Qarın nahiyəsində dərinin boşalması atonik hərəkətli büküşlərlə təzahür edir, önə və yanlara doğru əyilərkən dəri büzüşür və sallanır, qarın xoşagəlməz şəkil alır. Boşalmış dəri qadının xarici görünüşü ilə bağlı narahatlıq keçirməsinə səbəb olur. Qarındakı büküşlərə görə qadınların əksəriyyəti dar paltar və açıq çimərlik geyimindən imtina etməyə məcbur qalır.
Dərinin boşalmasının səbəbləri
Dərinin boşalması orqanizmdə yaşla əlaqədar baş verən təbii prosesdir. Yaş artdıqca dərinin nəmlənməsində (hidratasiya) iştirak edən hialuron turşusunun sintezi azalır, dəri karkasının yaranmasında «tikinti materialı» rolunu oynayan, dəri toxumalarının turqorunu təmin edən elastin və kollagen liflərin regenerasiyası zəifləyir. Xəstəliklər və ya endokrin sisteminin funksional pozğunluqları nəticəsində orqanizmdə metabolik proseslərin pozulması zamanı dərinin boşalması müşahidə olunur. Belə hallarda həkim-endokrinoloqun konsultasiyası tələb olunur. Cavan yaşlarda dəri boşalması kəskin arıqlama, yorğunluq, stress, hamiləlik dövründə hormonal fonun dəyişməsi ilə bağlı ola bilər. Həmçinin dekorotiv və keyfiyyətsiz kosmetikanın həddindən artıq istifadəsi dərinin boşalmasına səbəb olur. Hamiləlikdə uşaqlığın böyüməsi ilə əlaqədar dərinin dartılması və ya bədən çəkisinin kəskin itirilməsi qarın nahiyəsində dərinin boşalmasına gətirib çıxara bilər.
Dərinin boşalmasının qarşısının alınması
Büzücü vasitələr və tonuslandırıcı prosedurlar dəri örütklərinin elastikliyinin vaxtından əvvəl itirilməsinin və onun boşalmasının qarşısını almağa kömək edir.
Səhərlər uzu su ilə yumaq əvəzinə duzlu məhlulda (1 stakan suya 1 çay qaşığı duz əlavə edilir) isladılmış dəsmal və ya pambıqla yüngül döyəcləyici hərəkətlərə silmək, sonra isə krem çəkmək tövsiyyə olunur.
Tonuslandırıcı fəsil maskaları (qışda – limon, yayda – xiyar tərkibli) dəriyə cavanlaşdırıcı təsir göstərir:
- Limon maskası dərini tonuslandırır, qidalandırır, möhkəmləndirir, məsamələrin təmizlənməsi və daralmasına səbəb olur. Onun hazırlanma qaydası çox sadədir: limonun qabığı soyulur, nazik dilimlərə doğranılır, tumlardan təmizlənilir, çəngəllə əzilir. Maskadan əvvəl üzə yağlı krem çəkilir, sonra nazik pambıq qatı ilə üz örtülür. Hazırlanmış limon maskası pambığın üzərinə yayılır və 10-15 dəqiqə saxlanılır. Maskanın quruduğu yerlərə yeni porsiya əlavə olunur. Vaxt sona çatdıqda maska silinir. Üz limon suyunda isladılmış pambıqla işlənilə bilər. Belə hallarda maskadan sonra üzə yağlı krem yeridilir.
- Xiyar maskası da çox sadə üsulla hazırlanılır. Qabığı soyulmuş bir və ya iki ədəd xiyar sürtgəcdən keçirirlir və ya nazik doğranılaraq, stakanda əzilir. Əvvəlcədən hazırlanmış dəriyə (yuxarıda qeyd olunduğu kimi) xiyar maskası bərabər şəkildə yayılır. 10-15 dəqiqədən sonra maska pambıq tamponla silinməli və artıq qalan xiyar suyu ilə üz yenidən nəmləndirilməlidir. Maskadan sonra üzə yağlı krem çəkilir. Bu cür üsullarla müxtəlif giləmeyvə, pomidor, meyvələrdən maskalar hazırlamaq mümkündür. Meyvə-tərəvəz maskaları dərinin qocalmasını ləngidir, onun sallanmasının qarşısını alır.
Ümummöhkəmləndirici rejim. Yuxu və istirahət rejiminə riayət, gigiyenik gimnastika, idmanla aktiv şəkildə məşğul olmaq, təmiz havada kifayət qədər vaxt keçirmək orqanizmin möhkəmlənməsinə və dərinin cavan qalmasına səbəb olur. B1 vitaminin qəbulu, müntəzəm masaj prosesləri müsbət nəticələr göstərir.
Qida rasionunun tərkibində kollagen olan məhsullarla zənginləşdirilməsi. Yaş artdıqca orqanizmdə kollagen sintezi azalır, dərinin tonusu itir və karkası zəifləyir. Bu səbəbdən qida rasionuna papaya, ananas və kivi əlavə olunmalıdır. Onların tərkibindəki təbii fermentlər – papain və bromelayn kollagen liflərinin regenerasiyasını aktivləşdirir. Bu meyvələrdən müntəzəm şəkildə istifadə etməklə dərinin boşalmasının qarşısını almaq mümkündür.
Dərinin boşalması ilə mübarizə üsulları
Dərinin turqorunu bərpa etmək üçün xüsusi müalicə – təmizlənmə, tonuslandırıcı vitamin maskaları, masaj tələb olunur. İntensiv kurs 20-26 prosedurdan ibarətdir. Müalicə kosmetik müəssisələrdə (kabinet, salon) ilkin vaxtlarda gunaşırı, sonra isə həftədə 1-2 dəfə olmaqla aparılmalıdır. Əgər müəyyən səbəblərdən mütəxəssisə müraciət etmək mümkün olmazsa o zaman ev şəraitində su-temperatur masajı (günaşırı) tətbiq edilə bilər. Su prosedurundan sonra dəri tonuslandırıcı losyonla silinir. Hidromasaj meyvə, tərəvəz, giləmeyvələrdən hazırlanmış qidalandırıcı və tonuslandırıcı maskalarla növbələnir. Maya və zülal, eləcə də dərman bitkiləri –gülümbahar, çobanyastığı tərkibli maskalar effektivdir. Göz altı nahiyənin dərisini qidalandırıcı kremlə müdafiə etmək lazımdır.
Kosmetologiyada dərinin boşalması ilə mübarizədə müxtəllif aparat üsullarından: termaj, mikrocərəyan və ultrasəs terapiyası, pilinq, kosmexanika, ozonoterapiya, biostimulyasiya, biorevitalizasiya, mezoterapiyadan istifadə olunur. Bu prosedurların köməyilə kollagen və elastin sintezi stimulə edilir.
Dəri boşalmasının aradan qaldırılmasının effektiv üsullarından biri fototerapiyadır. O, kollagen sintezini aktivləşdirən geniş tezlikli diapazona malik işıq dalğalarının təsirinə əsaslanır. Nəticədə köhnə hüceyrələr yeniləri ilə əvəz olunur, hüceyrədaxilii mübadilə yaxşılaşır, dərinin sallanması azalır. Fototerapiya dəri örtüklərinin təbii regenerasiyasının stimulyasiyasına yönəldilmişdir.
Boşalmış dərinin korreksiya üsulları arasında vektor liftinqi daha məhşurdur. Əməliyyatsız dartılma üsulu liftinq effekti verir, dərinin rəngini yaxşılaşdırır, elasstikliyini artırır, qocalma proseslərinin qarşısını alır, sallanmanı aradan qaldırır. Vektor liftinqinin köməyilə nəinki üz, boyun və dekolte nahiyəsinin dərisinin cavanlaşdırmaq, həmçinin qırışlar, buxaq və gözaltı qara kölgələrdən azad olmaq mümkündür. Prosedur zamanı dərinin dərin qatlarına kollagenin təbii sintezinə səbəb olan və dərini qocalmadan müdafiə edən güclü biostimulyator yeridilir.