Dadlandırıcılar əlavə edilmiş içəcəklər səyirici aritmiyaya səbəb olur

Həftədə 2 litr və ya daha çox şəkərlə şirinləşdirilmiş və ya süni dadlandırıcılar əlavə edilmiş içkilər içən böyüklərdə atrial fibrilasiya və ya səyirici aritmiyanın inkişaf riski xeyli yüksəkdir. Şanxay Universitetinin Tibb fakültəsinin alimlərinin araşdırma nəticələri Amerika Ürək Assosiasiyasının rəsmi saytında 05.03.2024 tarixində dərc edilmişdir.

Səyirici aritmiya qeyri-müntəzəm ürək ritminə səbəb olan və insult riskini 5 dəfə artıran təhlükəli bir vəziyyətdir. Amerika Ürək Assosiasiyasının məlumatına görə, 2030-cu ilə qədər 12 milyondan çox insan atrial fibrilasiyadan əziyyət çəkəcək. Şirinləşdirilmiş içki istehlakı ilə 2-ci tip diabetpiylənmə kimi bəzi kardiometabolik xəstəliklər arasında əlaqə daha əvvəl bildirilmişdi, lakin onun atrial fibrilasiya (səyirici aritmiya) ilə əlaqəsi qeyri-müəyyən olaraq qalırdı.

Çin alimləri şəkərlə şirinləşdirilmiş içkilərin (ŞŞİ), süni dadlandırıcılar əlavə edilmiş içkilərin (SDİ) və təmiz meyvə şirəsinin (MTŞ) istehlakı arasında atrial fibrilasiya (AF) riski ilə əlaqəni araşdırmışar. Tədqiqata ilkin AF olmayan cəmi 201,856 iştirakçı daxil edilmişdir. 9,9 illik orta izləmə müddətində 9362 AF hadisəsi qeydə alınmışdır.

Dadlandırıcılar əlavə edilmiş içkilər içməyən insanlarla müqayisədə, həftədə 2 litrdən çox ŞŞİ içənlər arasında atrial fibrilasiya riski 20%, həftədə 2 və ya daha çox litr SDİ içdiyini bildirən iştirakçılar arasında isə 10% yüksək olmuşdur. Tədqiqat həmçinin müəyyən edib ki, həftədə 1 litr və ya daha az təbii, şəkərsiz şirə, məsələn portağal və ya tərəvəz suyu içmək AF riskini 8% azaldır.

Daha çox süni şəkildə şirinləşdirilmiş içkilər istehlak edən iştirakçılar daha çox qadındır, daha yüksək BKİ-yə malikdir və 2-ci tip diabetin daha çox yayılmasına malikdirlər. Həftədə 2 litrdən çox şirinləşdirilmiş içki içən siqaret çəkənlərin atrial fibrilasiyaya tutulma riski 31% daha yüksək olub.

AF riski ilə şəkər, SDİ və təbii şirə istehlakı arasındakı əlaqəyə dair bu yeni tapıntılar ürək-damar xəstəliklərinin qarşısının alınması üçün yeni strategiyaların inkişafı üçün əsas ola bilər.

Mənbə:  AHA

error: Content is protected !!