Dermatologiya

Dermatologiya- tibbin dəri və artımlarının (saç, dırnaq, piy və tər vəziləri), selikli qişaların quruluş və funksiyaları, onların xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan sahəsidir. Dermatologiya ayrı-ayrı xəstəlikləri öyrənən mikologiya, trixologiya və s. kimi bölümlərə ayrılır. Dermatologiya tbbin digər sahələri olan venerologiya, kosmetologiya, allerqologiya və s. ilə sıx əlaqədardır.

Dəri insan orqanizmində gözlə görünən ən iri orqandır. O, bütün orqan və sistemlərin vəziyyətini əks etdirir, həmçinin onları mexaniki zədələnmələrdən və xarici infeksiyalardan qoruyur.

Dərinin quruluş xüsusiyyətləri, funksiyaları, daxili və xarici amillərin müxtəlifliyi çoxsaylı xəstəliklərə-dermatozlara yol açır. Fiziki və kimyəvi faktorlar dəridə ilihabi xəstəliklər –dermatitlər (yanıq, bişməcə və s.) törədir. Bioloji amillər dəridə göbələk mənşəli zədələnmələrə-mikozlara (epidermofitiya, mikrosporiya), irinli xəstəliklərə -piodermiyalara (impetiqo, furunkulyoz, hidradenit), parazitar zədələnmələrə (pedikulyoz, qoturluq), virus mənşəli patologiyalara (herpes, ziyil) səbəb olur.

Dəri xəstəliklərinin yaranmasında daxili (endogen) amillər də mühüm rol oynayır. Daxili amillərə daxili orqanların xəstəlikləri, xroniki infeksiya ocaqları, metabolik pozğunluqlar, hipovitaminoz, sinir sisteminin funksional pozğunluqları aiddir. Bütün bu amillər dəri və artımlarında, selikli qişalarda müxtəlif patoloji zədələnmələrə- iltihab, hemorragiya, piqmentasiyanın dəyişməsi, hətta dərinin bəzi strukturlarının (tük follikulları, birləşdirici toxuma lifləri və s) məhvinə səbəb ola bilir.

Dəri xəstəliklərinin ilkin əlamətləri (dəridə qaşınma, göynəmə, rəng dəyişikliyi, səpkilər) zamanı mütləq dermatoloqa müraciət olunmalıdır. Dermatoloq dəri və örtüklərə baxış keçirməklə və anamnezə əsaslanaraq xəstəliyin dəqiq diaqnozunu qoya bilir. Diaqnozu dəqiqləşdirmək üçün bir çox hallarda dərinin, saç və dırnaqların köməkçi müayinə üsullarından (instrumental, laborator, rentgenolji, xüsusi dermatoloji testlər və s) istifadə olunur.

Dermatoloji xəstəliklərin müalicəsi dəriyə düzgün qulluq, pəhriz və medikamentoz (dərman) terapiyaya düzgün riayət etməklə mümkündür. Edikamentoz terapiya yerli və ümumi ola bilər. Fizioterapiya, aparat prosedurları, psixoterapiya, sanator-kurort müalicəsi, fitoterapiya, homeopatiya da dermatologiyada geniş istifadə edilir. Bəzi hallarda konservativ müalicə metodları kömək etməzsə cərrahi müdaxiləyə ehtiyac yarana bilər.

ÜST məlumatına əsasən dünya əhalisinin 20%-dən çoxu müxtəlif növ dəri xəstəliklərindən əziyyət çəkir.

əksər dəri xəstəlikləri xroniki, residivləşən gedişə malikdirlər. Onlar müalicəyə çətin tabe olurlar. Ən geniş yayılmış dəri xəstəliklərinə müxtəlif genezli dermatitlər, ekzema, göbələk xəstəlikləri akne, sadə herpes, psoria, dəri xərçəngi aiddir.

error: Content is protected !!