Dermonzer- diabetik pəncənin müalicəsində
Dermonzer krem unikal tərkibi hesabına aniseptik, regenarasiyaedici və ağrıkəsici təsir edir.
Tərkibi: Zeytun yağı, bal, bal mumu, alma çəyirdəyi və özü, qara çörəkotu yağından ibarətdir.
Zeytun yağı- dərinin dərin qatlarına nüfuz edərək onun nəmliyini, tonusunu bərpa edir, kapillyarların tamlığını və elastikliyini qoruyur. Pozulmuş qan dövranını bərpa edir və trofiki yaraların sağalmasını sürətləndirir, yeni yaraların yaranmasının qarşısını alır.
Bal və bal mumu– antiseptik, antibakterial və antiviral təsir edir. Dərinin hər hansı iltihabi proseslərini dayandırmağa və aradan qaldırmağa kömək edir, zədələnmiş hüceyrələrin bərpasını sürətləndirir. Əsrlər boyu baldan yaraların müalicəsində aktiv istifadə etmişlər. Balmumu və bal yerli qan dövranını sürətləndirərək trofiki pozğunluğu qısa müddətdə bərpa edir, sağalmanı sürətləndirir. Hissiyat pozğunluğunu, neyropatiyaların inkişafının qarşısını alır. Bal həmçinin dəri çatlarının qarşısını alır və dərinin quruluğunu azaldır, ağrını götürür.
Qara çörəkotu yağı- İltihabəleyhinə xüsusiyyətləri və yüksək səviyyədə əhəmiyyətli yağ turşuları sayəsində sızanaq, ekzema, psoriaz və neyrodermatitlərə müsbət təsir göstərir. Bir sıra tədqiqatlar göstərmişdir ki, qara çörəkotu yağı dərinin quruluğu və qaşınması ilə xarakterizə olunan ekzemanın simptomlarını yüngülləşdirə bilər; yağ məhsulunun bir ay ərzində müntəzəm dəri tətbiqi əl ekzemasının şiddətini əhəmiyyətli dərəcədə azaldır. Antibakterial və antiinflamatuar xüsusiyyətləri sayəsində dəridə yaraların infeksiyalaşmasının və gələcəkdə amputasiya riskinin qarşısını alır.
Alma çəyirdəyi və ekstraktı– antiseptik təsir göstərir. Tərkibindəki A, E, C və B vitaminləri, Mg, K, P və Na, orqanik yağlar hesabına dərini qidalandırır, yerli immunitetini artırır və dərinin tamlığını qorumağa kömək edir.
Dermonzer kremin effektiv təsiri üçün gündə 3-4 dəfə nazik qatla vurulmalıdır. Təsir effektinin əldə olunması müddəti yaranın həcmindən, ölçüsündən, nahiyyəsindən asılı olaraq dəyişə bilər.
Buraxılış forması: 30,0q krem