Elektron oyunlar uşaqlarda fatal aritmiyalara səbəb olur

Kompyuter oyunları həssas uşaqlarda, əvvəllər diaqnoz olunmayan, həyat üçün təhlükəli aritmiyalara səbəb ola bilər. Heart Rhythm jurnalının 10.11.2022 buraxılışında elektron video oyunları oynayan uşaqlarda qəfləti huşun itirilməsi hallarının beynəlxalq silsiləsi haqqında məruzə dərc olunmuşdur.

Avstraliyalı mütəxəssislər Sidney şəhərində, Uşaq kardioloji mərkəzində video oyunları zamanı huşun itirilməsi hallarının öyrənilməsi məqsədilə sistemli şəkildə ədəbiyyat məlumatlarını analiz etmişlər. Onlar, 7-16 yaşarası uşaqlar arasında 22 oxşar epizodları araşdırmışlar. Onların 19-da (86%-də) oyun zamanı mədəcik aritmiyası, 6-da (27%-də) ürək dayanması, 4-də isə (18%-də) qəfləti ürək ölümü baş vermişdir. “Proaritmiya” diaqnozu pasiyentlərin 7-də (31%-də) bu faktadək, 12-də isə (54%-də) sonralar müşahidə olunmuşdur. Əksər hallarda sinkopal vəziyyətin triggeri rolunu döyüş onlayn-oyunları oynayır.

Pasiyentlərin 10-da (45%-də) katexolaminergik polimorf mədəcik taxikardiyası, 4-də (18%-də)- QT-intervalının uzanmasın sindromu aşkarlanmışdır, 2-i(9%-də) uşaq yaşlarında anadangəlmə ürək qüsurları səbəbilə əməliyyat keçirmiş və 1 uşaqda Koksaki xəstəliyindən sonra ürəyin işemik xəstəliyi diaqnozu qoyulmuşdur. 3 pasiyentdə (14%-də), ölən 2 uşaq daxil olmaqla, diaqnoz naməlum qalmışdır.

Mütəxəssislər adrenergik stimulyasiyanı oyun zamanı meydana çıxan emosional gərginlik və aritmiyanın patofizioloji əsası ilə əlaqələndirirlər. Sadalanan problemlərin əksəriyyəti zamanı pasiyent uduş və ya məğlubiyyətdən dərhal sonra və ya rəqibli konflikdə girərkən yaranan yüksək oyanıqlıq halında olmuşdur. Yəni, elektron oyunlar əvvəllər hesab olunduğu kimi, heç də həmişə idmanın rəqabət növlərinin “təhlükəsiz alternativi” ola bilmir.

Mütəxəssislər qeyd edirlər ki, video oyunlar zamanı aritmiya halları, göründüyü qədərilə az hallarda rast gəlinir, lakin bayılma hallarının mövcudluğu da göz ardı edilməməli, daha ətraflı araşdırılmaya ehtiyac vardır. Proaritmik ürək xəstəlikləri diaqnozu qoyulmuş uşaqlarda elektron döyüş oyunları gücü aritmik trigger rolu oynaya və qəfləti ölümə səbəb ola bilər.

Mənbə: Heart Rhythm

error: Content is protected !!