Endokrinologiya

Endokrinologiya daxili sekresiya (endokrin) vəzilərinin quruluş və fəaliyyəti, onların ifraz etdiyi bioloji aktiv maddələrin –hormonaların orqanizmə təsiri və vəziləri fəaliyyətinin pozulması nəticəsində yaranan xəstəliklərin müalicəsi ilə məşğul olur.

Endokrin vəzilərə -epifiz, hipofiz, qalxanabənzər, qalxanabənzər ətraf, çəngələbənzər, mədəaltı, böyrəküstü, cinsiyyət vəziləri daxildir. Əksər endokrin xəstəliklər vaxtında müalicə olunmadıqda həyati vacib funksiyaların pozğunluqlarına və ölümə gətirib çıxarır.

Endokrin xəstəliklərdən qalxanvari vəzinin patologiyaları (kista, diffuz toksiki zob, tireoidit, hipotireoz), şəkərli diabet, hipotalamo-hipofizar sistemin (akromeqaliya, qiqantizm, hipotalamik sindrom, şəkərsiz diabet, laktasiya problemləri, prolaktinoma), böyrəküstü vəzin xəstəlikləri (böyrəküstü vəzilərin çatışmazlığı, şişləri), cinsiyyət vəzilərinin funksional pozğunluqları (endokrin mənşəli sonsuzluq) daxildir.

Endokrin xəstəliklərin diaqnostikasında kompleks müayinələr- ətraflı anamnez, hormonal analiz, vəzilərin USM müayinəsi, maqnit rezonans tomoqrafiya (MRT) müayinələrindən istifadə edilir. Müalicə konservativ və ya cərrahi yolla ola bilər.

error: Content is protected !!