Eritrositlərin çökmə sürəti (EÇS) nədir?

Qanın formalı elementlərinin 99% -ni və ümumi qan miqdarının təxminən 40-45% -ni təşkil edən qırmızı qan hüceyrələri RBC və ya eritrosit olaraq adlandırılır. Parlaq qırmızı rəngli eritrositlər böyrəklər tərəfindən ifraz edilən eritropoetin hormonu tərəfindən stimullaşdırılarılan sümük iliyində  istehsal olunur.

Orqanizmdə bütün toxuma və orqanları oksigenlə təmin edən bu hüceyrələrin miqdarı ağır məşqlərdə artarkən, EÇS-nin aşağı olması adətən sağlamlıq probleminin bir simptomu deyildir. İltihabi proses zamanı immun hüceyrələr və qaraciyər tərəfindən xüsusi zülallar sintez olunur. Bu zülallar eritrositlərlə birləşərək onların ağırlaşmasına səbəb olur. Xüsusilə iltihablı revmatik xəstəliklərdə, xroniki infeksiyalarda, autoimmun xəstəliklərdə və bəzi bəd xassəli törəmələrdə qırmızı qan hüceyrələrinin çəkisi artır və sedimentasiya prosesi baş verir. Sedimentasiya hərfi mənada çökmə deməkdir. İnfeksion və ya iltihabi proseslər zamanı EÇS müayinəsi aparılmalıdır. Xəstəxana şəaitində xəstədən alınan qan probirkada tərs vəziyyətdə saxlanılır. Yarım saat, iki saat,  24 saat ərzində eritrositlərin nə qədər və nə dərəcədə çökdüyü araşdırılır. İltihabi proseslər zamanı ortaya çıxan zülallar qırmızı qan hüceyrələrinin bir araya yığılmasına və bir-birinə yapışmalarına səbəb olur və bu da onların ağırlaşmasına səbəb olur. Digər tərəfdən, ağırlığında artan eritrositlər məhlulda dibə daha sürətlə çökür. Çökmə miqdarı və sürət referens dəyərlərinin xaricindədirsə, infeksiyanın varlığından xəbər verir.

İltihabi prosesin xarakterindən asılı olaraq qırmızı qan hüceyrələrinin çökmə sürəti dəyişir. Çökmə səviyyəsi infeksiya, revmatik və immun sistem xəstəlikləri və bəzi bəd xassəli törəmələr zamanı fərqlənir. Bununla birlikdə, bu artım müəyyən bir xəstəliyin göstəricisi deyil, yalnız bədəndə anormal bir vəziyyətin olması barədə məlumat verir. Buna görə test nəticəsinin yüksək olması mütləq ağır bir xəstəliyin olduğunu göstərmir. EÇS  nə demək olduğu sualına ən qısa cavab “bədəndə infeksiya olduğunu göstərən test” olaraq verilə bilər. EÇS yalnız xəstəliyin mövcudluğunu araşdırmaq üçün deyil, diaqnoz qoyulmuş xəstəliyin müalicəni izləmək üçün də aparılır. Bundan əlavə, bəzi kimyəvi maddələrin nəticəyə təsir göstərə biləcəyi kimi, istifadə olunan dərman preparatları və müayinədən öncə qəbul  edilən qidalar həkim tərəfindən nəzərə alınmalıdır.

Eritrositlərin çökmə sürətinin dəyəri yaşa və cinsə görə fərqli hesablanır. Buna görə referens aralığı insanın yaşına görə fərqlənir. Referens çökmə dəyəri və ya başqa sözlə, çökmə sürətinin normal dəyərləri aşağıdakılardır:

Yenidoğanlar: 0 ilə 2 mm / s

Uşaqlarda: 0 ilə 10 mm / s

50 yaşdan aşağı qadınlar: 0 ilə 20 mm / s

50 yaşdan yuxarı qadınlar: 0 ilə 30 mm / s

Hamilə qadınlar: 4 ilə 57 mm / s

50 yaşdan aşağı kişilər: 0 ilə 15 mm / s

50 yaşdan yuxarı kişilər: 0 ilə 20 mm / s

EÇS yüksəkliyi nədir?

Sedimentasiya testi (EÇS) təkbaşına bir diaqnostik vasitə deyildir və orqanizmdə iltihabi prosesi aşkar etmək və müalicəyə reaksiyasını izləmək üçün aparılır. Lupus, ailəvi Aralıq dənizi qızdırması, ankilozlaşan ‌spondilit, çölyak və dağınıq skleroz kimi autoimmun xəstəliklər; revmatoid artrit, sinusit, astma və vərəm kimi iltihabi xəstəliklər və ağciyər xərçəngi kimi bəzi bəd xasəli törəmə növləri zamanı sedimentasiya nisbəti artır. Bu yüksəlişin səbəbi bədənin qaraciyər və immun sistemi hüceyrələrinin bəzi zülalları  meydana gətirmə reaksiyasıdır. Bu zülallar eritrositlərlə birləşərək kütlə yaranmasına və ağırlığın artmasına səbəb olur. Qırmızı qan hüceyrələrinin ağırlığının artması, EÇS analizində daha tez dibə çökmələrinə səbəb olur. Saat ərzində  bu çökmənin sürəti mövcud iltihabın dərəcəsi haqqında məlumat verir. Həmçinin estrogen, testosteron, androgen tərkibli dərman preparatları, kortizon, doğuşa nəzarət dərmanları və bəzi hipertenziya preparatları EÇS in artmasına səbəb olur. Bütün bunlara əlavə olaraq yaşlılıq və hamiləlik kimi vəziyətlər də çökmə sürətində artmasına səbəb olur. Hər hansı  iltihabi xəstəlik olmadığı təqdirdə, ölçülən anormal dərəcədə yüksək EÇS dəyəri bəd xassəli törəmənin olduğunu göstərə bilər. EÇS-in yüksəlməsinin səbəbini araşdırmaq üçün başqa müayinələrə də ehtiyac duyula bilər. Müalicə sonrasında EÇS dəyərləri normal vəziyətinə qayıdır. Bundan əlavə, gündəlik fiziki aktivliyi artırmaq, nizamlı qidalanma və keyfiyyətli yuxu da immun sistemini gücləndirməyə, mövcud xəstəlikləri yaxşılaşdırmağa və beləliklə çökmə dəyərini azaltmağa kömək edir.

Aşağı EÇS nədir?

EÇS-in azalması adətən sağlamlıq probleminin əlaməti olaraq görülmür və hər hansı iltihabi xəstəliyin sağalma göstəricisi ola bilər. Nadir hallarda- oraq hüceyrəli anemiya, hemoglobinopatiya, anizositoz və şəkərli diabet kimi qan sıxlığını artıran xəstəliklər və bəzi qan dövranı pozğunluqları EÇS in azalmasına səbəb ola bilər. Bununla birlikdə, leykemiya və polisitemiya  kimi xəstəliklərin olması halında aldadıcı EÇS də görülə bilər. Antipsixiatrik dərmanlar və kortizol istifadəsi də EÇS azlığına  səbəb ola bilər. Əsasən oynaq ağrısı, halsızlıq, yorğunluq, iştahsızlıq və kilo itkisi, başgicəllənmə və baş ağrısı kimi simptomlarla xarakterizə olunur. EÇS-in aşağı olmasının müalicəsi zamanı əsas istiqamət xəstəliyin müalicəsinə yönəldilməlidir. Bundan əlavə, rasional qidalanma, normal yuxu və fiziki aktivlik immunitetin güclənməsinə və mövcud xəstəliklərin daha tez sağalmasına imkan yaradır.

error: Content is protected !!