Estetik problemlər

Estetik kosmetologiya, plastik və rekonstruktiv cərrahiyyə müasir dövrümüzdə ən diqqətdə olan sahələrdəndir. Plastik cərrahiyyə anlayışı elmə ilk dəfə 1798-ci ildə fransız cərrahı Dezolt tərəfindən gətirilmişdir. Tibbin bu sahəsi ən sürətli inkişaf etmiş sahələrdəndir və demək olar ki, istənilən estetik problemi aradan qaldırmaq mümkündür. Hər il üz, sinə, qarın, intim nahiyyənin plastik əməliyyatlarının sürətlə artması bu sahəyə tələbatın nə qədər yüksək olduğunun göstəricisidir.

 Estetik və rekonstruktiv (bərpa) cərrahiyyənin imkanları çox genişdir. Estetik əməliyyatlardan rinoplastika (burnun korreksiyası), otoplastika (qulaq seyvanının plastikası) və qırışlara qarşı cavanlaşdırıcı əməliyyatlar daha geniş yayılmışdır.

Anadangəlmə və qazanılma (travma) xarakterli qüsurların aradan qaldırılması və orqanizmin normal fəaliyyətinin bərpası rekonstruktiv plastik cərrahiyyənin payına düşür. Plastik rekonstruktiv cərrahiyyəyə dəri törəmələrinin orqanizmdən kənarlaşdırılmasından tutmuş dəri, əzələ və sümük toxumalarının rekonstruksiyası daxildir.

Estetik və rekonstruktiv cərrahiyyə bir-birilə sıx əlaqəli olan sahələrdir.

Plastik cərrahiyyədə son illərdə ən çox icra olunan əməliyyatlara süd vəzilərinin böyüdülməsi və liposaksiya əməliyyatlarını aid etmək olar. Üz nahiyyəsində aparılan əməliyyatlardan isə göz qapaqlarının korreksiyası- blefaroplastika üstünlük təşkil edir.

error: Content is protected !!