Gündüz yuxululuğu ilə mübarizənin 8 yolu

Gündüz yuxululuğu adətən işin ən aktiv dövründə bizə diqqətimizi cəmləməkdə mane olur. Bu isə gündəlik iş planlarımızı yerinə yetirməyə ciddi maneə yaradaraq həm əməkdaşlar, həm də müdiriyyət qarşısında pis vəziyyətdə qalmamıza səbəb olur.

Gündüz yuxululuğu ilə mübarizənin 8 yolunu sizə təqdim edirik:

1.  Kofe için. Kofe gümrahlaşdırıcı təsirə malikdir. Əgər kofe içmək alınmırsa, tünd yaşıl çay için. Burda vacib olan çox da aludə olmamaqdır, əksinə gecə yuxunuz pozula bilər. Gün ərzində 2-3 fincan yetərlidir.

2.  Duş qəbul edin. Ayılmanın ən yaxşı yolu kontrast duşdur. İşdə isə üzünüzü yuyun. Əvvəl üzünüzü ilıq, daha sonra isə soyuq su ilə yuyun. Bunu bir neçə dəfə təkrar edin.

3.  Efir yağlarından istifadə edin. Əgər mümkündürsə bilək nahiyyənizə yasəmən, qreypfrut yağlarını damızdırın. Alınmırsa adi limon dilimini qoxulamaq da sizə gümrah qalmanıza kömək edəcək.

4.  İşıqları yandırın. Az işıqlı otaqda uzun müddət qalmaq qanda melatoninin- gündəlik bioritmə nəzarət edən maddənin miqdarını artırır və yuxululuq yaradır. Bu səbəbdən, otaq qaranlıqdırsa stolüstü lampadan istifadə edin.

5.  Qara şokolad yeyin. Çox kiçik şokolad dilimi belə beyin aktivliyinin artmasına və gümrahlığa səbəb olur. Bu təsir, əlbəttə ki, tünd qara şokolada (tərkibində 55% -dən çox kakao olan) aiddir.

6.  İdman hərəkətləri edin. Oturduğunuz vəziyyətdə əllərinizi qaldırın və barmaqlarınızı birləşdirin. Sonra başınız və gövdənizlə birgə arxaya doğru əyilin, bu vəziyyətdə 5 saniyə durun. Bunu 6-8 dəfə təkrar edin, mütləq kömək edəcək.

7.  Qulaqlarınızı masaj edin. Şərq təbabətinə görə qulaqda xüsusi akupunktur nöqtələri vardır ki, onlara təzyiq etməklə tonusu artırmaq, əhvalı yüksəltmək mümkündür. Barmaqlarınızın ucları ilə qulaq seyvanına, aşağıdan başlayaraq nöqtəvari masaj hərəkətləri edin. Bunu bir neçə dəfə təkrar edərək gümrahlaşacaqsınız. 

8.  Gəzin. Yemək fasiləsində küçəyə çıxın. Təmiz hava ən güclü gümrahlaşdırıcı vasitədir.

error: Content is protected !!