Hamilələrdə İİV infeksiyası

Hamilələrdə İİV infeksiyası – mayalanmadan əvvəl və ya hamiləlik dövründə retroviruslar qrupundan olan törədicilər tərəfindən yaranan xroniki proqressivləşən infeksiyadır. Xəstəlik uzun müddət latent gedişə malik olur. İlkin reaksiya kimi hipertermiya, dəridə səpkilər, selikli qişaların zədələnməsi, diareya və limfa düyünlərinin böyüməsi müşahidə olunur. Sonralar isə generalizəolunmuş limfadenopatiya formalaşır, bədən çəkisi azalır və İİV-assosiasiyalı pozğunluqlar inkişaf edir. Diaqnoz laborator üsullarla (İFA, PZR, hüceyrə immunitetinin müayinəsi) təsdiqlənir. Müalicə və profilaktika məqsədilə antiretrovirus terapiya aparılır.

Hamilələrdə İİV infeksiyası barədə ümumi məlumat

İİV infeksiyası xəstə insandan parenteral qeyri-transmissiv yoluxma mexanizmi ilə xarakterizə olunan ciddi antroponoz hesab olunur. Son 20 ildə hamilələr arasında yoluxma halları təxminən 600 dəfə artmiş, hər 100 000 müayinə olunan qadından 120-də İİV infeksiya aşkar olunmuşdur. Reproduktiv yaşda olan qadınların çoxu cinsi yolla yoluxur. Narkotik asıllı İİV müsbət xəstələrin sayı isə 3%-dən çox deyildir. Aseptika qaydalarına riayət etmək, invaziv prosedurlar üçün istifadə olunan alətlərin düzgün sterilizə olunması, keyfiyyətli seroloji nəzarət sayəsində çirkli alətlərin və donor materiallarının işlənməsi nəticəsində hemotransfuziyalar və peşə travmaları zamanı yoluxmaların tezliyi azalmışdır. 15%-dən çox hallarda xəstəliyin mənbəyi və yoluxma mexanizmi aşkar olunmur. Adekvat müalicə aparılmadıqda dölün infeksiyalaşma riski artdığından İİV infeksiyalı qadınların hamiləliyi ciddi nəzarət altında aparılırmalıdır.

Hamilələrdə İİV infeksiyasının yaranma səbəbləri

Xəstəliyin törədicisi insan immunodefisiti retrovirusunun 2 geniş yayılmış növündən -İİV-1 və ya İİV-2 biridir. Adətən infeksiyalaşma hamiləlikdən əvvel, nadir hallarda -mayalanma anında və ya ondan sonra, hamiləlik, doğuş, doğuşdan sonrakı dövrdə  baş verir. Hamilələrdə yoluxmanın ən çox rast gəlinən yolu (cinsi yol) xəstə partnyordan selikli qişanın ifrazatı ilədir. Bundan başqa narkotik maddələrin venadaxili yeridilməsi, invaziv manipulyasiyalar zamanı aseptika və antiseptika qaydalarına riayət olunmaması, tibb işçiləri və kosmetoloqların xəstə və ya daşıyıcının qanı ilə təması zamanı baş vere bilər. Hamiləlikdə parenteral yoluxmanın bir sıra süni yollarının rolu artır. Bu yollar spesifikliyi ilə seçilirlər:

  • Hemotransfuzion yoluxma. Hamiləliyin fəsadlaşmış gedişində, doğuş və doğuşdan sonrakı dövrdə qanaxma riski artır. Daha ağır qanitirmələrin müalicə sxemində donor qanı və ondan alınmış preparatların (plazma, eritrosit kütlesi) köçürülməsi əsas yerlərdən birini tutur. Yoluxma dondurulmuş donordan götürülən materialın virusa görə yoxlanılaraq (əgər qan virusun orqanizmə düşməsindən 1 həftə- 3-5ay müddətində yəni seroneqativ inkubasion dövrdə əldə edilibsə) köcürülməsi zamanı mümkündür.
  • İnstrumental yoluxma. Hamilələr digər qadınlardan fərqli olaraq daha çox invaziv diaqnostika və müalicə üsullarına müraciət edirlər. Dölün inkişaf anomaliyasını inkar etmək üçün amnioskopiya, amniosentez, xorionun biopsiyası, kordo- və plasentosentez aparılır. Diaqnostik məqsədlə endoskopik müayinələr (laparoskopiya), müalicə məqsədilə isə uşaqlığa ikişlərin qoyulması, fetoskopik və fetal drenəedici əməliyyatlar yerinə yetirilir. Yoluxma doğuş və qeysəriyyə kəsiyi zamanı düzgün sterilizə olunmamış alətlərdən mümkündür.
  • Transplantasion yolla yoluxma. Kişi sonsuzluğunun ağır formasında hamiləlik EKM və donor spermasının inseminasiyası nəticəsində baş tutur. Hemotransfuziya hallarındakı kimi bu zaman da seroneqativ dövrdə götürülən infeksiyalaşmış materialdan yoluxma riski yüksəkdir. Bu səbəbdən material verdikdən yarım il sonra İİV-ə yoxlandıqda mənfi nəticə alınan insanların sperması istifadə olunmalıdır.

Hamilələrdə İİV infeksiyasının patogenezi

İİV virusu ilk növbədə qan və makrofaqlara daxil olur və sonra qanla yayılır. Virusun membranında xüsusi CD4 protein reseptorları olan nişan-hüceyrələrinə, T –limfositlərə, dendrit limfositlərinə, B- limfosit və makrofaqlara, rezident makrofaqlara, eozinofillərə, sümük iliyi, sinir sistemi, damar endoteli ve bağırsaq əzələlərinə, ciftin xoriontrofoblastına və spermatozoidlərə yüksek tropluq qabiliyyəti vardır. Replikasiyadan sonra törədicinin yeni generasiyası yoluxmuş hüceyreni dağıdaraq onu tərk edir. Daha çox sitotoksik effekt I tip T4-limfositlerə qarşı baş verdiyindən hüceyrə populyasiyasının tükənməsi və immun homeostazın pozulması baş verir. İmmunitetin azalması dəri və selikli qişaların müdafiə qabiliyyətinin enməsinə, infeksion amillərlə yoluxma zamanı iltihabi reaksiyaların effektivliyinin azalmasına səbəb olur. Nəticədə xəstəliyin son mərhələsində göbələk, ibtidai mikroflora və helmintlərin törətdiyi opportunistik xəstəliklər, İİV infeksiyasına xas olan şişlər (Kapoşi sarkoması və Qeyri-Xoçkin limfoması), xəstənin ölümü ilə nəticələnən autoimmun proseslər yaranır.

Hamilələrdə İİV infeksiyasının təsnifatı

Yerli virusoloqlar İİV-infeksiyanın mərhələlərinin sistemləşdirmək üçün Pokrovskinin tərtib etdiyi təsnifatdan istifadə edirlər. Bu tesnifatın əsasını seropozitivlik, simptomların ağırlıq dərəcəsi və ağırlaşmaların olması təşkil edir. Təklif olunan təsnifat infeksiyanın yoluxma anından sona qədər mərhələlərlə inkişafını əks etdirir:

  • İnkubasion mərhələ. İİV infeksiyası insan orqanizmində vardır, lakin antitellər və xəstəliyin kəskin əlamətləri aşkarlanmır. Seroneqativ inkubasiyanın müddəti 3-12 həftə davam edir. Bu zaman xestə yoluxucu hesab olunur.
  • Erkən İİV infeksiyalaşma. Orqanizmin törədicinin yayılmasına ilk iltihabi cavabı 5-44 gün (xəstələrin 50%-də 1-2həftə) davam edir. 10-50% hallarda infeksiya başlayan andan simptomsuz gediş alır, bu da qənaətbəxş  proqnostik əlamət sayılır.
  • Subklinik əlamətlər mərhələsi. Virusun replikasiyası və CD4-hüceyrələrinin dağılması immunodefisitin tədricən artmasına gətirib çıxarır. Generalizə olunmuş limfadenopatiya xarakterik əlamet hesab olunur. İİV infeksiyası zamanı gizlin dövr 2-20 il və daha artıq (orta hesabla 6-7 il)  davam edir.
  • İkincili patologiya mərhələsi. Müdafiə reaksiyalarının tükənməsi opportunistik infeksiyaların və şişlərin yaranmasına səbəb olur. Rusiyada daha çox yayılan İİV indikator xəstəliklərə vərəm, sitomeqalovirus və kandidoz infeksiyaları, pnevmosist pnevmoniya, toksoplazma və Kapoşi sarkoması aiddir.
  • Terminal mərhələ. Ağır immunodefisit fonunda kəskin nəzərə çarpan kaxeksiya müşahidə edilir, aparılan müalicə effekt vermir və ikincili xəstəliklərin gedişi ağır olur. İİV infeksiyanın final mərhələsinin müddəti bir neçe ay davam edib xəstənin ölümü ilə nəticələnir.

Mama-ginekoloqlar çox vaxt inkubasion dövrdə, İİV infeksiyasının subklinik və erkən mərhələsində, nadir hallarda isə ikinili pozulmalar zamanı yardım göstərməli olurlar. Hamiləliyin düzgün aparılması və doğuş növünün seçilməsi xəstəliyin mərhələlərinə görə deyişir.

Hamilələrdə İİV infeksiyasının əlamətləri

Əksər hamilələrdə xəstəliyin I-III mərhələsi aşkar olunduğundan klinik əlamətlər ya olmur, ya da qeyri – spesifik xarakter daşıyır. Birinci 3 ayda yoluxanların 50-90%-də kəskin immun reaksiya yaranaraq ümumi halsızlıq, hərarətin az yüksəlməsi, urtikar, petexial, papulyoz səpki, burun udlaq və uşaqlıq yolunun selikli qişasının iltihabı ilə müşayiət olunur. Bəzi hamilələrdə limfa düyünləri böyüyür, ishal yaranır. İmmunitetin əhəmiyyətli dərəcədə zəifləməsi zamanı zəif ifadə olunmuş qısa müddətli kandidoz, herpes infeksiyaları və digər yanaşı xəstəliklər baş verə bilir.

Əgər İİV-lə yoluxma hamiləlikdən əvvəl baş vermiş və infeksiya latent subklinik əlamətlər mərhələsine kimi inkişaf etmişsə xəstəliyin yeganə əlameti persistəedici generalizəolunmuş limfadenopatiyadır. Hamilələrdə bir biri ilə əlaqəli olmayan 2 və ya daha çox qruplarda yerləşən diametri 1sm-dən böyük 2 limfa düyünləri aşkar edilir. Palpasiya zamanı düyünlər elastik, ağrısız olub, birləşdirici toxuma ilə əlaqəli olmur, üzərilərindəki dəri örtüyü dəyişilmir. Düyünlərin böyüməsi 3 ay və daha çox müddəti əhatə edir. İİV infeksiyası ilə assosiasiyalı ikincili patologiyaların əlamətləri hamilələrdə nadir hallarda aşkarlanır.

Hamilələrdə İİV infeksiyasının ağırlaşmaları

İİV infeksiyalaşmış qadının hamiləliyinin ciddi fəsadları dölün perinatal (vertikal) infeksiyalaşmasıdır. Adekvat müalicə aparılmadıqda uşağın zədələnmə ehtimalı 30-60% təşkil edir. 25-30% hallarda immunodefisit virusu anadan dölə cift vasitəsilə, 70-75% hallarda doğuş prosesində infeksiyalaşmış doğuş yollarından keçdiyi zaman, 5-20% hallarda ise ana südü ilə keçir. Perinatal infeksiyalaşmış uşaqların 80%-də xəstəliyin inkişafı sürətli olur, əlamətler isə 5 ildən sonra yaranır. Xəstəliyin  xarakterik əlamətlərinə hipotrofiya, davamlı ishal, limfadenopatiya, inkişafdan qalma aiddir. Bətndaxili yoluxma əksər hallarda sinir sistemi zədələnmələrinə – diifuz ensefalopatiya, mikrosefaliya, beyinciyin atrofiası və kəllədaxili kalsifikatların toplanmasına gətirib çıxarır. Perinatal zədələnmə ehtimalı xorioamnionit, hamilədə cinsi yolla keçən infeksiya, ananın ekstragenital xəstəlikleri (şəkərli diabet, kardiopatologiya, böyrək xəstəlikləri) T-helperlərin nəzərəçarpan defisiti və yüksək viremiyalı İİV infeksiyanın kəskin klinikası zamanı yüksəkdir. Mama-ginekoloqların müşahidəsi nəticəsində aydın olmuşdur ki, İİV infeksiyalı xəstələrdə hamiləliyin vaxtından əvvəl pozulması, spontan düşük, vaxtından əvvəl doğuş və perinatal ölüm halları çox rast gəlinir.

Hamilələrdə İİV infeksiyasının diaqnostikası

Tibbi personal və yenidoğulmuş üçün yoluxma təhlükəsi olduğundan hamiləlik zamanı immunodefisit virusuna yoxlanma məcburidir. Diaqnostikanın əsas məqsədi yoluxmanı, xəstəliyin mərhələsini, onun gedişi və proqnozunu təyin etməkdir. Diaqnozun qoyulmasında daha informativ sayılan laborator müayinə üsulları aşağıdakılardır:

  • İmmunoferment analiz. Skrininq testi sayılır. Hamilənin qan zərdabında insan immunodefisit virusuna qarşı antitelin olmasını müəyyənləşdirir. Seroneqativ dövrde mənfi olur. İlkin diaqnostika metodu olub, nəticənin spesifikliyinin təsdiqini tələb edir.
  • İmmun blottinq. İFA-nın bir növü olub, törədicinin molekulyar çəkisinin forez yolu ilə paylanmış xüsusi antigen komponentinə qarşı zərdabda antitellerin təyini rolunu yerinə yetirir. Müsbət nəticə hamiləde İİV infeksiyasinin olmasının dəqiq əlaməti hesab olunur.
  • PZR diaqnostika. PZR xəstəliyin ilk vaxtlarında yoluxmanın 11-15 gününden törədicini aşkar etmeye imkan verir. Onun köməyilə qan zərdabında virus hissəcikləri təyin edilir. Üsulun dəqiqliyi 80%-ə bərabərdir. Ustünlüyü qanda İİV RNT kopiyalarının miqdarını nəzarətdə saxlamaq imkanına malik olmasıdır.
  • Limfositlərin xüsusi subpopulyasiyalarının təyini. İmmunosupressiyanın olmasını CD4-limfositlərin (T-helper) miqdarının 500/mkl və ondan da aşağı düşməsi təsdiq edir. T-helper və T-supressorun (CD8-limfosit) nisbətini göstərən immunotənzimləyici indeks 1,8-dən az olur.

Doğuşa girməzdən əvvəl yoxlanmamış hamilə qadına yüksəkhəssas immunoxrom test sistemi ilə İİV-ə qarşı ekspress analiz aparılmalıdır. Yoluxmuş xəstənin planlı instrumental müayinəsi zamanı qeyri- invaziv diaqnostika metodlarından (transabdominal USM, uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyası, kardiotokoqrafiya) istifadə olunmalıdır. İlkin reaksiya zamanı differensial diaqnostika KRVİ, infeksion mononukleoz, difteriya, məxmərək və digər kəskin infeksiyalarla aparılır. Generalizeolunmuş limfadenopatiya zamanı hipertireoz, bruselloz, virus hepatiti, sifilis, tulyaremiya, amiloidoz, qırmızı qurd eşənəyi, revmatoid artrit, limfoma və başqa sistem və onkoloji xəstəliklər inkar olunmalıdır. Göstəricilərə əsasən infeksionist, onkoloq, dermatoloq, endokrinoloq, revmatoloq, hematoloq konsultasiyası məsləhətdir.

Hamilələrdə İİV infeksiyasının müalicəsi

Virusa yoluxma zamanı hamiləliyin aparılmasının əsas məqsədi infeksiyanın supressiyası, klinik əlamətlərin korreksiyası, körpənin yoluxmasının qarşısını almaqdan ibarətdir. Əlamətlərin inkişafına və xəstəliyin mərhələlərinə görə antivirüs preparatlarla (əkstranskriptazanın nükleozid və qeyrinukleozid inhibitorları, proteaza və inteqrazanın inhibitorları ) müalicə aparılır. Müalicə sxemləri hestasiyanın dövrlərinə görə fərqlənir:

  • Hamiləliyin planlaşdırılması zamanı. İİV müsbət statuslu qadınlarda embriotoksik təsirə görə bir sıra dərmanların qəbulu fertil ovulayator sikl başlamazdan əvvəl saxlanılmalıdır. Belə olduqda embriogenezin ilkin mərhələlərində teratogen təsirin qarşısını almaq olur.
  • Hamiləliyin 13-cü həftəsinə qədər. Antiretrovirus preparatlar ikincili xəstəliklər müşahidə edildikdə, T-helperlərin konsentrasiyası 100/mkl-dən az olduqda, virus yüklənməsi-100000 RNT/ml-dən çox olduqda təyin edilir. Digər hallarda dərman preparatlarının qəbulu dölə mənfi təsirinə görə dayandırılır.
  • 13-28-ci həftələrdə. II trimestrde 3 preparatdan ibarət (əkstranskriptazanın inhibitorunun 2 nukleozidi və digər qrupdan olan bir preparat) aktiv retrovirus terapiyası aparılır.
  • 28-ci hefteden doğuşa qədər olan dövr. Retrovirus əleyhinə müalicə və anadan uşağa virusun keçməsinə qarşı kimyəvi profilaktika aparılır. Ən çox istifadə olunan sxem: hamiləliyin 28-ci həftəsinden başlayaraq zidovudin, doğuşdan əvvel ise 1 dəfə nevirapin qəbul edilir. Digər hallarda rezerv müalicədən istifadə olunur.

İİV infeksiyalı qadında doğuş növü seçildikdə təbii doğuşa üstünlük verilir. Bu zaman toxumaların tamlığını pozan istənilən manipulyasiyalardan (amniostomiya, epiziotomiya, mamalıq maşaları və vakuum-ekstraktor) uzaq olmaq lazımdır. Dölün infeksiyalaşma riski böyük olduğundan doğuş fəaliyyetini gücləndirən preparatların istifadəsi əks-göstərişdir. Qeysəriyyə kəsiyi əməliyyatı hamiləliyin 38-ci həftəsindən sonra doğuşdan əvvəl antiretrovirus müalicəsi aparılmadıqda və doğuş vaxtı retrovir preparatının tətbiqi mümkün olmadıqda yerinə yetirilir. Doğuşdan sonraki dövrdə xəstə retrovirus ələyhinə preparatların qəbulunu davam etdirir. Ana südu ilə qidalandırma qadağan edildiyi üçün laktasiya medikamentoz yolla dayandırılır.

Hamilələrdə İİV infeksiyasının proqnoz və profilaktikası

Adekvat profilaktikanın aparılması perinatal yoluxma dərəcəsini 8% və daha az göstəriciyə qədər azaldır. İnkişaf etmiş ölkələrdə bu göstərici 1-2%-dən çox olmur. İlkin profilaktikaya baryer kontraseptivlerin istifadəsi, cinsi partnyoru tez-tez dəyişməmək, inyeksion narkotiklərdən imtina, invaziv prosedurlar zamanı steril alətlər işlətmək, donor materialının dəqiq yoxlanılması aiddir.

Dölün yoluxmasının qarşısını almaq üçün aparılan tədbirlərə İİV infeksiyalaşmış hamilənin qadın məsləhətxanasında vaxtında qeydiyyata düşməsi, antiretrovirus müalicə sxemi və doğuş növünü düzgün seçilməsi, invaziv prenatal diaqnostikadan imtina və ana südü ilə qidalandırmanın qadağan edilməsi aiddir.

error: Content is protected !!