İnfeksion xəstəliklər
İnfeksion xəstəliklər –spesifik pathogen mikroorqanizmlər (bakteriyalar, viruslar, parazitlər, göbələklər) tərəfindən törədilən və kontagiozluq (yoluxma) qabiliyyətinə malik xəstəliklərdir. Bu xəstəliklər həm tək-tək (sporadik), həm də kütləvi xarakter daşıya bilər.
Infeksion xəstəliklərin inkişafı 4 mərhələdən- inkubasion (gizli), prodromal, kliniki ə\lamətlərin təzahürü və son dövrldən ibarətdir. İnfeksion proses müxtəlif cür sonlana bilər- sağalma (rekonvalessensiya), bacterial daşıyıcılıq, xroniki formaya keçid.
İnsanların keçirdiyi xəstəliklərin 20-40%-I infeksion xəstəliklərin payına düşür. Elmə 1200-dən çox infeksion xəstəlik məlumdur və bu rəqəm ilbəil artmaqda davam edir. İnfeksion xəstəliklər zədələnmiş orqan və yoluxma mexanizminə görə 5 qrupa bölünür:
- Bağırsaq infeksiyaları (dizenteriya, salmonellyoz, eşerixioz, qarın yatalağı və s)
- Tənəffüs yollarının infeksiyaları (KRVİ, Covid19, qrip, qızılca vəs)
- Hemotoloji (qan) infeksiyalar (İİV, malyariya və s)
- Dəri və selikli qişaların infeksiyaları (qızılyel, sibir xorası, qoturluq)
- Çoxsaylı yoluxma yoluna malik infeksiyalar (infeksion mononukleoz, enterovirus və s)
Törədicinin tipinə görə viral (virus hepatitləri, Cpvid19, qrip, məxmərək, sitomeqalovirus, herpes və s), bacterial (stafilokokk, streptokokk, salmonellyoz, dizenteriya və s), protozoy (malyariya, trixomoniaz, amöbiaz və s), mikozlar (aspergilyoz, kandidoz, epidermofitiya və digər göbələk infeksiyaları) ayırd edilir.
İnfeksion xəstəliklər həmçinin antroponoz (yalnız insane xas olan) və zoonoz (heyvanlarda da rast gəlinən) ola bilər. Antroponoz xəstəliklərə -difteriya, dizenteriya, qarın yatalağı və s., zoonozlara isə quduzluq, listerioz, brusellyoz və s. misal çəkmək olar. Heyvani mənşəli törədicilərin –parazitlərin (gənə, həşərat, ibtidailər) səbəb olduğu xəstəliklər parazitar xəstəliklər adlanır.
İnfeksion xəstəliyə yoluxmuş şəxslər xəstəxanalarda xüsusi şöbələrdə müalicə alırlar. Yüngül hallarda isə ev şəraitində müalicə də mümkündür.
Əksər infeksion xəstəliklərin profilaktikası immunizasiya yolu ilə və ya sanitar-gigiyenik qaydalara riayət etməklə mümkündür.