Kumbs sınağı

Kumbs (antiqlobulin) sınağı -normada müsbət rezuslu eritrositlərin səthində olan spesifik zülali maddənin mənfi rezus faktorlu qanda aşkarlanmasıdır. Kumbs sınağının 2 növü mövcuddur: düz- eritrositlərin səthində antitellərin aşkarlanması, qeyri-düz- qan plazmasında antitellərin aşkarlanması. Düz Kumbs sınağından qan xəstəliklərinin: hemolitik anemiya, yenidoğulmuşun hemolitik xəstəliyi və digər xəstəliklərin diaqnostikası zamanı istifadə olunur. Qeyri-düz sınaqdan qanköçürmə zamanı donor və resipientin uyğunluğunu qiymətləndirmək, eləcə də hamiləlik planlaması zamanı rezus konflikti riskini aşkarlamaq üçün aparılır. Kumbs sınağı üçün material venoz qandan götürülür, müayinə aqlutinasiya reaksiyasına əsaslanır. Normada hər iki sınaq mənfi olmalıdır. Müayinə nəticələri bir günə hazır olur.

Kumbs sınağı -rezus-mənfi qanın kliniki müayinəsi olub, rezus faktora qarşı antitellərin təyininə əsaslanır. Rezus münaqişə və hemolitik reaksiyanın aşkarlanması məqsədilə aparılır. Hər insanda eritrositlərin səthində müəyyən qrup antigenlərin və ya aqqlutinogenlərin (mövcudluğu və ya olmaması bu və ya digər qan qrupu və rezus faktora məxsus olduğunu göstərir) kompleksi mövcuddur. Bir çox antigen növü mövcuddur, lakin tibbi praktikada əhəmiyyəti olanlar- qan qrupunu təyin edən A və B aqlütinogenləri və rezus faktoru göstərən D-aqlütinogenidir. Rezus faktoru “+” olanlarda eritrositlərin membranında D antigeni mövcuddur, “-” olanlarda isə bu antigen olmur.

Kumbs sınağı (antiqlobulin sınağı da adlanır) rezus faktora qarşı antitrombositar antitellərin təyininə əsaslanır. Rezus faktora qarşı antitellər spesifik immunoqlobulinlər olub, mənfi rezus faktorlu qana D-aqlütinogenli eritrosit düşdükdə sintez olunur. Bu hal hamiləlik zamanı döllə ananın qanı qarışdıqda, hemotransfuziyalarda ( qanköçürmədə) qan qrupu düzgün olmadıqda meydana çıxır. Kumbs sınağı 2 formada mövcuddur- düz və qeyri-düz. Düz Kumbs sınağını apararkən eritrositlərin səthindəki antitellər aşkarlanır. Hemolitik xəstəliyin səbəbini aşkarlamaq məqsədilə təyin olunur. Qeyri-düz Kumbs sınağı plazmada eritrositəleyhinə antitellərin təyininə əsaslanır. Bu müayinədən donorla resipientin və ya döllə hamilənin qanlarının uyğunluğunu təyin etmək, rezus-konflikt və eritrositlərin hemoliz riskini aşkarlamaq məqsədilə aparılır.

Kimbs sınağının hər iki variantında qan venadan götürülür. Müayinə aqqlütinasiya üsulu ilə aparılır. Hematologiyada hemolitik reaksiyanın səbəblərini aşkarlamaq, cərrahiyə və reanimatologiyada hemotransfuziya, mamalıq və ginekologiyada isə “-” rezuslu hamilələrin monitorinqi üçün Kumbs sınağından geniş istifadə olunur.

Göstərişlər

Düz Kumbs sınağı müxtəlif səbəblərdən yaranan hemolitik reaksiyalar (eritrositlərin parçalanması) zamanı təyin olunur. Birincili autoimmun hemolitik anemiya, posttransfuzion hemolitik anemiya, yenidoğulmuşun hemolitik xəstəliyi, eritrositlərin autoimmun, şiş və ya infeksion mənşəli, eləcə də, dərman preparatlarının- xinidin, medildopa, prokainamid preparatlarının qəbuluna bağlı yaranan hemolizi zamanı göstərişdir. Qeyri-düz Kumbs sınağı isə rezus münaqişənin qarşısını almaq üçün təyin olunur. Hemotransfuziyaya hazırlıq, “-” rezus faktorlu hamilə “+” resuzlu dölə hamilə qaldıqda qeyri-düz Kums sınağı göstərişdir.

Rezus uyğunluğun təyini məqsədilə müsbət rezuslu şəxslərdə Kumbs sınağı təyin olunmur. Belə hallarda eritrositlərin səthi artıq antigenlərə malikdir və antitel sintezi hemotransfuziya və ya hamilədə dölün qanının keçməsilə təhrik oluna bilməz. Hər iki valideynin mənfi rezus faktora sahib olduğu hallarda da testə ehtiyac olmur. Belə cütlüklərin uşağı həmişə mənfi rezuslu olur və ana ilə immunoloji konflikt yaranmır.

Kumbs sınağının aparılmasında çətinlik törədən amillər nəticələrin düzgün alınması üçün temperatur və vaxt amillərinin dəqiqliyi, reagent və biomaterialın düzgün hazırlanmasıdır. Testin üstünlüyü isə yüksək həssaslığıdır. Belə ki, hemolitik xəstəlik zamanı hətta hemoqlobin, bilirubin və retikulositlərin səviyyəsi normallaşdıqda belə testin nəticələri müsbət olur.

Müayinəyə hazırlıq və materialın götürülməsi

Kumbs sınağı üçün material venoz qandan götürülür. Müayinənin xüsusi götürülmə saatı və müayinəyə hazırlıq tələb olunmur. İstənilən digər müayinələrdə olduğu kimi axırıncı qida qəbulundan ən azı 4 saat keçməli, 30 dəq qalmış isə siqaret, fiziki aktivlik, emosional gərginlikdən uzaq durmaq tələb olunur. Pasiyentin qəbul etdiyi dərman haqda həkimə məlumat verilməlidir- bəzi dərmanlar nəticəyə təsir edə bilər. Qan dirsək venasından və ya əlin üstündən, venadan götürülür. Müayinə nəticələri 1 günə hazır olur.

Düz Kumbs sınağını apararkən pasiyentin qan plazmasına antiqlobulin zərdab əlavə olunur. Bir müddət sonra aqqlütininlər aşkarlanır- əgər eritrositlərdə antitellər mövcuddursa. Nəticə müsbət olarsa aqqlütinasiya titri ölçülür. Qeyri-düz Kumbs sınağı bir neçə mərhələdən ibarətdir. Əvvəlcə plazmada olan antitellər inkubasiya zamanı yeridilən eritrositlərdə fiksasiya olur. Daha sonra antiqlobulin zərdab əlavə olunur və bir müddət keçdikdən sonra aqqlütininlərin titri təyin olunur. Nəticə 1 günə hazır olur.

Normal göstəricilər

Normada düz Kumbs testi “-” olmalıdır. Bu isə eritrositlərlə bağlı antitellərin olmadığını göstərir və hemoliziə səbəb ola bilməz. Qeyri-düz Kumbs sınağı da normada “-“olmalıdır və rezus faktora qarşı antitelin olmadığını göstərir. Hemotransfuzayaya hazırlıq dönəmində bu resipient üçün donorun qanının uyğun olduğunu, hamiləlik monitorinqində isə anada rezus-sensibilizasiyanın olmadığını, immunoloji münaqişə riskinin çox aşağı olduğunu göstərir. Qidalanma şəkli və ya fiziki aktivlik kimi fizioloji amillər nəticəyə təsir göstərmir.

Kumbs sınağının diaqnostik əhəmiyyəti

Müsbət Kumbs sınağı ya keyfiyyətcə (+)-dən (++++)-dək, ya da kəmiyyət ölçüsülə- titrlə 1:16-dan 1:256-dək deməkdir. Antitellərin konsentrasiyasının həm eritrositlərdə, həm də qan zərdabında ölçülməsi hər iki testdə həyata keçirilir. Düz Kumbs sınağının müsbət olması eritrositlərin səthində onları parçalayan antitellərin mövcud olduğunu göstərir. Köçürülən qanın öncədən çeşidlənməməsi- posttransfuzion hemolitik reaksiya, eləcə də yenidoğulmuşun eritroblastozu, dərman preparatlarının qəbuluna bağlı olan hemolitik reaksiya, birincili və ya ikincili autoimmun hemolitik anemiya buna səbəb ola bilər. Eritrositlərin ikincili zədələnməsinə sistem qırmızı qurdeşənəyi, Evans sindromu, Valdenstrem makroqlobulinemiyası, paroksimal soyuq hemoqlobinuriyası, xroniki limfoleykoz, limfoma, infeksion mononukleoz, sifilis, mikoplazma pnevmoniyası səbəb ola bilər.

Müsbət qeyri-düz Kumbs sınağı qan plazmasında rezus faktora qarşı antitellərin təyin olunmasına əsaslanır. Praktikada bu göstərir ki, rezus-sensibilizsiya mövcuddur, donor qanını köçürdükdə və ya hamiləlik zamanı rezus-konfliktin inkişaf edə bilər. Hamilələrdə sonrakı ağırlaşmaların qarşısını almaq üçün Kumbs sınağı müsbət olanlar qeydiyyata alınırlar.

Normadan kənaraçıxmaların müalicəsi

Kumbs sınağı izoseroloji müayinələrə aiddir. Nəticəyə əsasən hemolitik reaksiya aşkarlanır, eləcə də donor və resipientin, ana ilə dölün qan uyğunluğunu təyin etmək və rezus-konfliktin qarşısını almaq mümkün olur. Nəticə müsbətdirsə həkim-mama-ginekoloqa, hematoloqa, cərraha müraciət olunmalıdır.

error: Content is protected !!