Mammoqrafiya

Mammoqrafiya– süd vəzilərinin və regionar limfa düyünlərinin kontrastsız rentgen müayinəsidir. Müayinə zamanı piy toxuması və birləşdirici toxumanın quruluşu, vəzili elementlər, damarların kölgəsi vizualizasiya olunur. Mammoqrafiya -bədxassəli törəmələrin, mastopatiya və kistanın diaqnostikası üçün təyin edilir. Çəkiliş süd vəzi kompressiya olunmaqla-çəp, yan və düz proyeksiyada aparılır.

Mammoqrafiyaya göstərişlər

Mammoqrafiya- 35 yaşdan yuxarı qadınlarda profilaktik skrininq məqsədilə aparılır. 45 yaşadək qadınlar 2 ildə 1 dəfə, 45 yaşdan sonra isə ildə 1 dəfə mammoqrafiyadan keçmək məısləhətdir. Dishormonal pozğunluqlar varsa, mammoqrafiyanın aparılma tezliyi individual seçilə bilər.

Diaqnostik mammoqrafiya- süd vəzində sərtlik, ağrı, döş giləsindən ifrazatın olması, gilə, gilə ətrafı və süd vəzinin özündə dərinin istənilən patologiyası zamanı təyin edilir. Müayinə törəmələrin dəqiq sərhədlərinin təyini, mastopatiyanın gedişini izləmək, süd vəzinin birincili xərçənginin inkişaf dərəcəsini təyin etmək və əməliyyat sonrası süd vəzi toxumasının vəziyyətini dinamik izləmək üçün göstəriş sayılır.

Mammoqrafiya vasitəsiulə döşdə kista, kalsinat, fibroadenoma, bədxassəli törəmə aşkarlanır. Xərçəng şübhəsi olduqda törəmənin punsion biopsiyası və ya trepanobiopsiya aparılır, bioptat sitoloji müayinə olunaraq diaqnoz dəqiqləşdirilir.

Mammoqrafiya aybaşı siklinin 5-12-ci günündə, klimks dövründə isə istənilən vaxt aparıla bilər. Hamilə və süd verən analara mammoqrafiya əks göstərişdir.

Mammoqrafyanın aparılma qaydası

Pasient müayinə üçün beldən yuxarı geyimini soyunur. Prosedurdan qabaq sinə və qoltuq altı nahiyyəyə parfum, dezodorant, losyon, pudra və s. vurulması məsləhət deyil. Belə ki, kosmetik vasitələrin tərkib elementləri çəkiliş zamanı artefaktlar verə bilər. Anamnezdə -süd vəzində əməliyyatlar, həmçinin süd vəzinin böyüdülməsi üçün plastik əməliyyat və ya süd vəzinin endoprotezləşdirilməsi əməliyyatları varsa, həkim müləq məlumatlandırılmalıdır. Döşdə implant olduqda müayinə xüsusi rejimlə aparılır və protez çox kompressiya olunmur. İmplant süd vəzinin vizualizasiyasını və dəqiq diaqnozun qoyulmasını çətinləşdirir.

Süd vəzinin icmal müayinəsi zamanı hər 2 süd vəzi 2 proyeksiyada- düzünə və çəp çəkilir. Hər süd vəzi növbə ilə xüsusi duracaq və lövhə arasında sıxılır, rentgen müayinə aparılır. Kiçik ölçülü, ağrılı və geniş ifadə olunmuş fibromatoz zamanı mammoqrafiya ağrılı ola bilər.

Ehtiyac olduqda süd vəzinin müəyyən paylarında hədəfli mammoqrafiya mümkündür. Döş giləsindən ifrazat olduqda, axacaqlara kontrast yeridərək duktoqrafiya tətbiq edilir. Mammoqrafiya müayinəsi 15 dəqiqədən çox çəkmir.

Mammoqrafiyanın nəticələri

Nəticəni qiymətləndirərkən klinik və anamnez məlumatları nəzərə alınır. Mammoqrafiyada piy və əzili toxumanın, axacaqları, amarların quruluşu qiymətləndirilir. Patoloji ocaqlar aşkarlandıqda sayı, ölçüsü, forması, sərhədləri, simmetrikliyi və həmcinsliyi müəyyən edilir. Süd vəzi toxumasının sıxlığı fərqli nahiyələri ağ, boz və qara rəngdə görünür. Nəticələr qiymətləndirərkən xəstənin yaşı, qəbul etdiyi dərman preparatları və s də nəzərə alınmalıdır. Belə ki, gənc yaşda və əvəzedici hormonal preparatlar qəbul edən şəxslərdə sıxlıq yüksək, menopauza və ooforektomiyadan (yumurtalıqların xaric edilməsi) sonra azalmış olur.

Fibroadenoma və kistalar dairəvi və ya oval formada olub, ətraf sağlam toxumadan kəskin sərhədlərlə ayrılır. Xərçəng toxuması isə qeyri-müəyyən sərhədlərə mailk, şüa və ya tikan şəkilli kölgəliklər şəklində görünür. Aşkarlanan kalsifikatlar isə həm xoşxassəli ola, həm də inkişaf etməkdə olan süd vəzi xərçənginin gedişini xarakterizə edə bilər. Bunları nəzərə alaraq, belə halda daha ətraflı müayinə tələb olunur.

Mammoqrafiyanın üstünlükləri və məhdudiyyətləri

Profilaktik mammoqrafiya 30% hallarda süd vəzi xərçənginin erkən diaqnostikası və bu qadınlarda yaşama müddətini uzatmağa kömək edir. Bir çox hallarda mammoqrafiyanın köməyilə 5mm-dən kiçik diametrə malik törəmələri vaxtında aşkarlamaqla orqan qoruyucu əməliyyatlar aparmaq mümkün olur. Mammoqrafiyada tətbiq edilən rentgen şüasının dozası çox kiçikdir və təkrari müayinələr belə onkologiyaya səbəb ola bilməz.

Profilaktik mammoqrafiya doğmayan və 35 yaşdan aşağı qadınlarda süd vəzinin yüksək sıxlığı səbəbindən az informativdir. Süd vəzinin endoprotezləri və kəskin ifadə olunmuş mastopatiya da mammoqrafiyanın informativliyini məhdudlaşdırır. Şiş süd vəzinin əsasında (qalınlığında) yerləşdikdə mammoqrafiyada aşkarlanmaya və yalnış diaqnoza səbəb ola bilər.

error: Content is protected !!