Şöhrətin acı üzü: məhşurların psixi pozğunluqları

Zənginlərin və dünya məhşurların həyatları göründüyü kimi problemsiz deyil, yalnız əyləncələrlə və ya ziyafətlərlə keçməsi mifdən başqa bir şey deyil. Bəzən şöhrət özü ağır psixi pozğunluqlara səbəb olur, bəzən də sirr kimi saxladıqları problemlərinin ictimailəşdirilir.

Ketrin Zeta-Cons

“Oskar” və BAFTA (“Çikaqo müziklinə görə, 2003-cü il) mükafatlarının sahibəsi dövrümüz üçün geniş yayılmış psixi xəstəlikdən- bipolyar affektiv pozğunluqdan (maniakal-depressiv psixoz) əziyyət çəkir. Ketrin bu xəstəliyi özü ictimailəşdirdi və bunu etməklə, eyni problemdən əziyyət çəkən şəxslərə ümid olmaq istədiyini dilə gətirdi.

Belə bir xəbər yayılmışdı ki, aktrisida xəstəliyin yaranmasına provokator rolunu, əri, aktyor Maykl Duqlusda 2010-cu ildə qırtlaq xərçəngi diaqnozu qoyulduqdan sonra yaranan stress olmuşdur. Bir il sonra Duqlas xəstəliklə mübarizədə qalib gəldiyin elan etsə də, aktrisa depressiya vəziyyətindən çıxa bilmirdi. Hətta aktrisanın xəstəliyi o dərəcədə proqressivləşmişdi ki, həyat yoldaşı 2013-cü ildə boşanmaq istədiyini ictimaiyyətə elan etdi. Görünür ki, məhz bu fakt sağalma üçün təkan rolu oynadı. Bir neçə ay sonra ər-arvad münasibətlərini bərpa etdilər və normal iş həyatlarına geri döndülər.

Devid Duxovnı

Amerikalı aktyor, senarist, prodyuser və rejissor yaddaşımızda mistik “Gizli materiallar”da aqent Fooks Malder və erotik-əyləncəli “Ehtiraslı Kaliforniya”nın Henk Mud obrazı ilə həkk olunmuşdur. Bu işlər onu məhşurlaşdırmaqla yanaşı, tənqidçilərin də layiqli qiymətləndirməsinə kömək olmuşdur. Məhz bu işlərə görə 2 böyük mükafata- 2 “Qızıl qlobus”a (1997 və 2008-ci illərdə) layiq görülmüşdür. Şöhrətinin zirvəsində və xanımlar tərəfindən çox sevildiyi dönəmdə yaraşıqlı FBİ-agenti aktrisa Teo Leoni ilə evləndi. Cütlük 10 il birgə yaşadıqdan sonra ayrılmağa qərar verdilər. Məlum oldu ki, Duxovnı hiperseksuallıqdan- cinsi həvəsin çox yüksək olması və həddən artıq cinsi aktivlikdən əziyyət çəkir. Aktyor bunu açıq şəkildə, ictimai qınaqdan qorxmayaraq etiraf etdi. Aktyor gizli bir mərkəzdə müalicə kursu keçdikdən sonra həyat yoldaşı ilə yenidən birlikdə olmağa cəhd etməyə qərar verdilər. Lakin bu müddət cəmi bi neçə il davam etdi və cütlük 2014-cü ildə boşandı. Müxtəlif dövrlədə mətbuatda, Duxovnının “Gizli materiallar” serialındakı partnyoru Jilian Andersonla münasibətləri haqqında şayiələr dolaşırdı, lakin son məlumatlara görə aktyor hələdə yalnızdır.

Bruk Şilds

Model və aktrisa Bruk Şilds (80-ci illərdə Calvin Clain cinslərinin gözəl modeli) həmkarları kimi, ictimaiyyətə öz psixoloji problemlərini paylaşan məhşurlardandır. 2003-cü ildə, ilk qızının doğulduğu il Bruk doğuşdansonrakı depressiyadan əziyyət çəkdiyini bildirmişdir. Aktrisa etiraf etmişdir ki, ona çox ağır idi, hətta intihar barədə belə düşünürdü. Uşağın ağlama səsi onu çox qıcıqlandırırdı, yox olmaq istəyirdi. Necə bacardı bu halla? Öz hisslərini və keçirdiyi dövrü kitab yazmaqla anlatdı. Çünki bir neçə günlük diskomfort hesab olunan hal aylarla sürə bilər.

Mel Gibson

Aktyor, kinorejissor, senarist və prodyuser, ikiqat “Oskar” və “Qızıl qlobus”, Avstraliyanın şərəfli məmur ordeninin laureatı Mel Gibson, Ketrin Zeta Cons kimi, maniakal-depressiv sindromdan əziyyət çəkirmiş. 9 uşaq atası olan məhşur, zamanında sosial normaya uymayan laqeyd hərəkətləri və davaları ilə (dəfələrlə içkili vəziyyətdə avtomobil idarə edərkən saxlanılmışdır) gündəmdən düşmürdü, antistemitizmdən və homofobiyadan əziyyət çəkir. Sevindirici haldır ki, bütün bunlar keçmişdə qalmışdır. Aktyor 3-cü dəfə ailə qurub, fiziki formasını bərpa edib və filmlərə çəkilməyə davam edir.

Lindsi Loxan

Populyarlıq və tamaşı sevgisini Loxana “Freaky Friday”, “Mean Girls” və “Crazy Races” filmlərində aldığı rollar qazandırmışdı və bir anın içində 17 yaşlı qızı superulduza çevirmişdi. Gənc aktrisa şöhrətin bu yükünü daşıya bilmədi və pis vərdişlərə: alkoqol, narkotiklərə qurşandı və reabilitasiya mərkəzlərində bir-birini əvəz edən depressiya və aralıq remissiya mərhələləri ilə sıralandı. “Şou biznesin ən qabiliyyətli və perspektivli gözəli” sürətlə yox olur- bir zamanlar Lindsi Loxan haqqında mətbuat bu fikirləri bildirirdi. 2007-ci ildə aktrisa rəsmi açıqlama verərək, həyatını idarə etmək gücündə olmadığını, özünə gəlmək və Hollivudun ağır iş ritmi və stressindən uzaqlaşmaq üçün fasilə vermək istədiyini bildirdi. Onun böyük ekrana qayıtmaq üçün sonrakı cəhdlərini uğurlu adlandırmaq olmaz (xüsusən də nəzərə alsaq ki, aktrisa öncəki “macəralarının” nəticələrini həll etmək üçün çox vaxt sərf etdi – sınaq müddətli işlədi, həbsxanada oldu, narkomaniya ilə mübarizə üçün klinikada müalicə aldı). Lohanın otuz yaşı var, amma böhranın bitdiyini söyləmək çətindir. 2016-cı ildə böyük bir qalmaqalla rus iş adamının oğlu Yeqor Tarabasovdan ayrıldı və qəfildən İslamı qəbul etmək niyyətində olduğunu bildirdi. 2020-ci ilin əvvəlində Lindsi son bir neçə ildə yaşadığı Omandan Amerikaya qayıtmağı və kino karyerasına davam etməyi planladığını bildirdi.

Meri-Keyt Olsen

Ekiz-aktrisalardan Olsen mətbuatın həddən artıq müdaxiləsi səbəbindən- nevroloji anoreksiyadan, qidalanma pozğunluğunun ağır dərəcəsindən əziyyət çəkir. Bir neçə il qabaq Meri-Keyt reabilitasiya mərkəzlərinin birində altı həftəlik müalicə kursu keçdi və özündə yetərli gücü bərpa etdikdən sonra ailəsinə qayıtdı. Aktrisa o zamandan düzgün qidalanmağa çalışır və gərginlikdən uzaq durur.

error: Content is protected !!