Peyroni xəstəliyi

Peyroni xəstəliyi – penisin qalınlaşması və fibroz toxumanın inkişafı nəticəsində yaranan kişi cinsiyyət üzvünün əyilməsidir. Bu hal ereksiyanı ağrılı edir. Peyroni xəstəliyi 40-60 yaşlı kişilərin 0,3-1%-də diaqnostika olunur. Bununla bərabər, tibbi araşdırmalar kavernoz cismin ağlı qişasında fibrozun və penisin gövdəsində, uretrada və cinsi üzvün yanlarında xoşxassəli qalınlaşmanın  xəstəliyin inkişafına gətirib çıxardığını təsdiqləyir. Peyroni xəstəliyi barədə ilkin məlumatlar 1561-ci ilə təsadüf edir, lakin patologiya bir xeyli  sonra fransız cərrah Fransua de lya Peyroni tərəfindən geniş şəkildə təsvir olunmuşdur.

Peyroni xəstəliyi barədə ümumi məlumat

Peyroni xəstəliyi penisin qalınlaşması və fibroz toxumanın inkişafı nəticəsində yaranan cinsi üzvün əyilməsidir. Bu, ereksiyanı ağrılı edir. Belə vəziyyət 40-60 yaşlı kişilərin 0,3-1%-ində diaqnostika olunur. Bununla bərabər, tibbi araşdırmalar kavernoz cismin ağlı qişasında fibrozun və penisin gövdəsində, uretrada və cinsi üzvün yanlarında xoşxassəli qalınlaşmanın  xəstəliyin inkişafına gətirib çıxardığını təsdiqləyir.

Peyroni xəstəliyinin səbəbləri

Xəstəliyin patogenezi bu günə qədər tam öyrənilməyib. Müasir andrologiyanın əsaslandığı Peyroni xəstəliyinin patogenezinə dair nəzəriyyələrdən daha məşhuru kavernoz cismin toxumasının fibroz dəyişikliklərinə gətirib çıxaran hematomanın inkişafı ilə ağlı qişanın mikrotravmalarını səbəb adlandırır.

Bununla yanaşı, Peyroni xəstəliyinin inkişafına gətirib çıxaran travmaların böyük hissəsi cinsi əlaqə zamanı meydana çıxır. Cinsi üzvün bütün əyilmələri qazanılma deyil. Bir sıra hallarda Peyroni xəstəliyi anadangəlmə olur. Anadangəlmə Peyroni xəstəliyinin səbəbi ağlı qişanın hipoplaziyası və ya qısa uretral kanaldır. Anadangəlmə patologiya zamanı fibroz toxuma müşahidə olunmur, cinsi üzvün əyilməsi kavernoz cisimdə birləşdirici toxumanın olması səbəbindən baş verir. Bununla bərabər, azacıq əyilmə patologiya hesab olunmur və müalicə tələb etmir. Kişilərin 2-3%-i ağırlıq dərəcəsi müxtəlif olan anadangəlmə Peyroni xəstəliyindən əziyyət çəkir.

Peyroni xəstəliyinin simptomları

Peyroni xəstəliyinin əsas simptomları ağrılı ereksiya, rigidliyin azalması, penisin əyilməsi və cinsi üzvün kavernoz cismində palpasiya olunan fibrozun mövcudluğudur.

Xəstəliyin ilk aktiv fazası yarım ildən bir il yarımadək davam edir; əgər cinsi üzvün gövdəsindəki qalınlaşma öz-özünə itmirsə, konservativ müalicə göstərişdir. Cinsi üzvün əyilməsi nə qədər erkən aşkarlanarsa, konservaitv terapiya da bir o qədər effektli olar. Cərrahi müalicə kəskin ağrılar və ya Peyroni xəstəliyinin ağır hallarında (cinsi üzvün xeyli əyilməsi zamanı) göstərişdir. Əgər konservativ müalicə nəticə verməzsə, yüksək effektivliyinə görə daha məşhur olan cərrahi müalicəyə müraciət edilir.

Palpator müayinə androloqa fibrozun yerləşmə nahiyəsinin və əyilmənin dərəcəsini müəyyənləşdirməyə imkan verir. Həmçinin inspeksiya və anamnez zamanı cinsi üzvün əyilmə səbəblərini aydınlaşdırmaq da vacibdir. Cinsi üzvün əyilmə dərəcəsini ereksiya zamanı pasientin özünün çəkdiyi fotoya əsasən qiymətləndirmək olar. Ultrasəs müayinəsinin informativliyi Peyroni xəstəliyinin inkişafının erkən mərhələrində yüksəkdir.

Peyroni xəstəliyinin müalicəsi

Xəstəliyin konservativ müalicəsi fibroz toxumanın inkişafının qarşısını alan preparatların və iltihabəleyhinə dərmanların cinsi üzvə yeridilməsindən ibarətdir. Fizioterapevtik prosedurlar, rentgenoterapiya, helium-neon lazeri ilə lazer terapiya müsbət nəticə verir. Daxilə A və E vitaminlər kompleksi, kolxisin, kalium paraaminobenzoat, tamoksifen və natrium amiobenzoat preparatları təyin olunur.

Cərrahi müalicə daha effektivdir. Belə ki, bu metod eyni zamanda həm əyilməni düzəltməyə və həm də qalınlaşmış düyünləri ləğv etməyə imkan verir. Cərrahi müdaxilənin metodu Peyroni xəstəliyinin  hər bir klinik halında fərdi şəkildə müəyyənləşdirilir. Belə ki, əgər penisin əyilməsi 45 dərəcədən azdırsa, və uzunluğu kifayət qədərdirsə, plikasiya aparılır. Bu zaman defekt əyilmənin əks tərəfində büküşlər yaratmaqla həyata keçirilir; bu metoda daha çox üstünlük verilir. Toxuma sorulmayan tikiş materialı ilə tikilir, cinsi üzvün uzunuluğu bir qədər azalır, lakin ağırlaşma ehtimalı minimumdur.

Əgər penisin əyilməsi 45 dərəcədən çoxdursa və uzunluğu kifayət qədərdirsə, ağlı qişa ellips formasında kəsilir, defektin əks tərəfində isə toxuma sorulmayan tikiş materialı ilə tikilir. Penisin uzunluğu kifayət qədər olmadıqda və ya pasient yuxarıda qeyd olunan metoddan imtina etdikdə fibroz kəsilib çıxarılır və ya kəsilir, sonradan plastik əməliyyat tətbiq olunur. Ağlı qişanın defekti xayanın vaginal qişasının, dəri loskutunun və ya sintetik materialın köməyilə aradan qaldırılır. Peyroni xəstəliyi erektil disfunksiya ilə getdikdə optimal seçim falloprotezləşdirmə və ya falloimplantasiyadır. Bu, ereksiya ilə bağlı problemləri aradan qaldırmağa və cinsi üzvün əyilməsinin korreksiyasına imkan verir.

Cinsiyyət üzvünün əyilməsinin profilaktikası cinsi əlaqə zamanı düzgün vəziyyət seçmək, alkoqol vəziyyətində və ya digər zəhərlənmələr zamanı koitusdan imtinadan ibarətdir. Belə ki, penisin əksər travmaları cinsi əlaqə zamanı baş verir.

error: Content is protected !!