Qanın kliniki (ümumi) analizi

Qanın kliniki (ümumi) analizi – qanın kəmiyyət və keyfiyyət tərkibinin ətraflı müayinəsi olub, eritrositlər və onların spesifik göstəricilərinin (MCV, MCH, MCHC, RDW), leykositlər və onların müxtəlif növlərinin (leykositar formula) faizlə nisbətinin və trombositlərin, eləcə də eritrositlərin çökmə sürətinin (EÇS) təyini ilə xarakterizə olunur. Bir çox xəstəliklərin diaqnostikası və müalicəsinə nəzarət zamanı böyük əhəmiyyətə malikdir.

Müayinə üçün biomaterial hardan götürülür?

Venoz, kapillyar qan.

Müayinəyə hazırlıq necə olmalıdır?

  • müayinədən 24 saat öncə alkoqol qəbul etməmək;
  • müayinəyə 8 saat qalmış qida qəbul etməmək, sadə qazsız su içmək olar;
  • müayinəyə 30 dəq qalmış fiziki və emosional gərginliyi istisna etmək;
  • müayinəyə 30 dəq qalmış siqaretdən imtina.

Qanın ümumi analizi haqqında ümumi məlumat

Qanın kliniki analizi: ümumi analiz, leykositar formula, EÇS (patoloji dəyişikliklər zamanı qan yaxmasının mikroskopiyası ilə)- tibbi praktikada ən çox tələb olunan analiz növüdür. Müasir dövrümüzdə bu müayinə avtomatlaşdırılmışdır və qan hüseyrələrinin: eritrositlər, leykositlər və trombositlərin kəmiyyət və keyfiyyət tərkibi haqqında ətraflı məlumat verir. Praktiki olaraq müalicə həkimi əsasən aşağıdakı göstəricilərə diqqət etməlidir:

  1. Hb (hemoglobin)- hemoqlobin;
  2. MCV (mean corpuscular volume)- eritrositlərin orta həcmi;
  3. RDW (RBC distribution width)- eritrositlərin həcmə görə paylanması;
  4. Eritrositlərin ümumi sayı;
  5. Trombositlərin ümumi sayı;
  6. Leykositlərin ümumi sayı;
  7. Leykositar formula- leykosit növlərinin: neytrofillər, limfositlər, monositlər, eozinofillər və bazofillərin faizlə nisbəti;
  8. Eritrositlərin çökmə sürəti, EÇS. EÇS göstəricisi qanın zülal fraksiyaları ilə eritrositlərin nisbətindən asılıdır.

Qanın kliniki müayinəsində göstəricilərin qiymətləndirilməsi ilə anemiya/polisitemiya, trombositopeniya/trombositoz və leykopeniya/leykositoz hallarını aşkar etmək mümkündür ki, bunlar da hər hansı bir xəstəliyin simptomu və ya müstəqil patologiya göstəricisi ola bilər.

Analizin interpretasiyası (qiymətləndirilməsi) zamanı aşağıdakı halları nəzərə almaq lazımdır:

  • 5% sağlam şəxslərdə qan analizinin göstəriciləri qəbul edilmiş referans rəqəmlərindən (norma həddi) kənara çıxa bilər. Digər tərəfdən, pasiyentdə onun normada mövcud olan göstəricilərindən əhəmiyyətli dərəcədə dəyişiklik olduğu halda, alınan nəticələr norma həddinə düşə bilər. Bu səbəbdən müayinənin nəticələri qiymətləndirilərkən individual yanaşılmalıdır.
  • Qanın göstəriciləri irqə və cinsə görə də fərqlənə bilir. Belə ki, qadınlarda eritrositlərin kəmiyyət və keyfiyyət göstəriciləri kişilərə nisbətən aşağı, trombositlərinin sayı isə yuxarı olur. Müqayisə üçün: kişilərdə normada – Hb 12,7-17,0 q/dl, eritrositlər 4,0-5,6 x1012/l, trombositlər 143-332 x 109/l, qadınlarda isə normada – Hb 11,6-15,6 q/dl, eritrositlər 3,8-5,2 x1012/l, trombositlər 169-358 x 109/l-dir. Həmçinin, hemoqlobin, neytrofillər və eritrositlərin miqdarı ağ dərili irqlərlə müqayisədə qara dərililərdə aşağıdır.

Qanın kliniki analizi nə üçün aparılır?

Xəstəliklərin diaqnostikası və müalicəyə nəzarət məqsədilə.

Nəticələr necə qiymətləndirilir?

Uşaqlar üçün referans aralığı:

Leykositlər

Yaş Referans aralığı
1 yaşdan kiçik 6,0- 17,5 *109 /l
1-2 yaş 6,0 – 17 *109 /l
2-4 yaş 5,5 – 15,5 *109 /l
4-6 yaş 5,0 – 14,5 *109 /l
6-10 yaş 4,5 – 13,5 *109 /l
10-16 yaş 4,5 – 13 *109 /l
16 yaşdan böyük 4,0 – 10 *109 /l

Eritrositlər

Yaş Cinsiyyət Eritrositlər, *1012 /l
< 14 gün 3,9 – 5,9
14 gün- 1 aylıq 3,3 – 5,3
1-4 aylıq 3,5 – 5,1
4-6 aylıq 3,9 – 5,5
6-9 aylıq 4,0 – 5,3
9-12 aylıq 4,1 – 5,3
1-3 yaş 3,8 – 4,8
3-6 yaş 3,7 – 4,9
6-9 yaş 3,8 – 4,9
9-12 yaş 3,9 – 5,1
12-15 yaşKişi 4,1 – 5,2
Qadın 3,8 – 5,0
15-18 yaşKişi 4,2 – 5,6
Qadın 3,9 – 5,1
18-46 yaşKişi 4,3 – 5,7
Qadın 3,8 – 5,1
46-65 yaşKişi 4,2 – 5,6
Qadın 3,8 – 5,3
> 65 yaşKişi 3,8 – 5,8
Qadın 3,8 – 5,2

Hemoqlobin

Yaş Cinsiyyət Hemoqlobin, q/l
< 14 gün 134 – 198
14 gün- 1 aylıq 107 – 171
1-2 aylıq 94 – 130
2-4 aylıq 103 – 141
4-6 aylıq 111 – 141
6-9 aylıq 114 – 140
9-12 aylıq 113 – 141
1-5 yaş 110 – 140
5-10 yaş 115 – 145
10-12 yaş 120 – 150
12-15 yaşKişi 120 – 160
Qadın 115 – 150
15-18 yaşKişi 117 – 166
Qadın 117 – 153
18-46 yaşKişi 132 – 173
Qadın 117 – 155
46-65 yaşKişi 131 – 172
Qadın 117 – 160
> 65 yaşKişi 126 – 174
Qadın 117 – 161

Hematokrit

Yaş Cinsiyyət Hematokrit, %
< 14 gün 41 – 65
14 gün- 1 aylıq 33 – 55
1-2 aylıq 28 – 42
2-4 aylıq 32 – 44
4-6 aylıq 31 – 41
6-9 aylıq 32 – 40
9-12 aylıq 33 – 41
1-3 yaş 32 – 40
3-6 yaş 32 – 42
6-9 yaş 33 – 41
9-12 yaş 34 – 43
12-15 yaşKişi 35 – 45
Qadın 34 – 44
15-18 yaşKişi 37 – 48
Qadın 43 – 44
18-45 yaşKişi 39 – 49
Qadın 35 – 45
46-65 yaşKişi 39 – 50
Qadın 35 – 47
> 65 yaşKişi 37 – 51
Qadın 35 – 47

Eritrositin orta həcmi (MCV)

Cinsiyyət Yaş Referans aralığı
1 yaşdan kiçik 71-112 fl
1-5 yaş 73-85 fl
5-10 yaş 75-87 fl
10-12 yaş 76-94 fl
Qadın 12-15 yaş 73-65 fl
15-18 yaş 78-98 fl
18-45 yaş 81-100 fl
45-65 yaş 81-101 fl
> 65 yaş 81-102 fl
Kişi 12-15 yaş 77-94 fl
15-18 yaş 79-95 fl
18-45 yaş 80-99 fl
45-65 yaş 81 101 fl
> 65 yaş 81-102 fl

Eritrositdə hemoqlobinin orta həcmi (MCH)

Yaş Cinsiyyət Referans aralığı
< 14 gün 30-37 pq
14 gün-2 aylıq 29-36 pq
1-2 aylıq 27-34 pq
2-4 aylıq 25-32 pq
4-6 aylıq 24-30 pq
6-9 aylıq 25-30 pq
9-12 aylıq 24-30 pq
1-3 yaş 22-30 pq
3-6 yaş 25-31 pq
6-9 yaş 25-31 pq
9-15 yaş 26-32 pq
15-18 yaş 26-34 pq
18-45 yaş 27-34 pq
45- 65 yaş 27-34 pq
> 65 yaş Qadın 27-35 pq
> 65 yaş Kişi 27-34 pq

Eritrositdə hemoqlobinin orta konsentrasiyası (MCHC)

Yaş Referans aralığı
< 1 yaş 290-370 q/l
1-3 yaş 280-380 q/l
3-12 yaş 280-360 q/l
12-19 yaş 330-340 q/l
>19 yaş 300-380 q/l

Trombositlər

Yaş Referans aralığı
< 10 gün 99-421*109 /l
10 gün – aylıq 150-400*109 /l
1-6 aylıq 180-400*109 /l
9 aylıq-1 yaş 160-390*109 /l
1-5 yaş 150-400*109 /l
5-10 yaş 180-450*109 /l
10-15 yaş 150-450*109 /l
>15 yaş 150-400*109 /l

RDW-SD (eritrositlərin həcmə görə paylanması, standart kənaraçıxma): 37-54.

RDW-CV (eritrositlərin həcmə görə paylanması, variasiya koeffisienti)

Yaş RDW-CV, %
<6 ay 14,9-18,7
>6 ay 11,6-14,8

Trombositlərin həcmə görə paylanması (PDW): 10-20 fl

Trombositlərin orta həcmi (MPV): 9,4-12,4 fl

Böyük trombositlərin koeffisienti (P-LCR): 13-43%

Neytrofillər (NE)

Yaş Referans aralığı
4 yaşadək 1,5-8,5*109 /l
4-8 yaş 1,5 – 8*109 /l
8-16 yaş 1,8 – 8*109 /l
>16 yaş 1,8 – 7,7*109 /l

Limfositlər (LY)

1 yaşadək 2 – 11 *109 /l
1-2 yaş 3 – 9,5 *109 /l
2-4 yaş 2 – 8 *109 /l
4-6 yaş 1,5 – 7 *109 /l
6-8 yaş 1,5 – 6,8 *109 /l
8-10 yaş 1,5 – 6,5 *109 /l
10-16 yaş 1,2 – 5,2 *109 /l
>16 yaş 1 – 4,8 >16 yaş

Monositlər (MO)

1 yaşadək 0,05 – 1,1 *109 /l
1-2 yaş 0,05 – 0,6 *109 /l
2-4 yaş 0,05 – 0,5*109 /l
4-16 yaş 0,05 – 0,4 *109 /l
>16 yaş 0,05 – 0,82 *109 /l

Eozinofillər (EO)

1 yaşadək 0,05 – 0,4 *109 /l
1-6 yaş 0,02 – 0,3 *109 /l
>6 yaş 0,02 – 0,5 *109 /l

Bazofillər (BA): 0-0.08*109 /l

Neytrofillər, % (NE %)

1 yaşadək16 – 45 %
1-2 yaş28 – 48 %
2-4 yaş32 – 55 %
4-6 yaş32 – 58 %
6-8 yaş38 – 60 %
8-10 yaş41 – 60 %
10-16 yaş43 – 60 %
>16 yaş47 – 72 %

Limfositlər, % (LY %)

1 yaşadək45 – 75 %
1-2 yaş37 – 60 %
2-4 yaş33 – 55 %
4-6 yaş33 – 50 %
6-8 yaş30 – 50 %
8-10 yaş30 – 46 %
10-16 yaş30 – 45 %
>16 yaş19 – 37 %

Monositlər, % (MO%)

1 yaşadək4 – 10 %
1-2 yaş3 – 10 %
>2 yaş3 – 12 %

Eozinofillər, % (EO %)

1 yaşadək1 – 6 %
1-2 yaş1 – 7 %
2-4 yaş1 – 6 %
>4 yaş1 – 5 %

Bazofillər, % (BA %): 0-1,2%

Eritrositlərin çökmə sürəti – EÇS (fotometriya)

Kişi 15 yaşadək 2-20 mm/saat
15-50 yaş 2-15 mm/saat
>50 yaş 2-20 mm/saat
Qadın 15 yaşadək 2-20 mm/saat
15-50 yaş 2-20 mm/saat
>50 yaş 2-30 mm/saat

Nəticənin interpretasiyası:

I. Anemiya

Hemoqlobin və/və ya eritrositlərin miqdarının azalması anemiyanın göstəricisidir. MCV göstəricilərinə əsasən anemiyanın aşağıdakı xəstəliklərdən birincili differensiasiyasını aparmaq mümkündür:

  1. MCV-nin 80 fl-dan kiçik olması (mikrositar anemiya). Səbəbləri:

Nəzərə alsaq ki, mikrositar anemiyanın ən geniş yayılmış səbəbi dəmir çatışmazlığıdır, bu zaman ferritin konsentrasiyasının, eləcə də, plazmadakı dəmir və plazmanın dəmiri birləşdirmə qabiliyyətini də yoxlamaq tələb olunur. RDW göstəricisinə (yalnız dəmir defisitli anemiyada artır) və trombositlərin miqdarına (adətən, dəmir defisitli anemiya zamanı artır) da diqqət etmək lazımdır.

  1. MCV 80-100 fl-dır (normositar anemiya). Səbəbləri:
  • qanaxma;
  • XBÇ zamanı anemiya;
  • hemoliz;
  • dəmir çatışmazlığı və ya B12 vitaminin çatışmazlığı zamanı anemiya.

3. MCV 100 fl-dan çoxdur (makrositar anemiya). Səbəbləri:

  • alkoqoldan çox istifadə;
  • dərman preparatlarının (hidroksisidik cövhəri, zidovudin) qəbulu;
  • B12 vitamini və fol turşusunun çatışmazlığı.

Aşkar makrositoz (MCV-nin 110-dan çox olması) adətən, sümük iliyinin birincili patologiyasına işarədir.

Anemiyanın növündən asılı olmayaraq EÇS həmişə yüksək olur.

II. Trombositopeniya

Səbəbləri:

  • trombositopenik purpura/ hemolitiko-uremik sindrom;
  • DDL-sindrom (disseminəolunmuş damardaxili laxtalanma sindromu);
  • dərman trombositopeniyası (ko-trimoksazol, prokainamid, tiazid qrupu diuretiklər, heparin);
  • hipersplenizm;
  • idiopatik trombositopenik purpura.
  • Nəzərə almaq lazımdır ki, hamilə qadınlarda normada trombositlər 75-150*109 /l-dək azala bilər.

III. Leykopeniya

Leykopeniyanın differensial diaqnostikası üçün 5 əsas leykosit qrupunun həm kəmiyyətinə, həm də faizlə nisbətinə (leykositar formula) diqqət etmək lazımdır.

Neytropeniya. Neytrofillərin 0,5*109 /l-dən az olması- ağır neytropeniya. Səbəbləri:

  • Anadangəlmə aqranulositoz (Kostmann sindromu);
  • Dərman neytropeniyası (karbamazepin, penisillin, klozapin və s);
  • infeksiyalar (sepsis, virus infeksiyaları);
  • Autoimmun neytropeniya (Qırmızı qurd eşənəyi, Felti sindromu).

Limfopeniya. Səbəbləri:

  • İrsi limfopeniya (Bruton aqammaqlobulinemiyası, ağır kombinəolunmuş immunodefisit, di-Corci sindromu)
  • Qazanılmış dəyişkən immunodefisit;
  • Dərman limfopeniyası (qlükokortikosteroidlər, monoklonal antitellər);
  • Virus infeksiyaları (SPİD)
  • Autoimmun limfopeniya (Qırmızı qurd eşənəyi, revmatoid artrit, sarkoidoz);
  • XBÇ;
  • Vərəm.

IV. Polisitemiya

Hemoqlobin və/və ya HT -nin konsentrasiyasının və/və ya eritrositlərin sayının artması aşağıdakı hallarda ola bilər:

  • Həqiqi polisitemiya- mieloproliferativ xəstəlik. Qanın müayinəsində eritrositozla bərabər trombositoz və leykositoz da olur.
  • Nisbi polisitemiya ( sümük iliyinin Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi və ya Ürəyin İşemik Xəstəliyi zamanı müşayiət olunan hipoksiyaya qarşı kompensator cavabı hesabına; böyrək-hüceyrəli karsinoma zamanı eritropoetinin çoxluğu nəticəsində).

Polisitemiyanın differensial diaqnostikası üçün eritropoetinin səviyyəsini müayinə etmək lazımdır.

V. Trombositoz

Səbəbləri:

  • Birincili trombositoz (sümük iliyinin mieloid mənşəli bədxassəli xəstəliyi, eləcə də, essensial trombositoz və xroniki mieloleykoz);
  • İkincili trombositoz- dalağın çıxarılması, onfeksion xəstəliklər, dəmir defisitli anemiya, hemoliz, travma və ya bədxassəli törəmələr (reaktiv trombositoz) zamanı.

Hb, MCV və ya ümumi leykositlərin miqdarının artması birincili trombositozun əlaməti ola bilər.

VI. Leykositoz

Leykositozun interpretasiyası (qiymətləndirilməsi) üçün ilk olaraq leykositar formulaya baxmaq lazımdır. Leykositoz kəskin leykoz zamanı yetkin olmayan (blast hüceyrələrin) və ya yetkin, differensasiya olunmuş leykositlərin (qranulositoz, monositoz, limfositoz) artıqlığı ilə əlaqədar ola bilər.

Qranulositoz- neytrofiliya. Səbəbləri:

  • Leykemoid reaksiya (infeksiya, iltihab, bəzi dərman preparatlarının qəbulu fonunda reaktiv neytrofiliya);
  • Mieloproliferativ xəstəliklər (məsələn, xroniki mieloleykoz).

Çubuq-nüvəli neytrofillərin 6%-dən yüksək olması infeksiyanın mövcudluğunu, eləcə də, xroniki mieloleykoz və digər mieloproliferativ xəstəlikləri göstərə bilər.

Həmçinin, infeksion prosesin birbaşa əlaməti EÇS-in yüksəlməsidir ki, bu həm də, bir çox bədxassəli törəmələrin əlaməti ola bilər.

Qranulositoz – eozinofiliya. Səbəbləri:

  • Birincili eozinofiliya (hipereozinofil mieloproliferativ sindrom);
  • İkincili eozinofiliya (parazitozlar, helmintozlar, allergiya, vaskulitlər, limfoma).

Qranulositoz-bazofiliya. Səbəbləri:

  • Xroniki bazofil leykoz.

Monositoz. Səbəbləri:

  • Mieloproliferativ xəstəliklər, məsələn, Xroniki Meloleykoz;
  • Reaktiv monositoz (xroniki infeksiyalar, qranulematoz iltihab, şüa terapiyası, limfoma).

Limfositoz. Səbəbləri:

  • Reaktiv limfositoz (virus infeksiyası). Viruslar üçün xarakterik spesifik testlər məsləhət görülür.
  • Limfoleykoz (kəskin və xroniki).

Qanın kliniki analizi: ümumi analiz, leykositar formula, EÇS (patoloji proseslər zamanı qanın mikroskopik yaxması)- skrininq müayinə üsulu olub, bir çox xəstəliklərin təsdiqi və ya inkarına imkan yaradır. Lakin, nəzərə almaq lazımdır ki, bu müayinə həmişə patologiyaların dəqiq səbəbini təyin edə bilmir və ətraflı laborator müayinələrə, eləcə də patomorfoloji və histokimyəvi araşdırmaya ehtiyac duyulur. Daha dəqiq məlumat qan göstəricilərinin dəyişikliklərini dinamik izləməklə mümkün olunur.

Müayinənin nəticələrinə nə təsir edə bilər?

  • cinsiyyət;
  • yaş;
  • irq;
  • hamiləlik;
  • yanaşı xəstəliyin mövcud olması;
  • dərman preparatlarının qəbulu.

Vacib məqamlar!!!

  • Müayinənin nəticələri hər konkret insan üçün individual göstəricilərini nəzərə alaraq interpretasiya olunmalıdır;
  • daha dəqiq məlumat qanın göstəricilərinin dəyişikliklərinə dinamik nəzarət etməklə əldə edilə bilər;
  • testin nəticələrini bütün anamnestik, kliniki və digər laborator məlumatları nəzərə alaraq interpritasiya etmək lazımdır.

Qeyd!

Ölçü vahidləri:

*109 /l – litrdə 10 üstü 9;

*1012 /l – 10 üstü 12;

q/l– qramm litr;

fL – femtolitr;

pq – pikoqramm;

% – faiz;

mm/s – saatda millimetr.

error: Content is protected !!