Qastroenterologiya

Müasir tibb həzm traktı xəstəliklərinin erkən dövrlərdə diaqnostikasına imkan verən geniş diapazonlu müayinə üsullarına malikdir. Həm laborator ( qan, mədə-bağırsaq şirəsi, nəcis, bağırsaq mikroflorası, biopsiya materiallarının histoloji) müayinələr, həm də boşluqlu orqanların -rentgenoloji və endoskopik üsullarla (ezofaqoskopiya, kolonoskopiya, qastroduodenoskopiya və s), parenximatoz orqanların isə USM vasitəsilə müayinəsi erkən və dəqiq diaqnoz qoymağa imkan verir.  Qatroenteroloji xəstəliklər adətən medikamentoz müalicə oluna bilir. Bəzi xroniki xəstəliklərin müalicəsi zamanı isə cərrahi müdaxiləyə ehtiyac duyula bilər.

Qastroenterologiya- həzm sisteminin quruluşu, fiziologiyası və patologiyaları və onalrın müalicə və profilaktikası ilə məşğul olan tibb sahəsidir. Qastroenterologiya bölümü özü də bir neçə kiçik bölümlərə- hepotologiya (qara ciyər və öd kisəsi xəstəlikləri) və proktologiyaya ( yoğun bağırsaq və pararektal sahənin patologiyaları) ayrılır.

Qastroenteroloji problem hər bir şəxsin həyatında heç olmasa bir dəfə mütləq baş vermişdir. Ekoloji amillər, stress, yeni qida məhsulları və əlavələri, dərman preparatları və s. mədə-bağırsaq traktı xəstəliklərinin yaranmasına və  ya kəskinləşməsinə səbəb ola bilər.

Qastroenteroloji xəstəliklərdən ezofagit (qida borusunun iltihabı), qastrit (mədənin selikli qişasının iltihabı),duodenit (on iki barmaq bağırsağın iltihabı), hepatit (qaraciyərin iltihabı), xolesistit (öd kisəsinin iltihabı), xolangit (öd axarlarının iltihabı), pankreatit (mədəaltı vəzinin iltihabı), enterit (nazik bağırsağın iltihabı), kolit (yoğun bağırsağın iltihabı) və proktit (düz bağırsağın iltihabı) geniş yayılmışdır.

error: Content is protected !!