Sefotaksim
Tərkibi: Sefotaksim 0,5 q va 1 q
Farmakoloji qrupu: Yarmsintetik antibiotik olub, III nəsil sefalosporin qrupuna aiddir.
Farmakoloji xüsusiyyətləri: Sefotaksim antibakterial təsirə malikdir. Sefotaksim yarımsintetik antibiotik olub, III nəsil sefalosporin qrupuna aiddir. Təsir mexanizmi: transpeptidaza fermentinin aktivliyini langidərək, peptidoqlikanda olan polimerazanı blokada edir, mikroorqanizmlərin hüceyrə divarında mukopeptidin biosintezini pozur. Bakterisid təsir göstarir. B-laktamaza fermentinə davamlıdı r. Qram (+) t va qram (-) mikroorqanizmlərə təsir göstərir: Staphylococcus aureus, Staphylococcus epidermidis, Enterococcus spp., Streptococcus pneumonia (asasən Diplococcus pneumonia), Streptococcus pyogenes (beta-hemolitik streptokokklar A qrupu), Streptococcus agalactiae (B qrup streptokokklar), Bacillus subtilis, Corinebacterium diphtheriae, Erysipelothrix insidiosa, Eubacterium, Enterobacter aerogenes, Enterobacter cloacae, Escherichia coli, Haemophilus influenzae, o cümlədən ampisillina həssas ştamlar, Haemophilus parainfluenza, Klebsiella oxytoca, Klebsiella pneumonia, Morganella morganii, Neisseria meningitidis, Neisseria gonorrhoeae, o cümlədən penisillinaza istehsal edənlər, Propionibacterium, Proteus mirabilis, Proteus vulgaris, Proteus inconstans, Serratia spp., Veillonella, Yersinia, Bordetella pertussis, Moraxella, Aeromonas hydrophilia, Fusobacterium, Bacteroides spp., Clostridium species, Peptostreptococcus species, Peptococcus spp. Pseudomonas aeruginosa, Acinetobacter, Helicobacter pylori, Bacteroides fragilis, Clostridium difficile kimi ştamlara da təsir göstərir. Pensillinə, I və II nəsil sefalosporinlərə və aminoqlikozidlərə davamlı multirezistent ştamlara təsir göstərir.
Farmakokinetikası
Biomənimsənilmə: əzələ daxilinə yeridildikdən 30 dəq sonra maksimal konsentrasiyaya çatır. Sefotaksim çox rahatlıqla orqanizmin toxuma va mayelarinə keçir. Qanın plazma zülallarıyla 25-40% birləşir. 90%-ə qədəri sidiklə ifraz olunur: 60-70 % dayişilməmiş şəkildə, 20-30 % isa aktiv metabolitlər şəklində, onun 15-25 % əsas metabolit olan dezasetilsefotaksim şəklində orqanizmdən xaric olur. Az miqdarda ödlə xaric olur. Yarımparçalanma dövrü 12 saatdir. Yenidoğulmuşlarda yarımparçalanma dövrü 3 – 6 saat arasıdır. Plazma zülalları ilə (xüsusilə albuminlə) 25-40%-i birləşir. Sefotaksim plasentar baryeri keçir.
İstifadəsinə göstərişlər:
- Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları (tonzillit, otit, sinusit, bronxit, traxeit, pnevmoniya va s.);
- Sidik-cinsiyyət yollarının infeksiyaları (pielonefrit, sistit, uretrit, oofarit, salpingit, endometrit);
- Xolesistit, xolangit;
- Dəri və yumşaq toxumaların infeksiyaları (qızıl yel, piodermiya);
- Qonoreya;
- Sümük və oynaqların infeksiyaları (bursit, osteomielit);
- İntraabdominal infeksiyalar (pankreatit, peritonit);
- Cərrahi əməliyyatlardan əvvəl va sonra profilaktika va ya müalicə məqsədilə;
- Revmatizm;
- Sepsis (septik endokardit);
- Bakeriemiya;
- Meningit.
Əks göstərişlər
Sefalosporinlərə qarşı yüksək hassaslıq, lidokainin istifadəsi zamanı bəzi əks-göstərisləri nəzərə almaq lazımdır: ağır ürək çatişmazlığı, vena daxili yeridilmə, lidokainə qarşı yuksək həssaslıq.
İstifadə qaydası və dozası
Sefotaksim ə/d və v/d istifadə olunur. V/D: 1 q 4 ml steril mayedə həll edilir va asta-asta 3-5 dəq. ərzində yeridilir. V/D damcı üsulu ilə: 2 q preparatı 100 ml izotonik məhlul NaCl və ya 5 % qlükozada həll edilir və 50-60 dəq. ərzində yeridilir. Hazırlanan məhlul 24 saat ərzində soyuducuda və 12 saat 250C temperaturda saxlanıla bilər.
Böyüklər va 12 yaşdan yuxari uşaqlar: Kəskinləşməmiş infeksiyalar: 1-2 q 12 saatdan bir; Orta ağırlıqlı infeksiyalar: 1-2 q 8 saatdan bir; Ağır infeksiyalar: 2 q 4-6-8 saatdan bir.
Maksimal sutkalıq doza 12 q-dan çox olmamalıdır. 1 aydan 12 yaşa qədər uşaqlar: (50 kq-dan çox bədən çəkisi olanlar): 50-180 mq/kq/sutka ə/d və ya v/d; Yenidoğulmuşlar (1-4 həftəyədək): 75-150 mq/kq çəkiyə 8 saatdan bir. Yenidogulmuslar (7 günə qədər): 50-100 mq/kq çəkiyə- 12 saatdan bir Yarımçiqdoğulmuşlara: sutkaliq doza 50 mq/kq artıq olmamalıdır.
Hamiləlik va laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı va süd vermə dövründə məsləhət görülmür.
Buraxılış forması
SEFOTAKSİM 0,5 q + lidokain 1 % 2 ml
SEFOTAKSIM 1 q + lidokain 1 % 4 ml