Setirizin

Beynəlxalq patentlaşdirilməmis adı: Setirizin – Cetirizine

Dərman forması: Örtük qişaya malik tablet, 10 mq

Tərkibi: Hər tabletin tərkibinə daxildir: aktiv maddə: setirizin dihidroxlorid 10 mq, köməkçi maddələr garğıdalı nişastası, laktoza, polivinilpirrolidon, magnezium stearat, təmizlənmiş su, Eudragit E mahlulu (quru madda), polietilenqlikol 6000, titan dioksid, talk, metilen xlorid.

Təsviri: Ağ rəngli örtük qişaya malik tablet olub, yumrudur, iki tərəfi qabarıq şəkildədir, üzərində bir tərəfli SN/10 yazisi, digər tərəfində xətti işarə vardır.

Farmakoloji grupu: Piperazin törəməsi olan sistem təsirli antihistamin preparat.

Farmakokinetika: Setirizinin maksimal konsentrasiyası plazmada preparat qabulundan 1 saat sonra yaranır. Yarımparçalanma dövrü 11 saatdır, 6-12 yaşlı uşaqlarda isə – 6 saatdır. Böyrəklərlə preparatın cıxarılan miqdarı həm böyüklərdə, həm uşaqlarda qəbul edilən dozanın 2/3 hissəsini təşkil edir. Uşaqlarda hesablanmış klirens böyüklərə nisbətən daha artıqdır, eliminasiya isə eynidir. Plazmada olan göstəricilər qəbul edilən dozadan asılı olaraq dəyişmir. Setirizin plazma zülallari ilə sıx şəkildə birləşir.

Farmakodinamika: Setirizin periferik histamin H1-reseptorlarının yüksək seçici blokatorudur. Sedativ və xolinolitik effektlərə malik deyildir, çünki farmakoloji aktiv formalarda hematoensefalik baryeri kecmir. Setirizin ekzogen histaminin kapilyarların genəlməsi, keçiriciliyin artması (ödemin inkişafı, övrə, qızartı), hissi sinir uclarının stimuləolunması (göynəmə, ağrı) və tənəffüs orqanlarının, mədə-bağırsaq traktı saya əzələlərinin spazmı kimi fizioloji va patofizioloji effektlərini inhibə edir. Vazoaktiv intestinal polipeptid (VIP) və P maddəsi (allergik reaksiyada iştirak edən polipeptid) tərəfindən inkişaf edən dəridəki reaksiyaların qarşisını alır. Setirizin allergiyanın histamindən asılı olan “erkan” mərhələsinin (antihistamin təsir) qarşısını alır və eozinofillərin iltihabi mediatorlarının miqrasiya gücünü azaldır, bununla da atopik reaksiyanın “gecikmiş” fazasının mediatorlarının ifrazını (antiallergik təsir) tormozlayır. Setirizin bronxial astmalı xəstələrdə histaminə garşi hiperreaktivliyi, xüsusi allergenə qarşi allergik reaksiyaları azaldır.

İstifadəsinə göstərişlər: pollinoz (mövsümi allergik rinitlər va konyunktivitlər), xroniki allergik rinit, allergik göynəmə, xroniki urtikariya (övrə).

Əks göstərişlər: preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq, hamiləlik dövrü, laktasiya dövrü, 6 yaşa qədər uşaqlar, qalaktozaya tolerantlığın pozulması ilə müşayiət olunan nadir irsi patologiyalarda, yaxud qlükoza-qalaktoza malabsorbsiyası olan xəstələr kreatin klirensi 10ml/dəq-dən az olan ağır dərəcəli böyrək çatışmazlığı.

İstifadə qaydası va dozası: Preparatın qəbulu qida qəbulundan asılı deyildir. Müalicənin müddəti prosesin lokalizasiyasından və ağırlığından asılıdır. Preparatın qəbulu axşam yeməyi zamanı məsləhət görülür, çünki gecə simptomlar özunü daha güclü şəkildə büruzə verir. Pollinoz zamanı müalicə 3-6 həftə davam etməlidir. 12 yaşdan böyük uşaqlarda va böyüklərdə 1tablet (10 mq) gündə 1 dəfə təyin edilir. 2 yaşdan 12 yaşa qədər uşaqlarda: – çəkisi 30 kq -dan az uşaqlarda ½ tablet (5 mq) gündə; – çəkisi 30 kq – dan çox olan uşaqlarda – 1 tablet (10 mq) gündə. Ehtiyac yaranarsa tableti ortada xətti işarə olan tərəfdən 2 hissəyə bölmək və 5 mq dozada (1/2 tabletdən) səhər və axşam qəbul etmək olar.

Əlavə təsirlər: Preparat adətən yaxşı mənimsənilir. Nadir hallarda müşahidə olunur: baş ağrısı, başgicəllənmə, yuxululuq, güclü həyəcan, ağızda quruluq, dispepsiya. Müxtəlif orqan və üzvlərdə müxtəlif tezlikdə, müxtəlif səpgili əlavə təsirlər rast gəlinə bilir, məsələn: trombositopeniya, çəki artımı, anafilaktik şok, aqressiya, depressiya, sidik ləngiməsi, qıcolmalar, sui-qəsd ideyaları, amneziya, müxtəlif yaddaş pozğunluqları, görmə pozğunluqları, taxikardiya, diskineziya, dad dəyişməsi.

Xüsusi göstərişlər və ehtiyyat tədbirləri

Xüsusi göstərişlər: Həkim məsləhəti olmadan qəbul etməməli. Sidik ləngiməsinə meylli xəstələrdə ehtiyatla istifadə edilməlidir. Böyrək çatışmazlığı zamanı doza ½ tabletə enməli. Epileptik və ya qıcolmaya meylli xəstələrdə ehtiyatla istifadə edilməlidir.

Preparatın nəqliyyat vasitələrindən va potensial baxımdan təhlükəli mexanizmlərdən istifadəyə təsiri Kəmiyyət baxımından obyektiv qiymətləndirmə zamanı məsləhət olunan dozanın, 10 mq təyinatı nəqliyyatdan və təhlükəli mexanizmlərdən istifadə edan şəxslərdə xoşagəlməz hallar verməmişdir, bununla belə ehtiyatlı olmaq və dozanı aşmamaq məsləhət görülür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri yoxdur. Simetidin va diazepamla birgə təyinatına əks göstariş yoxdur. Setirizin terapevtik dozalarda (0,8 q/l qanda) alkoqolun təsirini artırmamışdır. Sedativ preparatların qəbulu ilə birgə təyin edərkən diqqətli olmaq vacibdir.

Doza həddinin aşılması

Setirizinin birdəfəlik 50 mq dozada (5 tablet) istifadəsi zamanı yuxululuq verməsi mümkündür. Artıq dozalanma zamanı digər tədbirlərlə yanaşı mədənin yuyulmasını da aparmaq lazımdır. Setirizinə qarşı xüsusi antidot yoxdur.

Buraxılış forması

Setirizinin karton qutusuna 10 örtük qişalı tablet olan blister va təlimat – içlik daxildir.

Saxlanılma qaydası

+25 0 C-dən yüksək olmayan otaq temperaturunda saxlamalı. Uşaqların əli çatmadığı yerdə saxlamaq!

Yararlılıq müddəti

2 il. Qutunun üzərində olan müddət bitdikdə istifadə edilməməli.

error: Content is protected !!