Təngnəfəslik

Təngnəfəslik (dispnoe) -xarici tənəffüs funksiyasının pozulması olub, obyektiv, eləcə də subyektiv hava çatışmazlığı simptomları ilə müşayiət olunur. Dispnoenin inkişafı tənəffüs və ürək-damar sisteminin patologiyaları, anemiya ilə əlaqədardır. Təngnəfəslik MSS-nin üzvi zədələnməsi, nevrotik pozğunluqlar, maddələr mübadiləsinin pozulması ilə əlaqədar yarana bilər. Təngnəfəsliyin səbəbini araşdırmaq üçün spirometriya, rentgenoqrafiya, EKQ, USM, laborator müayinələr aparılır. Simptomatik müalicə məqsədilə qeyri-medikamentoz üsullar təyin olunur, əsas xəstəliyin korreksiyası aparılır.

Təngnəfəsliyin ümumi xarakteristikası

Pasiyentlər tərəfindən təngnəfəslik havanın çatışmaması, tənəffüs hərəkətlərinin yetərsizliyi, sinədə sıxılma kimi hiss olunur. Təngnəfəslik simptomu xarakterik obyektiv əlamətlərlə: nəfəsalma və nəfəsvermənin tezləşməsi və ya yavaşıması, ağız-çənə üçbucağının solğun və ya sianozlu olması, gərgin yüksək səsli nəfəsvermə, boğulma ilə özünü büruzə verir. Vəziyyətini yaxşılaşdırmaq üçün pasiyent bəzən hərəkətini dayandırır, məcburi vəziyyət alır- stul və ya çarpayıya oturur, bir az önə əyilir, qollarına dirsəklənir.

Təngnəfəslik çox vaxt fiziki yüklənmələrlə əlaqədar meydana çıxır və xəstəliyin başlanğıcında şikayət yalnız ağır yüklənmələr zamanı yaranırdısa, sonradan adi hərəkətlər belə hava çatışmazlığına səbəb olur. Tənəffüs pozğunluqları ilə yanaşı patoloji simptomatika: döş qəfəsində ağrı və diskomfort hissi, baş ağrısı, başgicəllənmə, iş qabiliyyətinin zəifləməsi də müşahidə olunur. Təngnəfəslik əgər gündəlik sadə hərəkətlər və ya sakitlik halında meydana çıxırsa mütəxssisə müraciət olunmalıdır.

Təngnəfəsliyin inkişaf mexanizmi

Təngnəfəsliyin meydana çıxması ali sinir strukturlarının iştirakı ilə müşayiət olunan çoxsaylı mürəkkəb reflektor mexanizmlərlə bağlıdır və bu səbəbdən yaranması haqda bir neçə nəzəriyyə mövcuddur. Tənəffüs hərəkətlərinin tezliyi və dərinliyinin birbaşa səbəbi qanda oksigen və karbon qazlarının səviyyəsidir. Karbon qazının konsentrasiyasının artması pH-ın azalmasına, bulbar mərkəzlərin, uzunsov beyin nahiyyəsində yerləşən arteriya və sentral reseptorların periferik xemoreseptorlar zonasının stimulyasiyasına səbəb olur.

Bu vaxt orqanizmin müdafiyə mexanizmləri işə qoşulur, beyin kötüyünün tənəffüs mərkəzi bronx-ağciyər sisteminə tənəffüsün patoloji sürətlənməsinə təkan verən aktivləşdirici impulslar ötürür. Təngnəfəsliyin meydana çıxması müxtəlif patoloji proseslər nəticəsində tənəffüs yollarının milşəkilli sinir uclarının impulsasiyası ilə əlaqədardır. Tənəffüs mərkəzinin sürətlənmiş işi bəzən isterik və nevrotik vəziyyətlərlə əlaqədar beyin qabığınının iştirakı ilə meydana çıxır.

Bədən temperaturu ilə əlaqəsi də sübuta yetirilmişdir. Hipertermiya zamanı tənəffüs sisteminin həssas zonaları daha isti qan ilə təchiz olunur, bu isə onların aktivləşməsinə və isti təngnəfəslik adlanan halın meydana çıxmasına səbəb olur. Bədən temperaturunun aşağı olması isə əksinə, tənəffüs hərəkətlərinin azalmasına səbəb olur. Dispnoeyə əzələ yüklənməsinin artması və maddələr müdalisənin vəziyyəti də təsir edir. Əksər mütəxəssislər bu mexanizmi orqanizmin 2 reaksiya tipi ilə əlaqələndirirlər- zəif humoral və sürətli nevrogen.

Hava çatışmazlığı və boğulma zamanı subyektiv hissiyatlar uzunsov beynin limbik sistemi və böyük yarımkürələrin qabıq maddəsinin həddən artıq və yayılmış oyanıqlığı ilə əlaqədardır. Bu isə təngnəfəslik olan pasiyentlərin əksəriyyətində qorxu, həyəcan kimi neqativ emosional reaksiyalara səbəb olur. Bəzən isə orqanizmin ehtiyacı ilə tənəffüs aparatının ventilyasion və funksional imkanlarının uyğunsuzluğu səbəb ola bilər.

Təngnəfəsliyin təsnifatı

Təngnəfəslik bir çox xəstəlik və patoloji vəziyyətlər zamanı yarana bilər və diaqnostika məqsədilə ilk növbədə onun növünü dəqiqləşdirmək lazımdır. Təngnəfəsliyin təsnifatı inkişaf mexanizmi, tənəffüs funksiyasının pozulma dərəcəsi, nəfəsalma-nəfəsvermə fazalarının nisbətinə görə aparılır. Fiziki yüklənmə zamanı nəfəsalma və nəfəsvermə tezliklərinin proporsional olduğu fizioloji və patoloji təngnəfəslik ayırd edilir. Çox vaxt simptomu tənəffüs fazalarının nisbətinə görə təsnif edirlər:

  • İnspirator təngnəfəslik. Bu tip tənəffüs pozğunluğu əsasən nəfəsalmanın çətinləşməzi zamanı baş verir. Təngnəfəsliyin bu forması diafraqma və plevranın xəstəlikləri, ürək çatışmazlığı, ağciyərlərin fibrozu zamanı yaranır. Səsli tənəffüslə müşayiət olunan dispnoe traxeyanın, iri bronxların patologiyaları üçün xarakterikdir.
  • Ekspirator təngnəfəslik. Bu tip tənəffüs pozğunluğu zamanı adətən bronxial astmaya tipik olan xırda bronx və bronxiolların keçiriciliyinin pozulması baş verir. Nəvəsvermə zamanı təngnəfəslik -xroniki obstruktiv bronxit, pnevmoskleroz, emfizemanın yaranması səbəbilə ağciyərlərdə toxumanın elastikliyinin pozulması zamanı da yaranır.
  • Qarışıq təngnəfəslik. Tənəffüsün hər iki fazasının pozulması adətən ürək çatışmazlığının ağır dərəcəsində, tənəffüs siteminin proqressiv xəstəlikləri zamanı inkişaf edir. Dispnoenin bu forması qızdırmalı vəziyyətlər, tənəffüs mərkəzinin birbaşa qıcıqlanmasına səbəb olan MSS-nin patologiyaları ilə əlaqədar ola bilər.

Tənəffüs funksiyasının pozulmasına görə təngnəfəsliyin bir neçə forması ayırd edilir: taxipnoe -nəfəsalmanın dəqiqədə 40-dan çox olması, bradipnoe -tənəffüsün sayının dəqiqədə 12-dən az olması, apnoe -tənəffüsün qəfil dayanması. İnkişaf mexanizminə görə isə növbəti şəkildə təsnif olunur: mərkəzi təngnəfəslik -uzunsov beyində tənəffüs mərkəzinin işinin orqanik (üzvi) və ya funksional pozğunluqları, nevrogen -beyin qabığında tormozlayıcı amillərin zəifləməsi, hemik forma- anemiya nəticəsində yaranır.

Təngnəfəsliyin səbəbləri

Hava çatışmazlığının səbəbləri

Nəfəsalmanın çətinləşməsi sağlam şəxslərdə intensiv fiziki aktivlikdən sonra, eləcə də hamilələrdə müşahidə olunur. Patoloji səbəblərə tənəffüs orqanlarının və orqanizmin digər sistemlərinin müxtəlif pozğunluqları aiddir. Hava çatışmazlığının səbəblərinə aiddir:

  • Ağciyər xəstəlikləri. krupoz və interstisial pnevmoniyalar, vərəm, sklerotik proseslər və birincili amiloidoz.
  • Plevritlər: quru, eksudativ, hemorragik.
  • Tənəffüs yollarının zədələnməsi: traxeyanın, bronxların yad cismi, torakal travma, ağciyər qanaxması.
  • Qırtlaq mənşəli səbəblər: yalançı inaq, larinqomalyasiya, neyropatik parez.
  • Törəmələr: plevranın xərçəngi, bronxoalveolyar xərçəng, qalxanvari vəzinin invaziv xərçəngi.
  • Kəskin vəziyyətlər: infarkt, ürək qüsurları zamanı ürək astması, ağciyər arteriyasının tromboemboliyası.
  • Nevrozlar: panik ataklar, vegetativ damar distoniyası, kardionevroz.

Nəfəsvermənin çətinləməsi səbəbləri

Ekspirator təngnəfəslik qısa nəfəsalmanın ardınca uzanmış nəfəsvermənin olması ilə özünü göstərir və bronx-ağciyər sisteminin müxtəlif xəstəliklərilə əlaqədar meydana çıxa bilər. Adətən döş qəfəsində sıxılma hissi ilə müşayiət olunur. Nəfəsvermənin çətinləşməsi aşağı patoloji vəziyyətlər üçün xarakterikdir:

  • Bronxial astma: allergik, qarışıq və professional.
  • Nəfəs yollarının obstruktiv zədələnmələri: bronxitlər, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, bronxoektaziya xəstəliyi, traxeya və bronxların stenozları.
  • Ağciyər patologiyaları: pnevmoskleroz, emfizema, alfa1-antitripsin fermentinin defisiti.
  • Professional xəstəliklər: bissinoz, benzin mənşəli pnevmoniya.
  • Farmakoterpaiyanın fəsadları: QSİƏP (xüsusilə aspirin) qəbulu, sitratlarla zəngin qan və ya plazmanın köçürülməsi.
  • Nadir səbəblər: Vilyams-Kembpell sindromu, Mendelson sindromu, traxeyanın bifurkasiya nahiyyəsinin şişləri.

Təngnəfəsliyin diaqnostikası

Hava çatışmazlığından və ya nəfəsvermənin çətinləşməsindən əziyyət çəkən pasiyentlər pulmonoloqa və ya sahə terapevtinə müraciət etməlidirlər. Diaqnozun qoyulması üçün bir çox laborator və instrumental müayinə üsulları, funksional testlər aparılır. Tənəffüsün səbəblərini dəqiqləşdirməyə kömək edən daha informativ müayinə üsullarına aiddir:

  • Xarici tənəffüsün qiymətləndirilməsi. Spirometriya -qeyri-invaziv müayinə üsulu olub, tənəffüs sisteminin fəaliyytinin əsas göstəricilərini -ağciyərlərin həyat tutumu, ilk saniyədə forsirəolunmuş nəfəsvermənin həcmini təyin edir. Ağciyərin xroniki obstruktiv xəstəliyi ilə bronxial astmanı differensiasiya etmə üçün bronxodilatasion test göstərişdir.
  • Rentgenoloji müayinə. Döş qəfəsinin 2 proyeksiyada rentgenoqrafiyası aparılır və tənəffüs pozğunluğuna səbəb olan xəstəliklərin (diffuz skleroz, emfizema, iri törəmələr) tipik patoloji dəyişiklikləri aşkarlanır. Növbəti müayinə üsullarına kompyuter tomoqrafiya, MRT müayinəsi daxildir.
  • Larinqoskopiya. Qırtlağın mənfəzinin daralmasını aşkarlamaq, selikli qişadakı yad cismin vizualizasiyası məqsədili larinqoskopla baxış keçirilir. Zədədlənmə əlamətləri aşkarlanmadıqda ətraflı müayinə məqsədilə larinqoskopiya müayinəsinə traxeobronxoskopiya qoşulur. Traxeobronxoskopla bronx ağacının strukturu daha əsaslı öyrənilir və sitomorfoloji müayinə üçün material götürülür.
  • Elektrokardioqrafiya. EKQ müayinəsi təngnəfəsliyin kardioloji səbəblərini inkar etmək üçün aparılır. Mübahisəli hallarda ürək-damar sistemi daha ətraflı müayinə olunur: fonokardioqrafiya, ürəyin USM və doppleroqrafiyası aparılır. Periodik pozulma hallarına şübhə olarsa Holter monitorizasiyası təyin olunur.
  • Laborator müayinələr. Qanın oksigenlə təchizatı və karbon qazının səviyyəsinin aşkar olunması tənəffüs çatışmazlığının ağırlıq dərəcəsinin qiymətləndirilməsi üçün mütləqdir. Qanın ümumi analizində iltihabi proses əlamətləri (EÇS-in yüksəlməsi, leykositoz) aşkarlanır. Həmçinin qanın biokimyəvi müayinəsi də məsləhətdir.

Təngnəfəsliyin etioloji faktorlarının aşkarlanması üçün allergik testlər aparılır, geniş immunoqramma nəticələri də yüksək informativdir. Rentgenoqrammada çübhəli törəmələr aşkarlandıqda ağciyərin transbronxial biopsiyası aparılır. Dispnoeyə səbəb ola biləcək nadir anadangəlmə qüsurların aşkarlanması üçün müxtəlif profilli mütəxəssislərin köməyinə ehtiyac olur.

Təngnəfəsliyin müalicəsi

Diaqnoz dəqiqləşənədək yardım

Qəfil yaranan təngnəfəslik tutması zamanı xəstəni sakitləşdirmək, gövdənin dik qalması üçün stula və ya çarpayıya əyləşdirmək lazımdır. Rahat nəfəs alması üçün dar paltarı çıxarmaq, kəmər və köynəyin yaxasını açmaq lazımdır. Otağa təmiz havanın daxil olmasını təmin etmək -pəncərə və ya qapını açmaq lazımdır. Bitki tərkibli sedativ preparatlar qəbul etmək olar. Tez-tez yaranan təngnəfəslik tutmaları hər hansı bir xəstəliyin yaranmasına və ya mövcud xəstəliyinin proqressivləşməsinə işarədir. Belə vəziyyətdə dərhal həkimə müraciət olunmalıdır.

Konservativ müalicə

Müalicə sxemi dispnoenin səbəbindən asılı olaraq individual seçilir. Təngnəfəsliklə müşayiət olunan xroniki xəstəliklərin müalicəsində həyat tərzinin korreksiyası: siqaretdən imtina, müntəzəm olaraq xüsusi fiziki hərəkətləri yerinə yetirmək lazımdır. Hipoksemiya zamanı oksigenoterapiya seansları aparılmalıdır. Etiotrop, patogenetik və simptomatik müalicə məqsədilə aşağıdakı qrup preparatlardan istifadə olunur:

  • Bronxodilatatorlar. İnhalyator şəklində olan qısa təsirli β-adenomimetiklər təngnəfəslik tutmalarının dərhal aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Uzun təsirli β2-aqonistlər, metilksantinlər bazis müalicənin tərkibində istifadə olunur.
  • Bəlğəmgətirici vasitələr. Xroniki bronxitlər, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri zamanı effektiv dərman vasitələridir. Onlar bəlğəmin xaric olmasını stimulə edir, bronx ağacının keçiriciliyini yaxşılaşdırır. Bəzi hallarda bəlğəmgətiriciləri mukolitiklərlə birgə təyin edirlər.
  • Antibiotiklər. Antibakterial preparatlar baktrial mikroflora tərəfindən törədilən tənəffüs sisteminin kəskin və xroniki iltihabi zədələnmələri zamanı təyin olunur. Antibiotik təyin edərkən bəlğəmin əkilməsi nəticələri mütləq nəzərə alınır.
  • Kardiotoniklər. Ürək xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə təngnəfəsliyin azaldılması məqsədilə ürək qlükozidləri təyin olunur. Miokarda pred-və post yüklənmənin azaldılması məqsədilə periferik vazodilatatorlardan və diuretiklərdən istifadə olunur.
  • Kortikosteroidlər. Tənəffüs çatışmazlığının ağır formalarında davamlı olaraq hormonal preparatlar qəbul olunmalıdır. Bronxial astmalı xəstələrdə qlükokortikoid hormonların inhalyasion formalarının istifadəsi yüksək effektivdir.
  • Sitostatiklər. Ağciyərlərin və bronxların bədxassəli törəmələri olan xəstələrdə şişəleyhinə preparatlarla kimyəvi terapiya kursları göstərişdir. Medikamentoz terapiyanın effektivliyini artırmaq üçün şüa terapiyasının da qoşulması lazımdır.

error: Content is protected !!