Tiklər

Tiklər- hiperkinezlərin bir formasıdır. İradi hərəkətlərə bənzər qeyri-iradi hərəkət stereotipidir. Əksər hallarda uşaq yaşlarında rast gəlinir. Nevrozların, bətndaxili dövrdə və erkən uşaq yaşlarında zərərli təsirlər nəticəsində meydana çıxan rezidual üzvi çatışmazlıqların prvokasiyası ilə formalaşır. Tiretta sindrominda müşahidə meşahidə edilir. MSS-nin digər zədələnmələri fonunda ikincili yarana bilər. Səbəblər ümumi sorğu, bazış, psixodiaqnostik məlumatlar, KT, MRT və digər müayinələrə əsasən dəqiqləşdirirlir. Müalicə- psixoterapiya, psixokorreksiya, medikamentoz terapiya, fizioterapiya yolu ilədir. Bəzən cərrahi əməliyyatlar göstərişdir.

Ümumi xarakteristika

Tiklər- qeyri-ritmik hərəkətlər və ya səslər olub, qəfil meydana çıxır və stereotipli olaraq davamlı təkrarlanır. Əsasən uşaq yaşlarda müşahidə edilir, pubertat dövrün sonuna doğru azalır və ya itir. Tiklərin aşağıdakı formaları ayırd edilir:

  1. Motor
  • Sadə: gözləri qırpma, sıxma, baş və ya çiynin atması və s.
  • Mürəkkəb: tullanma, digər şəxsin hərəkətlərini təkrar etmə, mədəniyyətsiz hərəkətlər (məsələn, şalvarənı soyunmaq və ya təhqiredici jestlər) və s.

2. Vokal

  • Sadə: öskürmə, fit çalmaq, hayxırma.
  • Mürəkkəb: özünün və ya başqasının dediyi sözləri təkrar etmək, qeyro-etik sözlər.

Motor tikləri də kloniki və toniki ola bilər. Birinci halda hərəkətlər sürətli, qısa müddətli, qəfil, ikinci halda isə daha yavaş, daha davamlı olur. Lokal (bir nahiyyənin əzələləri, məsələn, gözün prpsesə qoşulması), çoxsaylı (bir neçə nahiyyəyə, məsələn, üz və çiyinə yayılan) və generalizəolunmuş ola bilər.
Yaranma səbəbinə görə birincili (nevrozabənzər, nevropatik, nevrotik, Turetta sindromlu xəstələr) və simptomatik (digər xəstəliklərdə) ola bilər. Tutmaların inkişaf şəraiti tiklərin yaranma səbəblərindən asılıdır. Rezidual üzvi patologiyalarda əlamətlər həddən artıq oyanıqlıq səbəbindən meydana çıxır. Erkən nevropatiyalı pasiyentlərdə əsas rolu həddən artıq yorulma oynayır. Nevrozlarda əsas amillərə qorxu, həyəcan və narahatlıq aiddir.

Tiklər niyə yaranır?

Nevrozabənzər tiklər

Birincili- rezidual-üzvi mənşəli tiklər EEQ-da müvafiq dəyişikliklərlə təsdiqlənir. Hamiləlik dövründə neqativ amillərin (pis vərdişlər, ananın xəstəlikləri, dölün hipoksiyası, hestozlar, yarımçıq doğulma, doğuş travmaları) dölə təsiri və ya erkən yaş dövrlərinin patologiyaları (neyroinfeksiyalar, KBT, intoksikasiyalar) nəticəsində inkişaf edir. Adətən 7-10 yaşda üzə çıxır.
Davamlı gediş, aşkar “tikoz ocağ”ın olması və yayılmış tiklərlə xarakterizə olunur. İstirahət zamanı azalmır, əksinə bəzən notmal psixoloji vəziyyətlərdə meydana çıxır. Çox zaman gözqırpma ilə başlayır, müalicə olunmadıqda üzün (qrimaslar), çiynin, bəzən bədənin yuxarı hissələrinin, nadir hallarda isə ayaqların prosesə qoşulması mümkündür.
Turetta sindromu

Xəstəlik genetik əsaslıdır, adətən autosom-dominant, nadir hallarda isə autosom-resessiv və ya poligen golu ilə ötürülür. Bir qayda olaraq 5-6 yaşda qrimaslarla, göz qırpma, göz yumma, çiynin atılması, əl çalma, uzun və bədənin yuxarı hissələrinin digər hərəkətləri ilə manifest edir (meydana çıxır). Səsli tiklər də qoşulur. Daha sonra hiperkinezlər, bədənin aşağı hissələrinə və ayaqlara yayılır, mürəkkəbləşir. Exopraksiya, koprproksiya, təsadüfi özünə zərər yetirmək mümkündür.

Nevropatik tiklər

Erkən uşaq nevropatiyası fonunda inkişaf edir. İlk dəfə 3-8 yaşda meydana çıxır. Uşaqlar həyəcanlı, narahat olur, stereotopik hərəkətlərə meyilli olur, lakin bu hərəkətlərin koordinasiyası yetərli inkişaf dərəcəsində olmadığından travmalar riskini artırır. Çox zaman vegetativ pozğunluqlardan və meteohəssaslıqdan əziyyət çəkirlər. Tiklər adətən lokal, bəzi hallarda isə bir neçə nahiyyəyə yayılmış olur, yorğunluq, həyəcan zamanı meydana çıxır və ya artır.

Nevrotik tiklər

3 aydan başlayaraq istənilən yaşda yarana bilər. Psixi travmalar və emosional zərbələr: qəfil qorxu, pis xəbər gözləmək, adət etmədiyi rəftarla qarşılaşmaq, mübahisələr və daxili tərəddüdlər səbəbindən meydana çıxır. Çox zaman obsessiv-kompulsiv nevrozun kliniki şəklinin bir hissəsi kimi özünü büruzə verir. Nadir hallarda uşaqlarda digər nevrozlar fonunda inkişaf edir.
Tiklər dərk edilə, qısa müddətli nəzarətə alına bilir, lakin sonradan tikoz hərəkətlərin artması ilə əks “cavab” alınır. Passiv diqqət, yorğunluq, güclü həyəcan zamanı meydana çıxır və ya tezləşir. Qeyri-stabillik, tez-tez bir tikin digəri ilə əvəzlənməsi xarakterikdir. Obsessiv-kompulsiv pozğunluqlu uşaqlar bu pis vərdişlə mübarizə aparırlar. Uşaq və ya valideynlər tərəfindən cəhdlər (qadağa, səhv tutma) psixoemosional vəziyyəti daha da pisləşdirir, aqressivlik, qıcıqlanma, baş ağrılarını provokasiya edir.

Simptomatik tiklər

İkincili tiklər ekstrapiramid sistemin zədələnməsilə keçən xəstəlik və patoloji proseslərdə müşahidə edilir. Əsas fərqləndirici xüsusiyyətlərə davamlılığı (lokalizasiyası, gücü və tezliyi nadir hallarda dəyişir), qarşısını ala bilməmək, digər nevroloji pozğunluq və patoloji pozğunluqlarla paralel olmasıdır. Əsas provokasiyaedici amillərə aiddir:

  • müxtəlif genezli ensefalitlər;
  • irsi serebral patologiyalar;
  • kəllə-beyin travmaları;
  • damarların zədələnməsi (inkişaf anomaliyaları, malformasiyalar və s.);
  • dərman preparatları (psixostimulyatorlar, antipsixotik preparatlar, antikonvulsantlar).

Bundan əlavə II-li tiklər bəzən keçirilmiş streptokokk infeksiyasından (məsələn angina) və digər infeksion xəstəliklərdən sonra da müşahidə edilə bilər. Sağalma və ya ümumi vəziyyətin normallaşmasından sonra meydana çıxır və ya kəskinləşir.

Nevralgiyalar

Nevralgiyalarda xüsusi tikoz hərəkətlər- intensiv ağrı fonunda əzələlərin yığılması ilə meydana çıxan ağrı tikləri müşahidə edilir. Aşağıdakı xəstəliklər zamanı meydana çıxır:

  • Üçlü sinirin nevralgiyası. Çoxsaylı, bir neçə dəqiqə davam edən, “vurucu”, “cərəyan vurması”na oxşar ağrı ilə müşayiət olunan, üzün yan səthindən mərkəzinə doğru yönələn prozopalgiya tutmaları ilə özünü büruzə verir.
  • Qulaq düyünün nevralgiyası. Döyüntülü və ya yandırıcı ağrı paroksizmləri xarici qulaq keçəcəyinin önündən və qulaq nahiyyəsindən keçir, çənə, boyun, ənsə və çiyinə yayılır. Bir neçə dəqiqədən saatadək və daha uzun müddət davam edə bilər. Hipersalivasiya da mümkündür.
  • Qanqlionit. Epizodlar adətən gecələr başlayır və bir neçə saatdan bir neçə sutkayadək davam edə bilər. Göz almasında, gicgahda, sərt damaq və boyunda ağrı ilə müşayiət olunur. Aşkar vegetativ pozğunluqlar, qonşu anatomik nahiyyələrə yayılma xarakterikdir.

Diaqnostika

Diaqnoz həkim-nevroloq tərəfindən qoyulur. Tiklərin nevrotik xarakterinə şübhə olduqda pasiyent psixoterapevtə və psixiatra yönləndirilir. Nevralgiyalar zamanı sinirin sıxılmasına səbəb ola biləcək xəstəliyi aşkarlamaq üçün stomatoloqun və LOR-un konsultasiyası məsləhətdir. Tiklərin yaranma vaxtı və dinamikası dəqiqləşdirilir.
Nevroloji baxış zamanı tikoz hərəkətlərin lokalizasiyası, təzahür şəkli və yayılması, pasiyentin məqsədli nəzarətə ala bilmə dərəcəsi qiymətləndirilir. Tikə səbəb olan nevroloji amillər aşkarlanır. Həmçinin aşağıdakı prosedurlar da aparılır:

  • Elektroensefaloqrafiya. Paroksizmal aktivliyin, rezidual üzvi pozğunluqların mövcudluğunun aşkarlanması məqsədilə aparılır. Hiperventilyasiya sınağı da məsləhətdir. Onun nəticələrinə əsasən qıcolmaya hazırlıq dövrü aşkarlana bilər.
  • Neyrovizualizasiya. Baş beynin KT və MRT müayinəsi Turetta sindromunun paroksizmal hiperkinezlərlə müşayiət olunan digər xəstəliklərdən differensiasiyası, simptomatik tiklərin etiologiyasının təyini, sinir kötüyünün sıxılma səbəbini araşdırılması məqsədilə aparılır.
  • Psixodiaqnostik müayinə. Koqnitiv və emosional sferanın vəziyyətinin qiymətləndirilməsi, nevrozabənzər və nevrotik tiklərin fərqləndirilməsi, yaşdan asılı provokasion faktorların araşdırılması, xüsusi testlər və müayinələr aparılır.
  • Digər üsullar. Turetta sindromu üçün sidikdə katexolaminlərin və onların metabolitlərinin artması, EEQ və EMQ-də dəyişikliklər xarakterikdir. Nevralogiyanın genezini təyin etmək üçün tüpürcək vəzilərinin USM-i, otoskopiya, audiometriya, burun ətrafı ciblərin rentgenoqrafiyası aparılır.

Müalicə

Konservativ terapiya

I-li tiklərin müalicə proqramına etiologiyadan asılı olaraq oxşar variasiyalarda aparılır:

  • Gün rejiminin tənzimlənməsi. Tikə səbəb olan faktorların minimizasiyası tələb olunur. Yorulanadək fasilələrlə orta intensivlikdə intellektual və fiziki aktivlik məsləhətdir. Müntəzəm rasional qidalanma, normal yuxu rejimi, kompyuter oyunlarını məhdudlaşdırmaq, smartfon və televizor önündə keçirilən zamanı qısaltmaq tələb olunur.
  • Psixoterapiya. Koqnitiv-rəftar müalicəsi, art-terapiya effektivdir. Animaloterapiya da müsbət effekt göstərir. Tərbiyə problemi, ailədə qeyri-qənaətbəxş mühit olduqda ailə psixoterapiyası göstərişdir. Qrup terapiyalarında iştirakçılara özünütənzimləmə və relaksasiya, yeni rəftar qaydaları, konfliktlərin həlli qaydaları öyrədilir.
  • Psixokorreksiya. İnkişafda geriləmə, yanaşı patologiyaların (DÇHS və s.) mövcudluğu zamanı tələb olunur. Yaddaş, diqqət, mühitə uyğunlaşma, özünü idarəetmə qabiliyyətinin yaxşılaşdırılması məşqləri bura daxildir. Dərs stressini azaldır.
  • Dərman terapiyası. Qeyri-medikamentoz üsulların yetərincə effekt vermədiyi hallarda göstərişdir. Nevrotik pozğunluqlarda antidepressantlar və anksiolitiklər təyin olunur. Təhsilə mane olan, həyat keyfiyyətini zəiflədən tiklərdə neyroleptiklər göstərişdir. Əlavə olaraq vitaminlər, nootroplar, damar preparatları təyin olunur.
  • Fizioterapiya. BƏƏ (Bioloji əks əlaqə) terapiyası. Müalicəvi bədən tərbiyəsi, klassik və seqmentar masaj, akupunktura, lazer-refleksoterapiya, elektroson, boyun-yaxa nahiyyəsinin dərman elektrofarezi, qalvanizasiya, su prosedurları müsbət effekt göstərir. BƏƏ çərçivəsində pasiyent əzələlərinin vəziyyətini idarə edə, tiklər zamanı iradəsinə görə boşalda bilir.

II-li tiklər zamanı preparat seçimi patologiyanın səbəbinə uyğun olaraq aparılır. Nevralgiyalarda antikonvulsantlar, spazmolitiklər, antihistaminlər təyin edilir. Müalicəvi blokadalar aparılır. Ağrı və iltihabı aradan götürmək üçün fizioterapevtik proseduralar təyin edilir.

Cərrahi müalicə

Üçlü sinirin konservativ müalicəsi yetərli effekt göstərmədikdə mikrocərrahi dekompensassiya aparılır və ya sinirin sensor kökünün stereotoksiki üsullarla- qamma-şüalanma ilə parçalanması həyata keçirilir. Dəridən radiotezlikli destruksiya yolu ilə sinir kötüyü şaxələrini keçmək mümkündür.

Eşitmə düyününün zədələnməsi olan pasiyentlərə orta qulağın sanasiya əməliyyatları, konkrementlərin və ya tüpürcək vəzi törəmələrinin xaric edilməsi, digər otolarinqoloji və stomatoloji əməliyyatlar təyin edilə bilər. Turetta sindromlu yaşlı xəstələrdə beynin dərin stimulyasiyası aparılır, lakin bu üsul hələ ki, eksperimental üsul hesab olunur və uşaqlarda aparılmır.

error: Content is protected !!