Urologiya

Urologiya sidik-cinsiyyət sistemi (böyrəklər, sidik kanalı, sidik kisəsi, sidik axarları, kişi cinsiyyət orqanları) orqanları xəstəliklərinin diaqnostika, müalicə  və profilaktikası ilə məşğul olan tibb sahəsidir. Tibbin bu sahəsi ginekologiya, venerologiya, nefrologiya, cərrahiyyə ilə sıx əlaqədədir.  

Uroloji xəstəliklər qadın, kişi və uşaqlarda, eləcə də yaşlı şəxslərdə fərqli gedişə malikdir. Bu da orqanizmin anatomik-fizioloji və yaş xüsusiyyətləri ilə izah olunur. Kişilərdə sidik-cinsiyyət sisteminin patologiyaları arasında iltihabi proseslərə (orxit, epididimit, balanopostit, prostatit, uretrit, sistit), prostat vəzinin adenoması daha çox rast gəlinir. Qadın cinsinin nümayəndələrində uretrit, sistit, cinsi yolla keçən infeksiyalar qeydə alınır. Kişi və qadınlarda böyrək daşı xəstəliyi, pielonefrit, xroniki böyrək çatışmazlığının rast gəlmə demək olar ki, eynidir. Uşaqlarda isə sidik-cinsiyyət sisteminin anadangəlmə anomaliyaları, sistit və enurez daha çox müşahidə olunur. Yaşlılarda sidik saxlamama və sidik çıxarıcı orqanların şişləri ön planda dayanır. 

Uroloji xəstəliklərun diaqnostikasında sidiyin laborator müayinəsi, USM, instrumental (punksion biopsiya, kateterizasiya, bujlanma), endoskopik üsullar (uretroskopiya, sistoskopiya) və s. daxildir. 

Urogenital patologiyaların müalicəsi spesifik xarakter daşıyır. Əksər xəstəliklər cinsi yolla ötürüldüyündən müalicədə hər 2 cinsi partnyorun iştirakı mütləqdir. Sidik-cinsiyyət sisteminin problemləri cinsi funksiyaya öz təsirini göstərir. Onların adekvat şəkildə həlli ailədə əmin-amanlığın qorunmasına imkan verir. Cərrahi müdaxilə nəinki sidik-cinsiyyət aparatının fəaliyyətinin normallaşması, həm də estetik korreksiya məqsədi daşıyır. Bu da pasiyentlərin psixoloji komplekslərdən qurtulmasına şərait yaradır. 

error: Content is protected !!