Uşaqlarda yaş dövrləri

İnsan orqanizminin formalaşması yalnız 22-25 yaşlarında başa çatır.

Uşağın doğulduqdan sonrakı inkişafının aşağıdakı dövrləri ayırd edilir:

1. Yeni doğulma dövrü – uşaq doğulduqdan sonra ilk dörd həftə;

2. Südəmər dövr – 4 həftəlikdən bir yaşına qədər;

3. Erkən (yasli) dövr – 1 yaşından 3 yaşına qədər;

4. Məktəbəqədər dövr – 3 yaşından 6 yaşına qədər;

5. Kiçik məktəb dövrü – 6 yaşdan 11 yaşadək

6. Böyük məktəb dövrü – 11 yaşdan 17 yaşına qədər.

Bu dövrlərdə orqanizm böyüyür və inkişaf edir. Bədənin çəkisi və səthi artır, toxumalar, orqanlar və orqanlar sistemi inkişaf edir. Eyni zamanda orqanlar və orqanlar sisteminin funkisiyaları təkmilləşir.

İnsanın inkişaf xüsusiyyətləri

Uşaq doğulduqdan yetkin yaşa çatana qədər orqanizmin böyüməsi və inkişafı bir qaydada olmur: sürətlə böyümə və inkişaf dövrləri ilə növbələşir.

Birinci il və cinsi yetkinlik dövründə insan daha sürətlə böyüyür və inkişaf edir. Böyümə və inkişaf prosesində insanın bədən hissələrinin nisbəti də dəyişir, baş və beyin ölçülərinin nisbətindən görmək olar. Yeni doğulmuş uşaqda bu nisbət 1:4–dir, halbuki yaşlı adamda 1:8-dir.

İndiki dövrdə uşaqların böyümə və inkişaf xüsusiyyətlərindən biri akselerasiyadır (uşaqlarda və yeniyetmələrdə boy və fiziki inkişafın sürətlənməsi). İndi yaşlı adamın boyu 100 il bundan əvvəlki insandan 10 sm ucadır. Akselerasiyanı doğuran səbəblər içərisində əhalinin daha yaxşı qidalanmasını, idmanla məşğul olmasını, vitaminləri, işıqlı günün süni sürətdə uzadılmasını, atmosfer havasında karbon qazının miqdarını və başqa səbəblərdən göstərirlər.

Uşağın ümumi inkişafı və sağlamlığı əzələ fəaliyyətindən asılıdır, çünki o, orqanizmin bir çox funkisiyaları ilə, məsələn: tənəffüs, qan dövranı və s. ilə əlaqədardır.

error: Content is protected !!