Yastıpəncəlik
Yastıpəncəlik– ayaq tağının formasının dəyişikliyi olub, onun amortizator (ressor) funksiyasının pozulması ilə müşayiət olunur. Yastıpəncəlik köndələn və ya boylama ola bilər. Həmçinin, yastıpəncəlik anadangəlmə və qazanılmış olur. Yetkin yaşlı əhalinin təxminən 45%-i yastıpəncəlikdən əziyyət çəkir və əksər hallarda qadınlarda müşahidə olunur. Yastıpəncəlik gəzərkən meydana çıxan pəncə ağrılarına səbəb olur. Çox zaman yastıpəncəlik zamanı ayaqaltında döyənək (mazol və qabarlar), Hallux valgus deformasiyası formalaşır. Yastıpəncəliyin diaqnostikasında rentgenoloji müayinə ilə yanaşı plantoqrafiya və podometriya aparılmalıdır. Müalicəsində davamlı olaraq supinator və ya ortopedik ayaqqabıdan istifadə, periodik olaraq masaj kursları, müalicəvi bədən tərbiyəsi və fizioterapiya göstərişdir.
Əyripəncəlik haqqında ümumi məlumat
Əyripəncəlik- ayaq tağının formasının dəyişməsidir. Hərəkət zamanı ayaqlarda yorğunluğun başlıca səbəbidir və pəncənin xırda oynaqlarında artrozların yaranmasına təkan verir, onurğaya mənfi təsir göstərir. Yetkin əhalinin ~45%-i (əsasən qadınlar)yastıpəncəliyin müxtəlif formalarından əziyyət çəkir.
Yastıpəncəliyin səbəbləri
Pəncə tağının yastı olması anadangəlmə və ya qazanılmış ola bilər. Xəstəliyin təxminən 3%-i anadangəlmə xarakter daşıyır. Yastıpəncəliyin daha geniş yayılmış forması olan qazanılmış- statik yastıpəncəliyin (80%-dən çoxu) səbəbi pəncə və baldır sümük, əzələ və bağ aparatının zəifliyilə əlaqədardır. Patologiyanın yaranmasına ailəvi meyillik (bağ aparatının zəifliyinin irsi ötürülməsi) də mövcuddur.
Statik yastıpəncəlik riski bədən çəkisinin artması, “oturaq iş” rejimində çalışan şəxslərdə (satıcılar, bərbərlər, konveyerlərdə toplayıcılar, toxucular və s) fiziki aktivliyin yetərli olmaması, narahat ayaqqabıdan istifadə, yaşlanma ilə əlaqədar formalaşır. Daimi hündürdaban ayaqqabı geymək də (pəncənin ön hissəsinə ağırlığın düşməsi səbəbilə) statik yastıpəncəliyə səbəb olur. Qazanılmış yastıpəncəliyin digər səbəblərinə aiddir:
- Travmalar. Topuq və pəncə sümüklərinin sınıqları bağların zəifləməsinə və pəncənin anatomik strukturları arasında tarazlığın pozulmasına səbəb ola bilər.
- Poliomielit. Poliomielit xəstəliyi baldır və pəncə əzələlərinin iflicinə, bu isə gəzərkən ağırlığın qeyri-düzgün paylanmasına, bağların zəifləməsinə və pəncənin strukturları arasında tarazlığın pozulmasına səbəb olur.
- Raxit xəstəliyi. Kalsiumun azalması pəncə sümüklərinin zəifləməsinə və normal fiziolji yüklərə dözümsüzlüyə səbəb olur. Hazırda raxitik yastıpəncəlik nadir hallarda rast gəlinir.
Patanatomiyası
Pəncə bütün vücudun ağırlığını daşıyır, gəzərkən yıxılmanın qarşısını alır, amartizadır və qaldırıcı mexanizm rolunu oynayır. Bu funksiyaları yerinə yetirərkən pəncənin tağı- pəncə sümükləri, bağ və əzlələri daxil olan sərt və eyni zamanda elastiki aparatı mühüm rol oynayır. Pəncənin 2 tağı ayırd edilir: köndələn (I ayaq barmağından V-yə doğru yönəlmiş) və boylama (pəncənin daxili kənarı boyunca uzanan). Pəncə tağlarıının vəzifəsi tarazlığı qorumaq və gəzərkən silkələnmələrin qarşısını almaqdır.
Əzələlərin əzələ-bağ strukturlarının və pəncə bağlarının zəifliyi səbəbindən pəncə ağır yükə davam gətirə bilmir, enlənir və “aşağı yatır”. Müvafiq olaraq amartizator funksiyası azalır. Yürüyüş zamanı yuxarı strukturların (onurğa və aşağı ətraf oynaqları) yüklənməsinə və degenerativ dəyişikliklərin (osteoartroz, qamət pozğunluğu, osteoxondroz) inkişafına səbəb olur.
Yastıpəncəliyin təsnifatı
Yaranma vaxtına görə anadangəlmə və qazanılmış yastıpəncəlik olur. Anadangəlmə yastıpəncəlik nadir patologiya olub, bətndaxili dövrdə pəncənin formalaşması qüsurudur. Kişik yaşlı uşaqlarda bu patologiya adətən, 5-6 yaşlarda diaqnoz olunur, çünki daha erkən dövrdə pəncə hələ yetərincə inkişaf etməmiş olur və yastıpəncəlik bütün uşaqlar üçün norma hesab olunur. Dəyişikliyin bu və ya digər pəncə tağında olmasından asılı olaraq yastıpəncəliyin aşağıdakı formaları ayırd edilir:
- Köndələn. 55-80% hallarda diaqnoz qoyulur. Adətən orta yaş qrupu şəxslərdə (35-50yaş) rast gəlinir. Qadınlarda kişilərlə müqayisədə 20 dəfə çox rast gəlinir. Yastıpəncəliyin bu forması pəncənin uzunluğunun azalması, metatarsal sümüklərin yelpik şəklində açılması, I barmağın deformasiyası (Hallux valgus) və çəkicşəkilli barmaqlarla özünü büruzə verir.
- Boylama. Xəstələrin 20-29%-də rast gəlinir. Adətən gənc yaşlarda (16-25) formalaşır. Pəncənin boylama tağının yastılaşması ilə müşayiət olunur. Pəncə uzanır, düzləşir və demək olar ki, yerə yapışır.
- Qarışıq. Köndələn və boylama yastıpəncəlik əlamətləri eyni vaxtda rast gəlinir. Patologiya adətən orta yaşlı şəxslərdə müşahidə olunur.
Yastıpəncəliyin simptomları
Köndələn yastıpəncəlik
Normada pəncənin köndələn tağı ayaq darağı sümüklərinin baş hissələrinin cəmindən ibarətdir. Gəzərkən ağırlıq V və I ayaq barmaqlarının üzərinə düşür. Yastıpəncəlik zamanı pəncənin struktur elementləri zəifləyir. Ağırlıq barmaq sümüklərinin digərlərinə paylanır, I ayaq barmağının ucuna düşən ağırlıq azalır, II-IV barmaqlarda isə kəskin artır. I barmaq kənara sürüşür, I və ayaq darağı sümüyü və I barmaq arasında bucaq əmələ gəlir, oynaqda osteoartroz inkişaf edir. Ağrı yaranır, oynaqda hərəkət məhdudlaşır.
Ayaq darağı sümüklərinin baş hissəsinə düşən təzyiq nəticəsində ayaqaltında dərialtı piy qatının nazilməsi və amartizator funksiyasının pozulması baş verir. Daraq sümüklərinin baş hissəsi nahiyyəsində ayaqaltında döyənəklər formalaşır. I barmaq və I ayaq darağı sümüyü arasındakı bucağın dərəcəsindən asılı olaraq yastıpəncəliyin aşağıdakı formaları mövcuddur:
- I dərəcə (zəif ifadə olunmuş). Bucaq 20 dərəcədən azdır.
- II dərəcə (orda ifadə olunmuş). Bucaq 20-35 dərəcədir.
- III dərəcə (aşkar ifadə olunmuş). Bucaq 35 dərəcədən çoxdur.
Xəstələr adətən həkimə kosmetik qüsur səbəbilə, daha az hallarda isə gəzərkən ağrı, ayaq altında qabarlar, Hallux valgus şikayətləri ilə müraciət edir.
Sorğu zamanı məlum olur ki, pasiyenti çox yürüyüş zamanı yaranan bu və ya digər dərəcədə təzahür edən yandırıcı və göynədici ağrılar narahat edir. Baxış zamanı pəncənin deformasiyası nəzərə çarpır.
Boylama yastıpəncəlik
Boylama tağın yastılaşması zamanı prosesə pəncə və baldır sümükləri, əzələləri və bağları qoşulmuş olur. Sümüklər elə vəziyyətdə yerdəyişmə edir ki, topuq (daban) içəriyə, pəncənin ön şöbələri isə xaricə doğru yönəlir. Pəncənin orta hissəsi enlənir. Pasiyentin yerişi yöndəmsiz olur, gəzərkən pəncə yana əyilir.
Boylama yastıpəncəliyin 4 mərhələsi ayırd edilir:
- xəstəlikönü dövr (prodromal dövr);
- keçici (fasiləli) yastıpəncəlik;
- yastıpəncəlilik;
- yastı valgus pəncə.
Xəstəlikönü dövrdə pasiyenti gəzərkən meydana çıxan tez yorulma, pəncədə ağrı və uzun müddət ayaqüstə olduqda baldırda ağrı narahat edir. Keçici yastıpəncəlik dövründə ağrı- həm uzun iş günündən sonra, həm də uzun müddət ayaqüstə olduqda və ya uzunmüddətli gəzinti zamanı meydana çıxır. Baldır əzələlərində gərginlik, bəzən isə müvəqqəti kontrakturalar meydana çıxır. Pəncənin boylama tağı gündüzlər normal olur, lakin axşama doğru yastılaşır.
Yastıpəncəliyin formalaşma dövründə ağrı cüzi statik yüklənmə zamanı belə meydana çıxır. Pəncə enlənir və yastılaşır, tağın hündürlüyü azalır. Tədricən yeriş dəyişir.
Yastıpəncəliyin 3 dərəcəsi ayırd edilir:
- I dərəcə. Başlanğıc mərhələsi. Pəncə tağının hündürlüyü 35 mm-dən az deyil.
- II dərəcə. Tağın hündürlüyü 25-17 mm-dir. Pəncə oynağında osteoartroz inkişaf edir;
- III dərəcə. Tağın hündürlüyü 17 mm-dən aşağıdır. Pəncənin ön şöbələri çevrilir və açılır (yelpik kimi). I barmaq xaricə doğru əyilir. Bu zaman pəncədə ağrılar müvəqqəti azalır.
Müalicə aparılmadığı halda sonradan yastı-valgus pəncə formalaşır və cüzi statik yük belə ağrıya səbəb olur. Valqus deformasiyası (pəncənin ayaqaltı hissəsinin daxilə doğru çevrilməsi) və pəncə tağının aşkar dərəcədə düzləşməsi formalaşır.
Yastıpəncəliyin diaqnostikası
Diaqnoz həkim-ortoped tərəfindən qoyulur. Yastıpəncəliyin tipinin və dərəcəsinin dəqiqləşdirilməsi üçün aşağıdakı müayinə üsullarından istifadə olunur:
- Sorğu. Mütəxəssis ağrı, ayaqlarda ağırlıq, günün sonuna ödem, ayaqüstə durarkən və gəzərkən həddən artıq yorğunluğun olub-olmamasını dəqiqləşdirir. Ortoped pasiyentin işi ilə statik yüklənmələrin, çəkinin və ayaq ölçüsünün artmasının əlaqəsini aşkarlayır.
- Obyektiv müayinə. Həkim sərbəst halda və yüklənmə zamanı pəncənin vəziyyətinə, tağların təzahür dərəcəsinə, deformasiyaların mövcudluğu və hərəkət həcminə nəzər yetirir.
- Pəncənin rentgenoqrafiyası. Yüklənmə (funksional sınaqlarla) ilə aparılır. Köndələn və boylama tağın forması, pəncə sümüklərinin fizioloji və patoloji bucaqları və s. qiymətləndirilir.
- Digər üsullar. Yastıpəncəliyin ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün plantoqrafiya (yenidoğulmuşlarda və piylənməsi olan şəxslərdə) və podometriya aparılır.
Yastıpəncəliyin müalicəsi
Köndələn yastıpəncəliyin müalicəsi
Konservativ müalicə ancaq yastıpəncəliyin I dərəcəsi zamanı effektivdir. Pasiyentə çəkini azaltmaq, rahat ayaqqabıdan istifadə etmək və pəncəyə statik yükü azaltmaq məsləhət görülür. Xüsusi içlik (stelka) və rulon (valik) istifadəsi göstərişdir.
II və III dərəcəli yastıpəncəlik zamanı cərrahi müdaxilə tələb olunur. I barmağın deformasiyası zamanı müxtəlif korreksiya formaları mövcuddur, lakin bir əməliyyatla köndələn yastıpəncəliyin səbəbi- pəncə əzələ və bağlarının zəifliyini aradan qaldırmaq mümkün olmur. İzoləolunmuş cərrahi müdaxilə (Hallux valgus-un rezeksiyası) və cərrahi müalicə (sümük sahəsinin oynağın plastik kapsulası ilə birgə rezeksiyası və bağ köçürülməsi) mümkündür. Əməliyyatdan sonrakı dövrdə pasiyentə supinatorlardan və ya xüsusi içlikli ayaqqabılardan istifadə məsləhətdir.
Boylama yastıpəncəliyin müalicəsi
Xəstəlikönü dövrdə pasiyentə düzgün yerimək, qumda və ya kələkötür səthdə ayaqyalın gəzmək və ayağa düşən ağırlığı pəncənin kənar səthinə ötürməklə tağa düşən yükü azaltmaq məsləhət olunur. Yastıpəncəlikdən əziyyət çəkən pasiyentə müalicəvi bədən tərbiyəsi, masaj və fizioterapiya: maqnitoterapiya, amplipulsterapiya, hidromasaj və s. təyin olunur.
Keçici (dəyişən) yastıpəncəlik dövründə sadalanan tədbirlərə- pəncəyə düşən statik yükü azaltmaq üçün iş rejimini dəyişmək məsləhət olunur. Yastı ayaq zamanı kompleks müalicə tədbirlərinə ortopedik ayaqqabıdan istifadə və xüsusi içliklər təyin olunur. Yastıpəncəliyin sonrakı proqressivləşməsi üçün cərrahi müdaxilə göstərişdir.
Yatıpəncəliyin tam formalaşdığı dövrdə konservativ müalicə əhəmiyyətsiz olacaq. Müxtəlif plastik əməliyyatlar: sümük sahələrinin rezeksiyası, vətər köçürülməsi və s. aparılır.
Yastıpəncəliyin proqnozu
Xəstəliyin erkən dövrlərində proqnoz qənaətbəxşdir. Kiçik yaş dövründə yastıpəncəlik korreksiya oluna bilir. Yaşlı şəxslərdə patologiyanı təmamilə aradan götürmək mümkün deyil. Lakin, düzgün ayaqqabı seçimi, mütəmadi olaraq xüsusi gimnastik hərəkətlər etmək, ayaqlara düşən yükü azaltmaq və ortopedik məhsullardan istifadə patologiyanın proqressivləşməsinin qarşısını almağa, şikayətləri azaltmağa və ya təmamilə yox etməyə imkan yaradır. Xəstəliyin gecikmiş dövrlərində pəncənin ikincili dəyişiklikləri ilə əlaqədar cərrahi əməliyyatda sonra da ağrı, hərəkət məhdudluğu saxlana bilər.
Yastıpəncəliyin profilaktikası
Profilaktik tədbirlərə uşaqlarda anadangəlmə yastıpəncəliyin erkən yaş dövrlərində aşkarlanması və müalicəsi aiddir. Yaşlılara çəkini nəzarətdə saxlamaq, statik yeklənmələrdən çəkinmək, aktiv fiziki hərəkətlər, pəncə və baldır əzələlərini möhkəmlətmək məsləhət olunur.