Ziyilin lazerlə yandırılması

Ziyilin lazerlə yandırılması – virus mənşəli dəri düyüncüklərinin destruksiya üsuludur. Ziyillər karbondioksid lazerlə koaqulyasiya olunur və yaxud erbium lazerlə qat-qat vaporizasiya yolu ilə aradan qaldırılır. Ziyilllər daha çox əl, pəncə və üz nahiyəsində yaranır. Onlar qansız, təmassız, steril, ağrısız və izsiz təmizlənilr. Buna 1-2 dəqiqə vaxt sərf olunur.  

Ümumiyyətlə, ziyil – dəri üzərindən qabaran, nahamar səthli, buynuzlaşan düyüncüklərdir. Onlar xoşxassəli olur. Ziyil insan papilloma virusu tərəfindən törənir. İmmunitetin zəifləməsi və dəri örtüklərinin mikrotravmaları virusun çoxalaraq, ziyil əmələ gətirməsi ilə nəticələnir. Dermatologiyada ziyillər lazer, maye azot (kriodestruksiya), yüksək tezlikli dalğalar, elektrokoaqulyasiya vasitəsilə götürülür.  

Lazer üsulu ziyilin bütün növlərinə (vulqar, yuvenil, dırnaqaltı, sapvari, itiuclu və s.) qarşı effektivdir. Prosedurun qiyməti törəmənin ölçüsündən və sayından asılıdır. Ziyilin lazerlə aradan qaldırılmasının üstünlüklərinə manipulyasiyanın müddətini əhəmiyyətli dərəcədə azaldan yüksək temperaturlu təsir, aseptika, təmassız müdaxilə, adekvat hemostazın təmini, virusun hematogen yolla yayılmasının qarşısının alınması aiddir. Destruksiyanın dəqiqliyi və təhlükəsizliyi impulsun gücünün avtomatik idarəolunması, patoloji toxumanın buxarlanmasına gözlə nəzarət edilməsi, işlənilən sahənin hava ilə soyudulması hesabına əldə edilir.  

Ziyil xarici görünüşcə bazalioma, keratoma, verrukoz nevusa bənzədiyindən prosedurdan əvvəl dermatoloq tərəfindən differensial diaqnostika aparılır. Təcrübəli dermatoloq ziyili lazerlə 1 seansa təmizləyir. Pasiyentlərin əksəriyyətində residiv hallarını azaltmaq üçün əlavə olaraq, virusəleyhinə preparatlar və immunomodulyatorlar təyin edilir.  

Ziyilin lazerlə yandırılmasına göstəriş və əks-göstərişlər  

Prosedur təkcə kosmetik deyil, həm də tibbi göstərişlər üzrə aparılır. Müalicə gecikdirildikdə ziyillər böyüyərək, iri konqlomeratlar əmələ gətirə bilərlər. Belə vəziyyətlərdə lazer destruksiyasının çoxsayda təkrarlanması tələb olunur. Yara səthi isə qeyri-estetik formada sağalır.  

Bu törəmələr tez yayıldığından, o cümlədən qanama, xoralaşma və maliqnizasiya ilə əlaqədar ziyilin lazerlə yandırılması məqsədəuyğundur.  

Ev şəraitində ziyilin yox edilməsi təhlükəlidir. Belə hallar infeksion ağırlaşmalar, sağlam dərinin zədələnməsi, özünü yoluxdurma (autoinokulyasiya), kobud çapıqlar ilə sonlana bilər.  

Aktiv formalı herpes, ümumi infeksiya, dəri örtüklərinin yerli iltihabı, eləcə də hamiləlik dövrü lazer üsuluna əks-göstəriş sayılır.  

Ziyilin lazerlə yandırılması proseduru

Ziyilin lazerlə yandırılması

Prosedura başlamazdan əvvəl ağrıkəsici kremlə yerli applikasiya qoyulur və yaxud törəmənin əsasına anestetik vurulur. Bundan əlavə lazer qurğusunun soyutma sistemi sayəsində həssaslığı azaldır.   

Dermatoloq lazeri törəməyə yönəltməklə, hüceyrələri qatlarla buxarlandırır. Proses dəri örtüyünü zədələmədən və qanaxma olmadan gedir. Lazerin bakterisid xüsusiyyəti və heç bir instrumentlə ziyilin təmasda olmaması manipulyasiyanın sterilliyini təmin edir. Damarların ani koaqulyasiyası isə papillomavirusun qanla orqanizmdə yayılmasının qarşısını alır.  

Lazerlə götürülən ziyilin yerində yaranan qabıq 7-10 gün ərzində qopur. Bəzən onun yerində kiçik çuxur qala bilər. Belə vəziyyətdə narahat olmağa dəyməz, çünki həmin çuxur çox qısa zamanda qonşu sahələrlə bərabərləşir.  

Ziyilin lazerlə yandırılmasından sonra

Prosedurdan sonra dəriyə düzgün qulluq edildikdə heç bir çapıq və piqmentasiya yaranmır. Pasiyentlərə lazerdən sonra sauna və isti vannalardan uzaq durmaq məsləhət görülür. Ziyilin yerində formalaşan qabığı əllə qopartmaq olmaz. Qabıq öz-özünə düşdükdən sonra dərinin rəng və strukturu bərpa olunana qədər SPF kremlər istifadə edilməlidir.

Onu da qeyd etmək lazımdır ki, lazer sadəcə ziyili götürür. Virus bədəndə qaldığından gələcəkdə yeni törəmələr əmələ gələ bilər. Residiv hallarını minimuma endirmək üçün virusəleyhinə və immunomoduləedici terapiya məsləhət görülür.  

error: Content is protected !!