Gizli diabetin “aşkar” əlamətləri

Diabetönü dövrün vaxtında aşkarlanması, diabetin diaqnostikası qədər böyük əhəmiyyətə malikdir. Belə ki, diabet önü və ya gizli diabet xəstələrinin vaxtında aşkar olunması  ikinci tip diabet riskini  50% azaldır.

Risk qrupuna kimlər daxildir?

–           Artıq çəkili insanlar

–           Hipertoniya xəstələri

–           Yumurtalıq polikistozu olan qadınlar

–           Hamiləlik dövründə “hestasion diabet” diaqnozu qoyulan qadınlar

–           Ailəvi anamnezdə diabet olan şəxslər

Gizlin diabeti aşkar etmək mümkündür.  Orqanizmin bir çox “siqnalları” var ki, biz onlara diqqət yetirsək zamanında diaqnoz qoymaq  mümkündür .

Görmənin zəifləməsi

Şəkərli diabet zamanaı ilk olaraq kapillyarlar (xırda damarlar) zədələnir və onun ilk əlaməti görmənin zəifləməsi və ya”bulanılaşması” ola bilər. Göz dibinin müayinəsi erkən diaqnozun qoyulmasında vacib rol oyanayır.

Susama hissi

Havanın temperaturundan asılı olmayaraq xəstə daima suya ehtiyac duyur və paralel olaraq da sidik və tər ifrazı da artır. Bunun səbəbi qanda qlükozanın artması ilə əlaqədar orqanizmin onu sidik və tər vasitəsilə xaric etməyə çalışmasıdır. Xüsusilə gecələr 2 və daha çox dəfə sidiyə görə oyanırsınızsa diqqətli olmaq lazımdır. Maye çıxdıqca isə, təbii olaraq susama meydana çıxır. 

Çəkidə qəfil dəyişikliklər

Çəki azalması və ya əksinə artması müşahidə edilə bilər. Çəki azalıb sonra təkrar arta da bilər.

Dəridə qabıqlanma və qaşınma. 

Qlükozanın səviyyəsinin normadan yuxarı olması nəticəsində orqanizmdə maddələr mübadiləsi pozulur və mübadilə prosesləri zamanı ilk olaraq dəri, dırnaqlar və saçlar zədələnir.

Göbələk infeksiyaları

Mübadilə pozğunluqları və mikrosirkulyasiyanın pozulması dərinin qoruyucu funksiyasını pozur və göbələyin inkişafı üçün əlverişli şərait yaranır. Həmçinin şəkər özü də göbələk üçün əlverişli qidalı mühit rolu oynayır.

Xəstəliklərin uzanması, yaraların gec sağalması

Diabetin klassik simptomu xəstəliklərin uzun sürməsi və yaraların gec sağalmasıdır. Səbəbi mübadilə proseslərinin pozulması nəticəsində immunitetin zəifləməsidir.

Nevroz, əzginlik və qıcıqlanma.

Beyin toxumasının əsas “qidasını” qlükoza təşkil edir. Diabet xəstələrində isə qlükoza qanda normadan yüksək olduğu halda, insulin onu toxumalara daşıya bilmir. Nəticədə beyin toxumasında qlükoza “aclığı” yaranır və sinir sisteminin işi pozulur. Həmçinin gecə sidik ifrazının artması, yuxu ritminin pozulması da psixoemosional duruma mənfi təsir göstərir.

error: Content is protected !!