Bioloji Aktiv Əlavələr- BAƏ

BAƏ – qida rasionumuzda lazım olan,yüksək fizioloji təsir göstərmək qabiliyyəti olan bioloji aktiv maddələrdir. BAƏ təbii mənşəli olub, tərkibi: vitamin və vitamin kompleksləri, yağ turşuları, mineral maddələr və makro-mikro elementlər, xüsusi aminturşular, mono və disaxaridlər, qida lifləri, eubiotiklər ola bilər.

BAƏ iki böyük qrupa bölünür; Nutrisevtiklər və parafarmasevtiklər

Nutrisevtiklər qidanı korreksiya etmək üçün lazım olan komponentlər: vitaminlər, minerallar, aminturşular, fosfolipidlər, antioksidantlar qida lifləıri və başqa komponentləri birləşdirir.

Parafarmasevtiklər isə müalicəvi təsir edən bioloji aktiv maddələrdir. Onlar adaptogen funksiyaları yaxşılaşdırır, keçirilmiş xəstəliklərdən sonra immuniteti artırır, orqanizmin funksional pozğuntularını bərpa edirlər. Parafarmasevtika medikamentoz müalicəyə, əməliyyatdan əvvəl və sonra, kimyaterapiyadan sonra , proqressivləşən xəstəliklər və ya kəskin xəstəliklərin profilaktikasına əlavə kimi istifadə edilə bilər. BAƏ əsas şərt onların əlavə təsirlərinin minimum olmasıdır. BAƏ uşaqlara təyin etmə zamanı mütəxəssisdən xüsusi diqqət və  ətraflı informasiya lazımdır.  

BAƏ təsir formalarına görə:Təmizləyici – detoksikasion (orqanizmdən toksin və şlakları, ağır metal duzlarını, sərbəst radikalları ləğv edir), tamamlayıcı və ya əvəzedici (orqanizmdə mikro və makroelementlərin, vitaminlərin, aminturşuların əvəzolunmaz yağ turşularının defisitini tamamlayır), bərpaedici (bütün orqan və toxumaların funksiyalarını stabilləşdirir, normal maddələr mübadiləsini bərpa edir).

error: Content is protected !!